28 Oktyabr 2025 08:30
492
SİYASƏT
A- A+
Nümunəyə çevrilən sədrlik

Nümunəyə çevrilən sədrlik


Azərbaycan 4 il müddətində Qoşulmama Hərəkatının fəaliyyətini yeni keyfiyyət mərhələsinə yüksəltdi


6 il əvvəl, 2019-ci ilin oktyabr ayında Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi başladı. Respublikamız Qoşulmama Hərəkatına 4 il sədrlik etdi və bu müddət təşkilatın fəaliyyətinin daha da gücləndirilməsinə xidmət edən mühüm siyasi hadisələrlə zəngin oldu. Xüsusilə qeyd edilməlidir ki, Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində Qoşulmama Hərəkatı qlobal proseslərin daha fəal iştirakçısına çevrildi.


120 dövləti birləşdirən təşkilat


Qoşulmama Hərəkatı BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatıdır. 120 ölkəni birləşdirən QH dünyadakı mövcud təşkilatlar arasında istər tarixi, istər üzvlərinin sayı baxımından kifayət qədər sanballı qurumdur. Azərbaycanın üzv olduğu digər təşkilatlarla müqayisədə QH-da iştirakı nisbətən yenidir. Belə ki, respublikamız QH-yə 14 il əvvəl - 2011-ci ildə tam hüquqlu üzv olmaq barədə qərar verib. 

QH-yə üzvlük ölkəmizin milli maraqlarının və mənafeyinin beynəlxalq müstəvidə təmin edilməsi, müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli formatda münasibətlərinin inkişaf etdirilməsi üçün yeni əlverişli imkanlar açdı. Ən əsası Azərbaycanın QH-yə üzv olması artıq həll edilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinə daha çox dəstək əldə edilməsi işinə öz töhfəsini verdi. QH-nin yekun sənədlərində bu münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsinin və bu kontekstdə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin vacibliyi birmənalı şəkildə ifadə olunub.

Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün 1961-ci ildə təsis edilən QH sülh, təhlükəsizlik və inkişafa dair məsələlərin müzakirə edildiyi mühüm beynəlxalq siyasi platformadır. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Son onilliklərdə QH-yə üzv dövlətlərin sayı 120-yə çatıb. Həmçinin təşkilatın sıralarında 18 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilat təmsil olunur. 

Əsas insan hüquq və azadlıqlarına, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək, böyüklüyündən asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanımaq, digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək, BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququna hörmət etmək və digər bu kimi məsələlər hərəkatın məqsəd və prinsipləridir. Hərəkata üzv dövlətlər daim bu prinsip və dəyərləri qoruyub saxlayıblar və qarşılıqlı əməkdaşlığa gətirib çıxaran fəaliyyət üçün ortaq zəmin yaratmaq bacarığı nümayiş etdiriblər. Hərəkat qoşulmama anlayışını müsbət və cəlbedici səy kimi formalaşdıra bilib. Müstəmləkələrin ləğv edilməsi və qlobal sosial inkişaf gündəliyinin yaradılması kimi XX əsrin ən mühüm nailiyyətlərindən bir çoxu hərəkatın bu günədək dünyaya verdiyi önəmli töhfələri sırasındadır.


Respublikamıza olan yüksək beynəlxalq etimadın göstəricisi


Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünün 2019-cu ildə Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə təşkilata sədrliyin Azərbaycana keçməsi ölkəmizin böyük diplomatik uğuru oldu. Dünyanın ikinci ən böyük təşkilatına sədrlik Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasətin nəticəsi, respublikamıza olan yüksək beynəlxalq etimadın göstəricisi kimi tarixə düşdü. Həmin vaxt Prezident İlham Əliyev bununla bağlı demişdi: "Oktyabrın 25-də isə dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik etməyə başlamışıq. Qoşulmama Hərəkatından daha böyük təşkilat Birləşmiş Millətlər Təşkilatıdır ki, onun da sədri olmur. Orada Təhlükəsizlik Şurasının sədri olur və özü də rotasiya qaydasında. Ona görə biz bu gün işlək vəziyyətdə sədrliyi olan ən böyük beynəlxalq təşkilata sədrlik edirik və bu sədrliyi 119 ölkənin dəstəyi ilə əldə etmişik. Bu, nəyi göstərir? Onu göstərir ki, dünya ictimaiyyəti bizi dəstəkləyir, bizə inanır, bizə rəğbətlə yanaşır və bizim mövqeyimizi müdafiə edir".

Sədrliyə başladıqdan sonra Azərbaycan təşkilatın qlobal məsələlərdə iştirak səviyyəsini artırmaq üçün böyük işlər gördü. Bu istiqamətdə fəaliyyətin ən mühüm göstəricilərindən biri pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatının xətti ilə beynəlxalq həmrəyliyin təmin edilməsi idi. Qoşulmama Hərəkatının Sədri kimi bu məsələdə qlobal liderliyi öz üzərinə götürən Prezident İlham Əliyevin qətiyyəti və təşəbbüsləri bu məsələdə öz sözünü dedi. 2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə hərəkatın COVID-19 ilə mübarizəyə həsr edilən liderlər səviyyəsində onlayn sammitinin keçirilməsi bu istiqamətdə atılmış ilk addımlardan biri idi. Həmin ilin dekabr ayında isə Prezident İlham Əliyevin təklifi ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirildi. Yetmişdən çox dövlət və hökumət başçısının çıxış etdiyi bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir oldu.

Azərbaycan peyvənd millətçiliyinə qarşı  qətiyyətli mübarizə apardı. 2021-ci ilin mart ayında BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə qəbul edildi. BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində isə assambleyanın plenar iclasında hərəkatın Sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə hərəkat üzvləri adından irəli sürülmüş "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi"  adlı qətnamə BMT üzv dövlətlərinin mütləq əksəriyyətinin dəstəyi ilə qəbul olundu. 

Bu qətnamənin qəbulu Azərbaycan Prezidentinin Sədrliyi ilə Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizədə qlobal səylərin mərkəzində dayandığını göstərdi.

Azərbaycanın sədrliyi dövründə QH-nin institusional fəaliyyətinin inkişafı istiqamətində də mühüm işlər görülüb. QH-nin prinsip, ideya və məqsədlərinin həyata keçirilməsində parlamentarilərin konstruktiv rolu nəzərə alınaraq, üzv dövlətlərin parlamentləri arasında əlaqələrin dərinləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ilin noyabr ayında Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis olundu. 

Bundan başqa, Azərbaycanın sədrliyi dövründə QH-nın Gənclər Təşkilatı da yaradılıb.

Azərbaycanın QH-yə sədrliyi uğurlu oldu. Uğurlu fəaliyyətinin və təşkilatın ümumi işinə verdiyi töhfələrin nəticəsi olaraq respublikamızın Qoşulmama Hərəkatına sədrliyi daha bir il uzadıldı. Beləliklə, Azərbaycanın QH-yə sədrliyi 4 il davam etdi və 2023-cü ildə başa çatdı. 4 il böyük zaman kəsiyi deyil. Lakin bu qısa dövrdə Azərbaycan Qoşulmama Hərəkatına sədrliklə bağlı yeni nümunələr yaratdı və bütün bunlar təşkilatın qlobal nüfuzunu və çəkisini artırdı. Respublikamızın nümunəyə çevrilən sədrliyi Qoşulmama Hərəkatının fəaliyyətini yeni keyfiyyət mərhələsinə yüksəltdi.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!