03 Oktyabr 2023 09:20
24854
SİYASƏT
A- A+
O, müasir dünya siyasətini gözəl bilir

O, müasir dünya siyasətini gözəl bilir

 

Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə söylədiyi bu sözlər İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə dəfələrlə təsdiqini tapıb

 

"Siyasət tükdən nazik, qılıncdan itidir!"
Bu, türk atalar sözüdür.

Əsrlər boyu zamanın sınağından dəfələrlə çıxan müdrik deyimdir!
Siyasətə elm də deyirlər!
Özünəməxsus qanunları, qaydaları, prinsipləri və terminləri vardır.
Bir qrup insanların, qurumların, dövlətlərin maraqlarının yeridilməsi, ifadəsi vasitəsidir.

Qədim tarixə, zəngin təcrübəyə malik sahədir.
Ən böyük silahı isə yəqin ki, diplomatiyadır.
Onlar daim qoşa addımlayırlar.
Siyasət və diplomatiya ilə bəzən böyük təhdid və təhlükələri qarşılamaq, onları zərərsizləşdirmək olur.
Adətən, insanlar silaha əl atmazdan öncə "söz dueli" aparırlar, bir-birilərinə etiraz və narazılıqlarını bildirirlər.
Mövqe və maraq ziddiyyətlərini sözlə aradan qaldırmaq mümkün olmayanda isə silahlar işə salınır.
Bütün müharibələr sonda yerini sülh danışıqlarına verir, sülh müqaviləsi ilə başa çatır.
* Əsl dövlət başçısı odur ki, istədiyinə dövlətinin və xalqının maraqlarına ciddi ziyan vurmadan nail olsun!
* Əsl dövlət başçısı odur ki, qələbəsinə əmin olmadığı müharibəyə başlamasın!
* Əsl dövlət başçısı odur ki, hər iki sahədə elə fəaliyyət göstərsin ki, sonda qalib çıxsın, istədiyinə axıradək nail olsun!

Bax əsl siyasət də, diplomatiya da elə budur!
***
Sovet dövründə Azərbaycanın müstəqil daxili və xarici siyasəti olmayıb.
Bütün bu işlərlə mərkəzdə - Kremldə məşğul olurdular.
On dörd müttəfiq respublikanın idarə olunmasının vahid forması da müəyyənləşmişdi.
Nəhəng qırmızı imperiyanın adı "qardaş xalqların könüllü ittifaqı" adlandırılsa da, özü mahiyyətcə "kommunizm ideologiyasına xidmət", "marksizm-leninizmə sədaqət" kimi qələmə verilsə də, əməldə çar üsuli idarəsindən heç nə ilə fərqlənməyən bir quruluş idi.
On dörd müttəfiq respublikanın sərvəti mərkəzi büdcəyə toplanaraq oradan yenidən "pay bölgüsü" şəklində geri - yerlərə qaytarılırdı.
Təbii ki, "çox verib az alanlar" və ya "az verib çox alanlar" da vardı.
Bütün bunlar "ideoloji pərdə" altında elə gizlədilirdi ki, sanki hamı razı qalırdı və mərkəzə yalnız minnətdarlıq ifadə edilirdi.
Başqa yol və əlac da yox idi.
"Qırmızı terror və repressiya" vədəsində insanların gözünü elə qorxutmuşdu ki, kimsə yalnız ürəyində nəyəsə etiraz edə bilərdi...
Daxili siyasət məsələləri "Sov. İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarları" şəklində həllini tapırdı.
Moskva bu adla hər hansı bir qərar verən kimi müttəfiq respublikaların mərkəzi komitələri və nazirlər sovetləri ona müvafiq, onun əsasında "kiçildilmiş" qərarlar qəbul edirdilər.
Hansısa respublika nəsə təşəbbüs göstərərək mərkəzdən əlavə bir vəsait almaq istəsəydi, bu, müşkülə çevrilirdi.
Həm də həmin respublikanın rəhbərinin bacarığından, nüfuzundan, Moskvadakı şəxsi hörmətindən çox asılı olardı.
Belə hörmət-izzət sahibləri isə, adətən, Sov. İKP MK Siyasi Bürosu üzvləri və üzvlüyə namizədlər sayılırdılar.
Xarici siyasət məsələləri isə bundan da çətin sayılırdı.
Xaricə istənilən yol yalnız Moskvadan keçirdi.
Müttəfiq respublikaların "xarici işlər nazirlikləri" rəmzi xarakter daşıyırdı.

Hətta istənilən xarici ölkəyə səfər belə Moskva ilə razılaşdırılmalı, daha doğrusu, müəyyən prosedur qaydalarından keçərək icazə alınmalı idi.
Müttəfiq respublikaların nəinki müstəqil şəkildə hər hansı xarici dövlətlə əlaqə yaratmağa, hətta mədəniyyət və ədəbiyyatla bağlı kiçik bir tədbir keçirməyə belə ixtiyarı çatmırdı.
Belədə təbii ki, yerlərdə bacarıqlı siyasətçilərin yetişməsi də mümkün deyildi.
Ulu Öndər Heydər Əliyevin Moskvada işləmək üçün irəli çəkilməsi, Sov. İKP. MK Siyasi Bürosunun üzvü kimi nəhəng imperiyanın siyasi xəttinin hazırlanmasında iştirakı, habelə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi SSRİ-nin idarə olunmasında birbaşa iştirakı onun görkəmli dövlət xadimi kimi yetişməsində mühüm rol oynadı.
***
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan dövlət müstəqilliyi qazananda həqiqi siyasətçi qıtlığı özünü kəskin şəkildə hiss etdirdi.
Moskva ilə məsləhət olunmadan müstəqil qərarlar qəbul etmək hər respublika rəhbərinin hünəri deyildi...
...Hələ mərkəzin qərarlarına etiraz etmək, ona qarşı çıxmaq bir yana qalsın.

Həmin dövrdə baş verən və ölkə tarixinə düşən iki mühüm faktı xatırlatmaq istəyirik:
Birinci, 1990-cı ilin yanvarında əli Azərbaycan xalqının qanına batmış cəllad Qorbaçovun tərkibi ermənilərlə möhkəmləndirilmiş Qırmızı ordu hissələrinin Azərbaycana daxil olaraq Bakıdakı etirazçılara divan tutması qərarına həmin dövrdə Azərbaycan KP MK-ya başçılıq edən Ə.Vəzirov etiraz etməyi bacarmadı!
Nəticədə 20 Yanvar faciəsi törədildi.
Və xalqın qəzəbindən qorxan Ə.Vəzirov hərbi təyyarəyə minərək Moskvaya - ağalarının yanına qaçdı.
İkinci, SSRİ-nin dağıldığı bir zamanda tarixə "qətiyyətsiz prezident" təki düşən A.Mütəllibov Azərbaycan SSR-də "SSRİ-nin saxlanılması ilə bağlı referendum" keçirilməsi barədə qərar qəbul etmişdi.
Halbuki o dövrdə Naxçıvanda olan Ulu Öndər Heydər Əliyev bu ərazidə həmin referenduma yol verilməməsi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarının çıxarılmasına nail olmuşdu! 
Belə bir addım Ümummilli Liderimizin siyasi uzaqgörənliyi ilə yanaşı, cəsarət və qətiyyətindən irəli gələn şəxsi keyfiyyətlərindən doğurdu.
***
Yalnız Ulu Öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra Azərbaycan müstəqil siyasət yürütməyə, öz maraqlarına xidmət edən müstəqil siyasi xətt qurmağa nail oldu!
Azərbaycanın müstəqilliyini reallığa və əbədiliyə çevirən Ümummilli Liderimiz bu yolda dayanmadan, yorulmadan, gecə-gündüz bilmədən çalışır, ölkə daxilində AXC-Müsavat cütlüyünün naşı və səriştəsiz hərəkətlərindən miras qalmış həlli vacib problemlərlə məşğul olurdu.
Paralel olaraq dünyaya inteqrasiya, digər dövlətlərlə bərabərhüquqlu əlaqələr yaradılmasına da xüsusi diqqət yetirirdi.

"İdarə olunan prezident" kimi yaddaşlarda qalan Ə.Elçibəyin qısamüddətli rəhbərliyi dövründə isə ölkə daha bərbad günə qoyuldu, Azərbaycan bir dövlət kimi məhvolma həddinə çatdırıldı.
Naşılardan ibarət komanda ilə ölkəyə başçılıq edən Ə.Elçibəy iqtisadiyyatdan xəbəri olmayanı baş nazir, siyasətdən xəbəri olmayanı xarici işlər naziri, cinayətkarlıqla mübarizədən xəbəri olmayanı daxili işlər naziri, hərbdən başı çıxmayan xəyanətkarı müdafiə naziri, dövlətçiliyin nə olduğunu anlamayanı dövlət katibi təyin etmişdi.
Krılovun məşhur "Kvartet" təmsilində olduğu kimi, bu naşılar və yalnız şəxsi maraqlarını güdənlər isə ölkəni fəlakət həddinə çatdırdılar.
Özlərinin "Milli qəhrəman" adı verdikləri, "Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi" təyin etdikləri Surət Hüseynovun qiyamından qorxaraq "vəzifələrini dondurmaq"la qaçıb getdilər.
Onların "xüsusi xidmətlər sahibi" kimi qəbul edərək daxili işlər nazirinin müavini vəzifəsinə təyin etdikləri Rövşən Cavadov isə özlərindən sonra dövlət çevrilişinə cəhd edərək xəyanət yolunu tutdu.
1993-cü ilin may ayında keçirdikləri konfransda başda prezidentləri olmaqla bütün naşılıqlarını, ölkəni korrupsiya və rüşvət yuvasına çevirdiklərini, dövləti dağıtdıqlarını məcburən etiraf etdilər. 
Xarici siyasət sahəsində də bağışlanılmaz səhvlərə, gülüş doğuran açıqlamalara yol verdilər.
Dövlətin başçısı öz torpaqlarını qoruya bilmədiyi halda "Yakutiyaya bayraq sancmaqdan" danışır, daxili işlər naziri "rus səfirinin başına güllə çaxacağı"nı söyləyir, qonşu dövlətləri olmayan "atom bombası" ilə hədələyir, xarici dövlət başçıları ilə görüşdə özlərini necə aparmağı, nədən necə danışmağı belə kəsdirə bilmirdilər.
İqtidarda olduqları qısa müddətdə özlərini biabır etməklə yanaşı, Azərbaycanın da beynəlxalq nüfuzuna ciddi xələl gətirdilər.
Ölkə daxilində onlardan qalan "zir-zibili" də təmizləmək xeyli vaxt apardı...
***
"Bəy"lər işlədikləri çox qısa müddətdə ölkə iqtisadiyyatını bərbad vəziyyətə salmış, hətta dövlət büdcəsini belə formalaşdıra bilməmişdilər.
Dövləti yaşatmaq, dövlət qurumlarının iş qabiliyyətini təmin etmək, bir milyondan çox qaçqın və məcburi köçkünə qayğı göstərərək onların zəruri ehtiyaclarını ödəmək, torpaqların işğalını dayandırmaq, ölkəni xaos və anarxiya bataqlığından çıxarmaq, müstəqilliyi qoruyub saxlamaq, habelə dövləti məhvolmadan xilas etmək birinci dərəcəli vəzifə sayılırdı.
Həm də bu işlərin hamısı eyni vaxtda görülməli idi!
Lakin "keçmişin qalıqları" buna da imkan vermirdilər.
Ulu Öndər Heydər Əliyev iki dəfə - 1994-cü ilin oktyabr və 1995-ci ilin mart ayında dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyət və məharətlə aldı!
***
Ümummilli Liderimiz təkcə bu günlə yaşamır, müstəqil Azərbaycanın gələcəyi barədə də düşünürdü.
Müharibədə atəşkəsə nail olduqdan, ölkədə möhkəm və dönməz sabitlik yaratdıqdan sonra da çoxcəhətli və çoxşaxəli fəaliyyət göstərirdi.
Dünyanın aparıcı dövlətlərinin maraqlarını Azərbaycanın maraqları ilə uzlaşdıraraq Xəzərin karbohidrogen ehtiyatlarının qeyri-ənənəvi yolla dünya bazarına çıxarılmasını təmin edən "Əsrin müqaviləsi" neft kontraktının imzalanmasına, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru neft kəmərinin çəkilməsinə və beləliklə, Azərbaycanın iqtisadi imkanlarının yüksəlməsinə nail oldu.
AXC-Müsavat cütlüyünün "başı digər işlərə qarışdığından" görməyə imkan tapmadıqları zəruri prosesə - sərbəst bazar iqtisadiyyatına keçidi təmin edən islahatlara da başladı və onları uğurla sona çatdırdı!
Yeni Konstitusiya hazırlanaraq qəbul edildi, özəlləşdirməyə dair iki dövlət proqramı icra olundu, yeni ordu quruculuğuna başlanıldı, qaçqın və məcburi köçkünlərə sistemli dövlət yardımı nizama salındı, beynəlxalq qurum və təşkilatlarla səmərəli əməkdaşlığa başlanıldı, Azərbaycan Avropa Şurasına üzv qəbul olundu, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə cəhdlər göstərildi və s.
Ulu Öndər Heydər Əliyevin baş müəllifliyi ilə hazırlanan və qəbul olunan ölkənin yeni Konstitusiyasında Azərbaycanın daxili və xarici siyasətinin elmi əsasları, başlıca prinsipləri də müəyyənləşdirildi!
Bütün bu işlər böyük sürətlə, bacarıq və məharətlə, uzaqgörənliklə icra olundu!
Nəticədə həm də bu gün xalqımızın böyük məhəbbətlə "Heydər Əliyev siyasi kursu" adlandırdığı daimi inkişaf istiqamətləri müəyyənləşdirilərək dəqiqləşdirildi! 

***
Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin ikinci dövründə də genişmiqyaslı nəhəng işlər görsə də, onların bir çoxunu sona çatdırmağa ömür vəfa etmədi.
Odur ki, Azərbaycan xalqına məşhur müraciətində bu barədə də fikirlərini bildirdi:
"Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Azərbaycan xalqı və dövləti müdrik və sınanmış rəhbərinin vəsiyyət və tövsiyələrinə sədaqətlə əməl etdi!
Onun layiqli siyasi varisini dövlət başçısı seçdi!
İlham Əliyev çox ağır və çox məsuliyyətli bir missiyanı öz üzərinə götürdü!
Seçkilərdən dərhal sonra radikal müxalifətlə "5-ci kolon" birləşərək yenidən hakimiyyəti ələ almaq istədilər.
Lakin Heydər Əliyev məktəbinin yeganə "əyani tələbəsi" olmuş cənab İlham Əliyev bu sınaqdan şərəflə çıxdı!
Həm də sübut etdi ki, Ulu Öndər Heydər Əliyev kimi sonadək öz postunda oturaraq xalqı və dövləti xəyanətkarlardan mərdliklə xilas edəcəkdir!

Əvvəlkilər kimi heç yerə qaçıb getməyəcəkdir!
Bununla da Azərbaycanın yenə də qüdrətli və etibarlı əllərdə olduğunu bütün dünyaya əyani şəkildə göstərdi.
***
Diqqəti Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına vəsiyyətində İlham Əliyev haqqında söylədiyi bir məqama xüsusi cəlb etmək istərdik:
"O, müasir dünya siyasətini gözəl bilir".
Buna qədər Azərbaycan xalqı İlham Əliyevin millət vəkili, Milli Məclisin Avropa Şurasındakı deputat qrupunun rəhbəri və ARDNŞ-nin birinci vitse-prezidenti kimi "Əsrin müqaviləsi" adını almış neft kontraktının imzalanmasına xidmət edən danışıqlardakı fəaliyyəti ilə tanış idi...
...Dövlət rəhbəri kimi nəyə qadir olduğunu hələ bilmirdi.
Prezident İlham Əliyev çox qısa müddətdə nəinki Azərbaycan xalqının etibarını doğrultdu, hətta dünya səviyyəli, yeni tipli xarizmatik siyasətçi və dövlət xadimi olduğunu da təsdiq etdi!
***
Bayaq qeyd etdiyimiz kimi, cənab İlham Əliyevin ilk universiteti Heydər Əliyev məktəbində uzun illər boyu "əyani təhsil" alması olub.
Sonra dünyaca məşhur Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

Bu gün də şəkli bu ali təhsil ocağının fəxr edərək fotolarını "Şərəf lövhəsi"ndə saxladığı məzunlar sırasındadır.
Atası qısqanclıq və paxıllıq səbəbindən yüksək vəzifəsindən uzaqlaşdırıldıqdan sonra təqiblər başlandı və İlham Əliyev də dərs dediyi institutdan ayrılmaq məcburiyyətində qaldı.
Amma burada əldə etdiyi zəngin bilik, bir neçə dildə sərbəst danışmaq bacarığı ömrü boyu karına gəldi!
Təhsildə olduğu kimi, peşəkar siyasətçi və diplomatik fəaliyyətində də başqalarından çox irəlidə oldu, bilik və təcrübəsi ilə dövlətinə, xalqına böyük faydalar gətirdi!

 

(Ardı var)

 

Bəxtiyar SADIQOV 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AFFA İntizam Komitəsi 4 klubu cərimələyib

12:46
30 Oktyabr

Qazaxıstanın tikinti şirkətləri Azərbaycandakı layihələrdə investor kimi iştirak etməkdə maraqlıdır  

12:44
30 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:42
30 Oktyabr

Türkiyədə bələdiyyə sədri terror təşkilatı ilə əlaqədə olmaqda şübhəli bilinərək saxlanılıb

12:22
30 Oktyabr

Badamdarda uçqun riski olan qaya parçalarının ərazidən götürülməsi tədbirləri davam etdirilir

12:21
30 Oktyabr

Vətən müharibəsi əlilinin əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

12:11
30 Oktyabr

Səbinə Əliyeva: Əqli mülkiyyət hüquqlarının qorunması bir sıra fundamental hüquqların təmininə də imkan yaradır  

11:42
30 Oktyabr

Kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib: 147 milyon manat pul ölkəyə qaytarılmayıb  

11:41
30 Oktyabr

ANAMA-ya üç minaaxtaran it hədiyyə edilib

11:39
30 Oktyabr

Sadiq Qurbanov: İqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərində alimlərin rolunun artırılması vacibdir

11:37
30 Oktyabr

Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - YENİLƏNIB

11:37
30 Oktyabr

Hikmət Hacıyev: “Washington Post” SSRİ-nin son günlərindəki “Komsomolskaya Pravda”nı xatırladır

11:36
30 Oktyabr

Kamran İmanov: COP29-un Bakıda keçirilməsi qərarı Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir

11:16
30 Oktyabr

Yaponiyada qızılın qiyməti tarixi maksimuma yüksəlib

10:58
30 Oktyabr

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masa keçirilir YENİLƏNƏCƏK

10:55
30 Oktyabr

Avropa İttifaqı ölkələrinin əksəriyyəti sərhəd nəzarətini gücləndirir

10:50
30 Oktyabr

Yaşıl patentlərin sayı 2024-cü ilin 9 ayında 30-a çatdırılıb

10:30
30 Oktyabr

Kamran İmanov: Məqsədimiz innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

10:29
30 Oktyabr

I Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək - SİYAHI

10:22
30 Oktyabr

Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb

10:11
30 Oktyabr

DİN: Ötən gün 43 cinayətin üstünün açılması təmin olunub

09:34
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!