09 Iyul 2024 16:52
349
DÜNYA
A- A+

Nobel mükafatı laureatından Baydenə çağırış 

 

ABŞ Prezidenti Cozef Bayden prezidentlik yarışından geri çəkilməli və öz yerini Demokratlar Partiyasının namizədi kimi vitse-prezident Kamala Harrisə verməlidir.

"Azərbaycan" qəzeti xəbər verir ki, bu fikri iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Pol Kruqman “The New York Times” qəzeti üçün köşə yazısında bildirib.

O, Baydenin ABŞ prezidenti kimi xidmətlərini yüksək qiymətləndirərək, infrastruktura, yüksək texnologiyalara və yaşıl enerjiyə böyük sərmayə qoyuluşunu qeyd edib. 

Eyni zamanda, Nobel mükafatı laureatı ABŞ-nin sabiq prezidenti Donald Trampın vədlərinin tez-tez “zarafata çevrildiyinə” diqqət çəkib. Bununla yanaşı, vurğulayıb ki, Baydenin hər bir “danışıq və ya fiziki səhvi" qabardılaraq onunla "pis rəftar" davam etdirilir.

S.Bayramov,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video