14 Yanvar 2022 20:24
288
CƏMİYYƏT

Ombudsman: Uşaq hüquqlarının təmini istiqamətində aşkarlanan nöqsanlarla bağlı müvafiq tədbirlər görülür

 

Yanvarın 14-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yayımlanan uşaqlara qarşı zorakılıq halları ilə bağlı açıqlama yayıb.

Bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib. Açıqlamada deyilir: “Son dövrlər ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində, o cümlədən İsmayıllı şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uşaqlara qarşı baş verən zorakılıq hallarının Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı olaraq bizi ciddi narahat edir.

Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanan bu kimi hallar və zorakılıq əməllərinə hüquqi qiymət verilməsi tərəfimizdən daim nəzarətdə saxlanılır.

Qeyd edək ki, Milli Preventiv Mexanizmin funksiyalarının icrası məqsədilə həyata keçirilən fəaliyyət çərçivəsində tərəfimizdən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, o cümlədən uşaqların saxlandığı müəssisələrə daim başçəkmələr həyata keçirilir və onların hüquqlarının təmini istiqamətində aşkarlanan nöqsanlarla bağlı müvafiq tədbirlər görülür.

Hər bir şəxs, o cümlədən uşaqlarla işləyən şəxslər uşaqların beynəlxalq sənədlərdə və milli qanunvericilik aktlarında təsbit olunmuş hüquq və maraqlarını müdafiə etməli, onlara qarşı kobud rəftar və zorakılığa yol verməməlidir.

Uşaqlara qarşı zorakılığın bütün formalarını şiddətlə qınayır, müvafiq qurumları belə halların qarşısının alınması üçün səylərini birləşdirməyə və zəruri tədbirlər görməyə səsləyirik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video