10 Fevral 2026 16:08
357
İQTİSADİYYAT
A- A+
Neftin qiymətinə geosiyasi faktorun təsiri uzun müddət davam edəcək

Neftin qiymətinə geosiyasi faktorun təsiri uzun müddət davam edəcək


ABŞ ilə İran arasında Omanda keçirilən danışıqlardan sonra rəsmi Vaşinqtonun İranın neft sənayesinə, Avropa İttifaqının (Aİ) isə Rusiyaya qarşı 20 sanksiya paketini açıqlaması ilə dünya bazarlarında son 6 ayda ilk dəfə olaraq neftin bir barelinin qiymətinin 70 dolları ötdü.

AZƏRTAC xəbər verir ki, bu gün səhər London və Nyu-York birjalarında “Brent” markalı neftin bir barelinin qiyməti 0,72 faiz (0,51 dollar) artaraq 71,21 dollara satılıb. Azərbaycan nefti az kükürdlü olduğu üçün dünya bazarında ən keyfiyyətli neft hesab edilir və ona görə də “Azeri Light”ın qiyməti 72 dollara yaxınlaşıb.

“Westpac Banking Corp” analitiki Rabert Renni hesab edir ki, bazarda qiymət artımına təsir edən başlıca faktor İran ilə ABŞ arasında danışıqların nəticəsiz başa çatmasıdır. Bununla yanaşı, həm ABŞ, həm də İranı danışıqlarda təmsil edənlərin görüşdən sonra hərbi gəmiləri ziyarət etmələri vəziyyətin heç də müsbət istiqamətə doğru irəliləmədiyini göstərir.

Aİ ilə ABŞ-ın Rusiyaya qarşı sanksiyaları daha da artırması öz təsirini göstərir. ABŞ-Rusiya neftini alan dövlətlər ilə ticarətə görə əlavə 25 faizlik gömrük rüsumu tətbiq etmək haqqında qərar qəbul etdikdən sonra Hindistanın 3 ən iri neftayırma zavodu Rusiya neftini almaqdan tamamilə imtina etdi.

“Bloomberg”in məlumatına görə, Rusiyada neft hasilatı OPEC-in müəyyən etdiyi kvotadan da, sutkada 300 min barel aşağı düşüb və bununla yanaşı, alıcı da tapılmır. Hazırda tankerlərdə 143 milyon barel Rusiya nefti var. Bu neft nə satılır, nə də saxlanılması üçün anbar tapılmır ki, bu da tankerlərin açıq dənizdə qalmasına və neftin nəqli ilə məşğul olan şirkətlərin narazılığına səbəb olur.

Rusiya neftinin qiyməti artıq 10 dollardan da aşağı düşərək 9,43 dollara satılsa da alıcı tapılmır.

R.Renni hesab edir ki, dünyada neftin qiymətini yüksəldən və aşağı salan faktorlar var. Lakin bunlar bazarın tələb təklifinə təsir etmir. Neftin hasilatı, istehsalı, nəqli və digər amillər yerində olsa da, qiymətlər tez-tez transformasiyaya uğrayır. Analitikin fikrincə, geosiyasi gərginlik bazara təsirini uzun müddət saxlayacaq. Qiymətlər isə gərginlikdən asılı olaraq artacaq və ya azalacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!