30 Dekabr 2025 03:01
953
Fərmanlar
A- A+
Ortamüddətli dövrün sonu (2029-cu il) üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin hədəflənən yuxarı hədlərinin müəyyən edilməsi və Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

Ortamüddətli dövrün sonu (2029-cu il) üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin hədəflənən yuxarı hədlərinin müəyyən edilməsi və Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 11-1.1-ci maddəsinə uyğun olaraq qərara alıram:

1.Ortamüddətli dövrün sonu (2029-cu il) üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin hədəflənən yuxarı həddi 13,0 faiz, dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin hədəflənən yuxarı həddi isə 30,0 faiz müəyyən edilsin.

2. "İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədləri, habelə 2022-ci ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 mart tarixli 1637 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 3, maddə 225 (Cild I) 2-ci hissəsində "20,0" rəqəmləri "30,0" rəqəmləri ilə əvəz edilsin.

3. "İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədləri, habelə 2023-cü ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1950 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1460 (Cild I) 1-ci hissəsindən "ortamüddətli dövr üzrə" , "17,5 faiz," və "isə" sözləri çıxarılsın.

4. "İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədlərinin, habelə 2024-cü ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 oktyabr tarixli 2332 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 10, maddə 1380 (Cild I)1-ci hissəsindən "ortamüddətli dövr üzrə", "17,5 faiz," və "isə" sözləri çıxarılsın.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri,  29 dekabr 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

WUF13 tədbirinə hazırlıq çərçivəsində dövlət qurumlarının nümayəndələri üçün dayanıqlılıq üzrə məlumatlandırma sessiyası keçirilib  

20:35
29 Yanvar

Aİ İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına salıb

19:48
29 Yanvar

Özbəkistanlı ekspert: TRIPP Orta Dəhliz üçün yeni idarəetmə siqnalı kimi qiymətləndirilir  

19:16
29 Yanvar

Omanın xarici işlər naziri: Azərbaycanın strateji coğrafi mövqeyi logistika sahəsində geniş imkanlar yaradır  

18:33
29 Yanvar

Konstitusiya və Suverenlik irsinə Naxçıvandan konseptual elmi töhfə  

18:23
29 Yanvar

BMT: 2026-cı ildə qlobal iqtisadi artım pandemiyadan əvvəlki dövrdən aşağı olacaq

18:21
29 Yanvar

Qahirədə WUF13-lə bağlı seminar keçirilib  

18:16
29 Yanvar

Milli Məclisin sədri Oman Sultanlığı Dövlət Şurasının sədri ilə görüşüb  

18:11
29 Yanvar

Göyçayda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib  

18:07
29 Yanvar

Mina nişanlarına məhəl qoymamaq faciəyə aparır! 

18:01
29 Yanvar

Oman Şura Məclisinin sədri: Xalqlarımızın yaxınlığı Azərbaycanla münasibətlərimizi daha da inkişaf etdirməyə əsas verir  

17:53
29 Yanvar

Zəngəzur dəhlizinin Avropa İttifaqının Trans-Avropa nəqliyyat şəbəkələrinə əlavə olunması müzakirə olunub  

17:52
29 Yanvar

ABŞ nümayəndə heyəti “ABAD” müəssisəsində  

17:48
29 Yanvar

“Gabala Beverage Company” şirkəti ilə alkoqollu və alkoqolsuz içki zavodunun tikintisi üzrə görülən işlər müzakirə edilib

17:43
29 Yanvar

Azərbaycan və Çad arasında İKT sahəsində əməkdaşlıq imkanları müzakirə olunub  

17:37
29 Yanvar

Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşı təltif edilib SƏRƏNCAM  

17:29
29 Yanvar

Sorğu: İspanların 75,5 faizi Trampın siyasətindən narahatdır  

17:29
29 Yanvar

Azərbaycan və Çad peyk xidmətləri sahəsində əməkdaşlıq etməyi planlaşdırır  

17:21
29 Yanvar

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

17:18
29 Yanvar

Ankarada Suriyanın bir sıra şimal rayonlarından hərbçilərin çıxarılması məlumatları təkzib edilib  

17:13
29 Yanvar

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında 

17:09
29 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!