28 Aprel 2024 22:47
351
Mədəniyyət
A- A+

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

 

 

Azərbaycanın paytaxtında aprelin 24-də öz işinə başlayan “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi “Nizami” Kino Mərkəzində baş tutub.

AZƏRTAC xəbər verir ki, tədbirin rəsmi hissəsində Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov, Rusiya səfirliyinin müşaviri Pavel Kuznetsov, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış ediblər.

“Azərbaycanda Rusiya Kinosu Günləri” layihəsinin prodüseri, Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi Yelena Lebedeva Rusiya kinosunun nümayişləri ərzində səmimi qonaqpərvərliyə və anşlağa görə nümayəndə heyəti adından Bakı tamaşaçılarına təşəkkürünü bildirib.

Rəsmi hissədən sonra tamaşaçılara Rusiya istehsalı olan “Xokkey ataları” (rejissor Andrey Bulatov) filmi nümayiş etdirilib. Filmin nümayişi zamanı salondakı tamaşaçılar əsl azarkeşlərə çevriliblər, stadionda olduğu kimi gur alqışlarla öz sevimli komandalarını dəstəkləyiblər.

Nümayişdən sonra tamaşaçıların suallarını baş rolun ifaçısı, Rusiyanın Arkadi Raykin adına “Satirikon” Dövlət Teatrının aktyoru Aleksey Bardukov cavablandırıb.

Tədbirdə bir sıra ölkələrin diplomatik korpuslarının, biznes qurumlarının, təhsil müəssisələrinin nümayəndələri, incəsənət xadimləri, mədəniyyət sahəsi üzrə mütəxəssislər, rusiyalı həmvətənlərimiz iştirak ediblər.

Rusiya kinosu günləri çərçivəsində Bakıdakı tamaşaçılara Rusiya istehsalı olan dörd yeni tammetrajlı filmi təqdim edilib, ardından isə hər bir filmi təmsil edən artistlə müzakirələr və yaradıcı görüşlər təşkil olunub.

Bütün film nümayişləri “Nizami" Kino Mərkəzində keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video