09 Aprel 2024 09:30
776
CƏMİYYƏT
A- A+
O, çoxlarına nümunə idi

O, çoxlarına nümunə idi

 

...2016-cı il aprelin 1-dən 2-nə keçən gecə atəşkəsi pozan bədnam qonşumuz cəbhənin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində fəallaşaraq, ayrı-ayrı ərazilərdə ciddi təxribatlar törətməklə mövqelərimizə qarşı hücuma keçdilər. Ermənilər bu vaxtı təsadüfən seçməmişdilər; həmin dönəmdə ABŞ-də beynəlxalq sammitdə iştirak edən Azərbaycan Prezidenti hələ vətənə qayıtmamışdı. 
Təhlükəli vəziyyət barədə dövlətimizin başçısına təcili məruzə edildi, daim döyüşə hazır Silahlı Qüvvələrimiz nəinki xain yağıların təcavüzkar planlarını pozdu, hətta sürətli əks-hücumla Talış, Seysulan, Cocuq Mərcanlı, Odundağ və digər strateji mövqelərə nəzarəti ələ aldı. Çaşqın durumda qalan qorxaq düşmən döyüş meydanında silahlarını, texnikasını, hərbi sursatını, meyitlərini atıb qaçdı. Və beləliklə, dördgünlük savaş qəhrəman ordumuzun tam üstünlüyü və qələbəsi ilə başa çatdı. Əslində, bu, müharibənin yekunu deyildi, Qarabağ uğrunda haqq mübarizəmizdə bir döyüş, əməliyyat idi.
...2016-cı ildə həmişəkindən fərqli doğuldu aprel günəşi... Elə buludların arasından boylanmışdı ki, torpağı igid oğulların qanına bələnmiş, səmanı şəhid ruhları ilə bəzənmiş gördu. Neçə-neçə valideyn yatağından hövlnak qalxdı o gecə. Şamaxı rayonunda yaşayan Kaçayevlər ailəsi də çox narahat, dirigözlü açdılar səhəri. Əminə xanımın halı pisləşdi, qonum-qonşu başına yığıldı, həkim çağırmaq istədilər, razılaşmadı. Təkcə ciyərparəsinin - yeganə oğlunun adını çəkdi, Samiri soruşdu. Ona ürək-dirək verdilər: "Ayağından yüngül yaralanıb, Bakıya - xəstəxanaya gətirirlər, gedib sarılarsan boynuna..."
...1994-cü il martın 5-də Çuxuryurdda, İzəddin kişinin ocağında bir oğlan uşağı dünyaya göz açdı, adını Samir qoydular. Böyüdükcə ailənin, məhəllənin, məktəbin sevimlisinə çevrildi. Dostları, yoldaşları arasında tərbiyəsi, istedadı, işgüzarlığı, fərqli düşüncələrilə seçilirdi. İllər keçdikcə heykəltaraş olmaq istəyi qəlbinin dərinliklərində möhkəmləndi. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olundu, bakalavr pilləsini əla qiymətlərlə başa vurdu. İmtahan verib magistraturada təhsilini davam etdirmək şansı qazandı. Tələbəlik illərində də müxtəlif tədbirlərdə, sərgilərdə, müsabiqələrdə maraqlı əsərləri ilə iştirak etdi. 2014-cü ildə keçirilən "AZNAR" , "Milli dəyərlərimiz" sərgilərinə qatıldı, eyni zamanda ölkənin hüdudlarından kənarda baş tutan "Hamı birlikdə" adlı sərgidə, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Bakı 2015" ilk Avropa Oyunları, Fransa, Türkiyə, İsveçrə sərgilərində aktiv iştirakı ilə yadda qaldı. 
Xalq rəssamı Ömər Eldarov gənc heykəltaraşı belə xatırlayır: "Samir gözəl diplom işi hazırladı. Əla qiymət aldı. Akademiyamızın ən nümunəvi tələbələrindən idi. Dost kimi də, tələbə kimi də, gənc kimi də, kollektiv üzvü kimi də nümunə idi. Biz Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bütün professor və müəllim heyəti, tələbələrlə birlikdə ağır da olsa, gənc və istedadlı tələbəmizin dəfnində iştirak etməyə getdik. Ailəsinə minnətdarlıq bildirdik. Dedik ki, belə oğul böyütdüklərinə, tərbiyə etdiklərinə görə sağ olsunlar. Heyif ki... vaxtsız həlak oldu... müharibə, müharibədir. O, məharətli heykəltaraş idi. İşlərində fərqlilik və mükəmməllik vardı. İnanmaq olmur ki, Samir Kaçayev belə uzaq dağ kəndində doğulub böyümüşdü. Onunla münasibətdə belə rəy yaranırdı ki, sanki mərkəzdən gəlib. Dərsi və sənəti dərinliklərinə qədər mənimsəməyə çalışırdı. Nəzəri və praktiki cəhətdən də kamil və mükəmməl idi. Onun əl işləri çox yüksək qiymətləndirilirdi. Onun simasında Azərbaycan böyük və istedadlı bir heykəltaraşını itirdi. Mən bütün cavanlara cansağlığı və hərbdə qazanılmış xoşbəxtlik arzulayıram. Qoy onlar heç vaxt gülləyə, mərmiyə tuş gəlməsinlər!"
Müəllimləri Sevil Süleymanova, Afa Aslanova, tələbə yoldaşları Rahib Qarayev, Nigar Məmmədova, Zamin Rzayev şəhid Samir haqqında xatirələrini bölüşdülər: "Müəllimlərlə, tələbə yoldaşları ilə xoş ünsiyyət qurmuşdu. Yoxluğuna inana bilmirik, daim yeri görünür. Ailəsi ilə mütəmadi əlaqə saxlayırıq, dərdlərini yüngülləşdirməyə, təsəlli verməyə çalışırıq. Bacısı ilə çox oxşayırlar bir-birinə, Səbinəni görəndə elə bil, Samiri görürük..."
...Fransanın dahi heykəltaraşı Radenin abidəsi tələbə Samir Kaçayevin əla qiymətləndirilən diplom işidir; həmin əsərlə bakalavr pilləsini uğurla başa vurub, magistraturada oxumaq hüququ qazanmışdı. Lakin çox keçmədən 22 yaşlı gənc elə bir "diplom işi"nə imza atdı ki, nəinki bu məkanda və zamanda, bütün dünyada əbədi səadətin təminatçısına çevrildi.
O, ömrün baharında ən ali zirvəyə - şəhidlik məqamına yüksəldi; cismini canından da artıq sevdiyi Vətənin torpağına, ruhunu isə səmasına tapşırdı... Həmişə ucalıqlarda, Samir!

Q.MƏMMƏDOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!