06 Mart 2026 08:55
693
İQTİSADİYYAT
A- A+
Orta dəhlizdə rəqəmsallaşma və süni intellektin tətbiqi zamanın tələbidir

Orta dəhlizdə rəqəmsallaşma və süni intellektin tətbiqi zamanın tələbidir


"Azərbaycan artıq Orta dəhlizin geoiqtisadi inteqratoruna çevrilib"


Bu gün qlobal səviyyədə baş verən gərgin geosiyasi proseslər Orta dəhlizə olan marağı daha da artırıb. Ancaq Asiya ilə Avropa arasındakı ticarətdə ən sərfəli və təhlükəsiz marşrutun texnoloji cəhətdən təkmilləşdirilməsinə ehtiyac var. O üzdən dünyada ən çox investisiya qoyulmasına maraq göstərilən və rəqəmsallaşdırılması istiqamətində önəmli addımlar atılan qlobal ticarət marşrutu Orta dəhlizdir.

Azərbaycan bu dəhlizin qlobal ticarət üçün ən sərfəli marşrut olmasına çalışır və bu istiqamətdə atdığımız addımlar digər ölkələr və beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın Orta dəhlizinin işlək marşruta çevrilməsindəki fəaliyyətini yüksək dəyərləndirənlərdən biri də Özbəkistanın keçmiş xarici işlər naziri Vladimir Norovdur. O, dəhlizdə ölkəmizin gördüyü işləri yüksək qiymətləndirərək demişdir: "Azərbaycan artıq Orta dəhlizin geoiqtisadi inteqratoruna çevrilib və regional süni intellekt habının yaradılması növbəti məntiqi addımdır". V.Norov Azərbaycanın digər tranzit ölkələrindən fərqli olaraq müasir yanaşmalara daha çox üstünlük verdiyini deyir. Haqlı olaraq vurğulayır ki, ölkəmiz təkcə yeni dəmir yollarının və limanlarının tikintisi ilə maraqlanmır, eyni zamanda marşrutun ölkədən keçən hissəsində dövrün tələblərinə uyğun rəqəmsallaşma və süni intellektin tətbiqinə xüsusi diqqət göstərir.

Sabiq nazir ölkəmizin gördüyü işləri yüksək qiymətləndirir: "Məhz rəqəmsallaşma və süni intellekt əsaslı logistika dəhlizinin qlobal miqyasda rəqabətə davamlı olub-olmayacağını müəyyən edəcək. Azərbaycan Ələt limanının intellektual sistemlərinə, rəqəmsal gömrük xidmətlərinə və Bakı-Tbilisi-Qars dəmir yolunda süni intellekt dəstəkli planlaşdırma alətlərinə, eləcə də genişlənən multimodal şəbəkəsinə investisiya yatırmaqla bu transformasiyaya rəhbərlik edir". Eks nazir həmçinin qeyd edir ki, Azərbaycan artıq rəqəmsal transformasiyanın praktiki nəticələrini nümayiş etdirir: "Xüsusilə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında (Ələt) konteyner daşımalarının həcmi 2025-ci ildə rəqəmsal iş proseslərinin tətbiqi sayəsində 40 faiz artıb. Öz növbəsində, "Azərbaycan Dəmir Yolları" intellektual planlaşdırma alətlərinin tətbiqi hesabına Çin-Avropa marşrutu üzrə konteyner qatarlarının hərəkətini 34 faiz artırıb".

Dünya logistikasında "dar boğazlar" termini işlədilir. Bu marşrut üzrə yüklərin tranzitində tıxac yaranan yerə deyilir. Xəzər dənizi də Orta dəhlizin həssas nöqtəsi olduğundan "dar boğazı"na çevrilə bilər. Bugünədək ölkəmiz və onun regional partnyorları bunun baş verməməsi üçün müəyyən işlər görüblər. Ancaq risk qalır. Özbəkistanın sabiq xarici işlər naziri bunun qarşısının alınması üçün dəhlizin keçdiyi bütün ölkələr arasında rəqəmsal logistikanın əlaqələndirilməsi məqsədilə birgə süni intellekt mexanizminin yaradılmasını təklif edir: "Mexanizmin aşağıdakı funksiyaları yerinə yetirəcəyi ehtimal olunur: gəmilərin gəlişinin, qatarların hərəkətinin, Xəzərdəki hava şəraitinin və limanların yüklənməsinin birgə proqnozlaşdırılması üçün süni intellekt əsaslı prediktiv logistika platformasının yaradılması; risklərin süni intellektlə qiymətləndirilməsi, ilkin məlumat mübadiləsi və bütün dəhliz boyu yüklərin avtomatlaşdırılmış rəsmiləşdirilməsi ilə vahid rəqəmsal gömrük sisteminin tətbiqi; güclərin planlaşdırılması və müxtəlif ssenarilərin modelləşdirilməsi üçün əsas liman və terminalların - Ələt, Aktau, Kurık və Potinin qarşılıqlı fəaliyyət göstərən "rəqəmsal əkizləri"nin işlənib hazırlanması; vahid kibertəhlükəsizlik standartları və yüklərin rəqəmsal identifikasiyası ilə transsərhəd məlumat idarəetmə sisteminin formalaşdırılması, pilot layihələrin həyata keçirilməsi, eləcə də gömrük və logistika idarələrinin mütəxəssislərinin ixtisasının artırılması üçün Bakıda süni intellekt sahəsində İnnovasiya və Təlim Mərkəzinin yaradılması".

V.Norovun sözlərinə görə, mexanizmin ehtimal olunan mənzil-qərargahı qismində Azərbaycanın seçilməsi Ələt limanında müasir rəqəmsal logistika zonasının mövcudluğu və ölkənin Avrasiya nəqliyyat marşrutunun əlaqələndiricisi rolu ilə əsaslandırılır.

Bu arada Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili də deyib ki, hazırkı geosiyasi reallıq, xüsusilə Rusiya-Ukrayna münaqişəsi və Yaxın Şərqdə davam edən son hadisələr qlobal təchizat zəncirlərinin dəyişməsinə və bu fonda Orta dəhlizin əhəmiyyətinin daha da artmasına səbəb olub. Nazir eyni zamanda bildirib ki, regionda sülh və sabitliyin möhkəmlənməsi, eləcə də Gürcüstan-Ermənistan, Gürcüstan-Azərbaycan və Azərbaycan-Ermənistan münasibətlərinin inkişafı Orta dəhlizin gələcək taleyində həlledici rol oynayacaq. M.Boçorişvilinin sözlərinə görə, regionun həm tranzit, həm də iqtisadi baxımdan əsas geosiyasi mərkəzə çevrilməsi üçün real tarixi şans formalaşıb, iqtisadi layihələrin arxasında mühüm siyasi faktorlar dayanır və onların həyata keçirilməsi məhz siyasi sabitlik və qarşılıqlı etimaddan asılıdır.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

11:22
14 Aprel

“The New York Times”: İran nüvə proqramından imtina etməyə hazır idi  

11:17
14 Aprel

Pakistanlı ekspert: Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin təminatçısı kimi mühüm rol oynayır  

11:15
14 Aprel

Xəzər dənizində növbəti zəlzələ olub – YENİLƏNİB

11:14
14 Aprel

Azərbaycandan Ermənistana dizel yanacağı və gübrədaşıyan növbəti qatar yola salınıb

11:10
14 Aprel

Orta Dəhlizlə konteyner daşımalarının həcmində 34 faizlik artım

11:02
14 Aprel

Azərbaycanda qadın sahibkarların payı 3 faizdən 23 faizə yüksəlib  

10:53
14 Aprel

Akademik Zərifə Əliyevanın oftalmologiyanın inkişafına verdiyi töhfələr hər zaman öz aktuallığını saxlayır  

10:50
14 Aprel

Dünya bazarında qızıl 16 dollar bahalaşıb

10:49
14 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:39
14 Aprel

Nazir Məcnun Məmmədovun Zəngilanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

10:33
14 Aprel

Bahar Muradova: Qadın sahibkarların regional inkişaf proseslərində iştirakı əhəmiyyətlidir  

10:31
14 Aprel

Akademik Zərifə Əliyeva həyatını elmə və xeyirxahlığa həsr etmişdi

10:25
14 Aprel

Azərbaycan nefti 125 dollardan baha satılır

10:06
14 Aprel

Bakıda AQEM məkanında qadınların rolunun gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir  

10:05
14 Aprel

Süni intellekt 800-ə yaxın peşəni təhdid edir

09:50
14 Aprel

Vens: İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik

09:46
14 Aprel

Aktyorluq üçün doğulmuşdu

09:45
14 Aprel

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

09:44
14 Aprel

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir  

09:42
14 Aprel

Kiçik səhnədən böyük sənətə

09:40
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!