07 Oktyabr 2025 08:40
395
İQTİSADİYYAT
A- A+
Orta dəhlizə investisiya qoyuluşu artır

Orta dəhlizə investisiya qoyuluşu artır


Dəhliz təhlükəsizlik və səmərəlilik baxımından daha cəlbedici olur


Dünyada baş verən gərgin beynəlxalq proseslərin qlobal iqtisadiyyata mənfi təsiri davam edir. Hətta o dərəcədə ki, dünya üzrə istehsalın həcmi azalıb. Bu da dünyanın ticarət arteriyası olan iki marşrutda - Qırmızı dəniz Süveyş kanalı və Trans-Sibir-Avropa marşrutlarının fəaliyyətini iflic edib.

Odur ki, indi dünya Orta dəhlizə yeganə çıxış yolu kimi baxır. Səbəb bu qlobal marşrutun təhlükəsiz və iqtisadi cəhətdən səmərəli olmasıdır. Amma bütün ağırlıq Orta dəhlizin üzərinə düşdüyündən onun yükötürmə qabiliyyəti də yüksək olmalıdır. Bunun  üçün dəhliz boyunca marşrutun bütün hissəsində yolların modernləşdirilməsi lazımdır. Bu isə ilk növbədə investisiya qoyuluşu tələb edir. Məlumdur ki, investorlar sabit gəlir gətirməyən layihələrə kapital qoyuluşunu həyata keçirmirlər. Orta dəhlizlə bağlı isə hər kəs bilir ki, bu marşrut rentabellidir və ona sərmayə yatırmaq elə də risk tələb etmir. O üzdən beynəlxalq maliyyə qurumları və bankları Orta dəhlizə sərmayə qoymaqdan çəkinmirlər.

Dünya Bankının Azərbaycan üzrə meneceri Ştefani Ştalmayster  bildirir ki, hazırda Dünya Bankı və Azərbaycan hökuməti Bakı Beynəlxalq Dəniz Limanının genişləndirilməsinin hansı mərhələsinin maliyyələşdiriləcəyini müəyyənləşdirirlər. Bankın menecerinin verdiyi məlumatda bildirilir: "AZCON Holdinq" və "Azərbaycan Dəmir Yolları" QSC ilə hökumət üçün prioritet olan Bakı limanının genişləndirilməsi barədə danışıqlar aparırıq. Hazırda hansı mərhələnin və necə maliyyələşdiriləcəyi müəyyən edilir. Düşünürəm ki, söhbət artıq xərclər üzrə yekun qərardan gedir. Biz hökumətlə əməkdaşlıq etməkdən məmnunuq. Çünki bu, Orta dəhlizin inkişafı və gücləndirilməsi üçün mühüm layihədir".

Bəlli olduğu kimi, indi Azərbaycanda quru yük körpüsünün və liman stansiyalarının genişləndirilməsini əhatə edən Bakı limanının tikintisinin ikinci mərhələsi həyata keçirilir. Hazırda limanın tutumu 150 000 TEU-dur və bu göstərici iki il ərzində 260 000 TEU-ya qədər artacaq.

Qardaş Türkiyə də yüklərin Asiyadan Avropaya və əks-istiqamətdə daşınmasında mühüm tranzit ölkədir. Yüklərin tez və təhlükəsiz daşınmasında bu ölkənin infrastrukturu önəmli rol oynayır. Bu məqsədlə Türkiyə hökuməti iki irimiqyaslı infrastruktur layihəsi - Şərqi Türkiyə Dəmir Yolu İnfrastrukturunun İnkişafı (ETMIC) və İstanbul Şimal Dəmiryolu Bağlantısı (INRAIL) layihələri üçün Dünya Bankı və digər beynəlxalq maliyyə qurumlarından təxminən 9,7 milyard dollar həcmində maliyyə cəlb etmək niyyətindədir. Dünya Bankının verdiyi xəbərə görə, ETMIC layihəsinin təxmini dəyəri ƏDV daxil olmaqla 1,615 milyard, INRAIL layihəsi isə ƏDV, gözlənilməz hallar, tikintiyə nəzarət və layihənin idarə edilməsi daxil olmaqla 8,1 milyard dollar səviyyəsində qiymətləndirilir. ETMIC layihəsi Orta dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) bir hissəsi olan Divriği-Qars-Gürcüstan sərhədi dəmir yolu xəttinin bərpasını və elektrikləşdirilməsini nəzərdə tutur. Proqrama 587 km dəmir yolu infrastrukturunun və relslərin üst quruluşunun bərpası, Divriğidən Gürcüstan sərhədinə qədər olan 667 km xəttin elektrikləşdirilməsi, körpülərin, tunellərin, suötürücülərin, istinad divarlarının tikintisi, stansiyaların genişləndirilməsi, idarə olunan dəmir yolu keçidlərinin tətbiqi, təhlükəsizliyi və istifadənin rahatlığını təmin etmək üçün sosial obyektlərin inkişafı, müasir nəqliyyatın idarə olunması sisteminə isə yarımstansiyalar və 154 kV-luq elektrik verilişi xətləri, siqnalizasiya və telekommunikasiya avadanlığı, Mərkəzləşdirilmiş Hərəkətə Nəzarət (CTC) və 320 km paylanmış akustik monitorinq sistemi (DAS) daxildir.

Dünya Bankının məlumatında bildirilir ki, təkmilləşdirilmiş Şərq dəhlizi Türkiyə daxilində Orta dəhlizin strateji hissəsinə çevriləcək və Türkiyə ilə Gürcüstan, Xəzər regionu və Mərkəzi Asiya arasında birbaşa əlaqəni təmin edəcək. Elektrikləşdirilmiş yük xətti daşımaların sürətini, etibarlığını və ətraf mühitə uyğunluğunu artıracaq, eləcə də Türkiyənin Avrasiya logistikasında mühüm mərkəz rolunu gücləndirəcək. Türkiyə eyni vaxtda INRAIL layihəsini - İstanbul aqlomerasiyasından yan keçməklə ölkənin Asiya və Avropa hissələrini birləşdirəcək. Hazırda qardaş ölkə təxminən 125 km uzunluğunda olacaq yeni dəmir yolu xəttinin tikintisini həyata keçirməyə hazırlaşır. Bu dəmir yolu xətti Çayırova stansiyasının (Asiya tərəfində) yaxınlığından başlayacaq və Yavuz Sultan Səlim körpüsü üzərindən keçərək Çatalca stansiyasında (Avropa tərəfində) sona çatacaq. Həm sərnişinlərin, həm də yüklərin daşınması üçün nəzərdə tutulan yeni xətt elektrikləşdiriləcək və tam siqnallaşdırılacaq. Layihəyə əsasən, sərnişin qatarlarının sürəti 160, yük qatarlarının isə 80-120 km/saata çatdırılacaq. Bu xətt İstanbul Hava Limanı ilə Sabiha Gökçen Hava Limanı arasında birbaşa əlaqəni təmin edəcək, onları milli dəmir yolu şəbəkəsinə inteqrasiya edəcək və multimodal logistikanı gücləndirəcək.

Bu yerdə bildirək ki, ötən il Trans-Xəzər Beynəlxalq Nəqliyyat Mərkəzi (TBNM, Orta dəhliz) üzrə yük daşımaları 62 faiz artaraq 4,5 milyon tona çatıb. Cari il artımın daha yüksək olacağı və daşımaların həcminin 5,2 milyon tona çatacağı proqnozlaşdırılır. Bunun da 4,2 milyon tonu iştirakçı ölkələrin marşrutları ilə daşınacaq. Həmin həcmin 2,5 milyon tonu quru yüklər (təxminən 96 min TEU), 1,7 milyon tonu isə enerji daşıyıcıları olacaq.

2027-ci ilə qədər marşrutun ötürücülük qabiliyyətinin ildə 10 milyon tona qədər artacağı ehtimalı var ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastrukturun inkişafına əlavə investisiyaların cəlb edilməsi üçün dayanıqlı zəmin yaradacaq.

Yeri gəlmişkən qeyd edək ki, Litvanın Azərbaycandakı səfiri Kestutis Vaskelyaviçyus Orta dəhlizin perspektivlərini yüksək qiymətləndirib və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsini vacib sayıb. "Bakı Cənubi Qafqazda əsas limandır. Onun Mərkəzi Asiyaya və hətta onun sərhədlərindən kənara çıxmaq imkanı var. Litvanın Klaypeda limanı isə öz növbəsində Skandinaviya və Almaniya bazarlarına giriş nöqtəsi kimi yaxşı mövqe tutur. Hər iki liman praktiki olaraq dəmir yolu ilə əlaqələndirilə bilər ki, bu da yüklərin Klaypedaya çatdırılmasına, oradan dəniz nəqliyyatı ilə Skandinaviyaya, Böyük Britaniyaya, Almaniyaya və digər ölkələrə göndərilməsinə imkan verir. Bunda böyük potensial görürəm və işgüzar dairələr də bu marşrutlardan istifadəyə fəal maraq göstərirlər. Məsələn, Klaypeda limanı artıq Norveç və İsveçdən Azərbaycana yük çatdırır və bu istiqamətdə imkanları dərinləşdirmək istəyi mövcuddur. Bu məqsədlə Klaypeda limanının baş direktoru Algis Latakasın Bakıda səfərdə olub. Səfər Litvanın Orta dəhlizin inkişafına marağını göstərir. Biz bu layihəni siyasi baxımdan da dəstəkləyirik. Çünki Orta dəhliz təcavüzkar dövlətlərdən, iqtisadiyyatı siyasi alət kimi istifadə edən qeyri-sabit ölkələrdən yan keçməyə imkan verən alternativ marşrutdur. Belə alternativ marşrutlara malik olmaq imkanı Litva üçün vacibdir. Bundan əlavə, Orta dəhliz biznes baxımından dəyərlidir: logistika səmərəliliyini artırır, çatdırılma vaxtına qənaət edir, xərcləri azaldır. Əminəm ki, marşrutun inkişaf perspektivləri var".


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yanvar-oktyabr aylarında 491,8 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub  

14:56
11 Noyabr

Qazaxıstanın qızıl ehtiyatları təxminən 100 ton artıb

14:54
11 Noyabr

İqlim diplomatiyasının Azərbaycan zirvəsi: COP29

14:24
11 Noyabr

Pokrovsk və Mirnoqrad uğrunda ağır döyüşlər davam edir  

12:52
11 Noyabr

Gəncənin ev sahibliyi etdiyi aerobika gimnastikası üzrə Avropa çempionatına yekun vurulur  

11:51
11 Noyabr

Başqalarına kömək etmək beyin qocalmasını ləngidir – TƏDQİQAT

11:07
11 Noyabr

COP30-un ilk günündə uşaqlar və gənclər iqlim müzakirələrinin mərkəzində oldular

10:31
11 Noyabr

COP29 Sədri estafeti COP30 Sədrliyinə ötürərək ölkələri əvvəlki vədləri yerinə yetirməyə çağırıb  

10:06
11 Noyabr

Tramp: Sabit və uğurlu Suriya region ölkələri üçün çox vacibdir  

10:04
11 Noyabr

Misirli alim yutub kanalında Azərbaycan Milli Xalça Muzeyi haqqında danışıb

01:28
11 Noyabr

Azərbaycan üzgüçüsü İslamiadada gümüş medal qazanıb

23:18
10 Noyabr

Ağ Ev administrasiyası hökumətin yenidən açılması planını dəstəkləyib

23:16
10 Noyabr

VII İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib

23:04
10 Noyabr

Türkiyəli ekspert: Azərbaycanın Zəfəri regionda yeni bir mərhələnin başlanğıcı oldu  

22:11
10 Noyabr

ABŞ-Mərkəzi Asiya dialoqunda Azərbaycanın rolu yüksək qiymətləndirilir 

21:05
10 Noyabr

Çingiz Hüseynzadə: İnanıram ki, İslamiadada medal sayı daha çox olacaq

20:17
10 Noyabr

İslamiada: Azərbaycanın cüdo yığması komanda yarışının qalibi olub  

20:16
10 Noyabr

Pekində Azərbaycan-Çin münasibətlərinə dair elmi konfrans keçirilib  

20:15
10 Noyabr

Muxtar Babayev: Bakıdan Belenə gedən yol qlobal həmrəyliyin və etimadın bərpasının rəmzinə çevrildi  

20:13
10 Noyabr

Sədrlik Azərbaycandan Braziliyaya keçdi: COP30-da “Bakı razılaşmaları” icra mərhələsinə daxil olur  

20:12
10 Noyabr

Gəncədə keçirilən aerobika gimnastikası üzrə Avropa çempionatının ikinci günü yekunlaşıb  

20:06
10 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!