Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsinin yeni inzibati binası istifadəyə verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli əvvəlcə muxtar respublikanın polis orqanlarına təqdim olunan yeni xidməti avtomobillərə baxıb.
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-mayor Süleyman Neymətov məlumat verib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə 16 yeni xidməti avtomobil təqdim edilib.
Bildirilib ki, 4 ədəd “BMW” markalı avtomobil yol-patrul xidməti, “JAC-T8” markalı 12 avtomobil isə mühafizə polisi, post-patrul xidməti və Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsi üçün nəzərdə tutulub. 2023-cü il istehsalı olan avtomobillər yüksək manevr imkanları və müasir təchizatı ilə xidmətin operativ təşkilinə imkan verəcək. Müasir interyerə malik avtomobillərin hər biri ən yeni rəqəmsal radio-rabitə, səsgücləndirici və sayrışan işıq sisteminə malikdir.
Sonra səlahiyyətli nümayəndə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olub.
Üçmərtəbəli binanın foyesində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin hüquq-mühafizə orqanları ilə keçirdiyi görüşləri əks etdirən fotoguşə yaradılıb. Şöbədə növbətçi, qəbul, xüsusi vasitələrin saxlanması otaqları, kriminalistik tədqiqatlar, istintaq və tədqiqat, təşkilati-inspektor qrupları üçün və digər xidməti otaqlar, eləcə də server otağı, arxiv, iclas zalı və bufet yerləşir. Xidmətin operativ təşkili üçün otaqların hər biri ən müasir avadanlıqlarla təchiz olunub.
Binada mərkəzləşdirilmiş havalandırma və istilik sistemi də quraşdırılıb.
Heydər Əliyev Mərkəzində “Tağıyev: Neft” bədii filminin premyerası olub
Uqanda ordusunun komandanı ABŞ səfirini ölkədən çıxarmaqla hədələyib
Zərdabda narkokuryer saxlanılıb
Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini növbəti dəfə raket hücumuna məruz qoymasından 4 il ötür
Dünyanın “qırmızı mirvarisi” beyni inkişaf etdirir, yaddaşı gücləndirir
Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycan dövlətinin diqqət və qayğısından razıdırlar
Azərbaycan və Kolumbiya vətəndaşlarının qarşılıqlı səfərlərinin sadələşdirilməsi barədə müzakirələr aparılıb
Azərbaycan neftinin qiyməti 81 dolları ötüb
Ermənistanda gərginlik artır
"İnsan hüquqları və dünya dinləri" mövzusunda seminar təşkil olunub
Azərbaycan Prokurorluğunun veteranı Rüstəm Usubovun 70 illik yubileyi qeyd olunub
Köçəri quşlar Azərbaycandan niyə yan uçur?
Mənim Musa müəllimim
Həzin, gülümsər, şıltaq dalğalar
Oncallıda cüt məzar
Xoşbəxtliyimi şagirdlərimin sevincində tapmışam
Zaqatala təkcə qızıl güllər diyarı deyil
Goranboyda gənclərin hərbi vətənpərvərlik tərbiyəsi ilə bağlı düşərgə təşkil olunub
Samuxda Macarıstan Universiteti ilə "AgroDairy" şirkəti arasında memorandum imzalanmışdır
Aqrar sığorta təkmilləşdikcə ona maraq da artır
BƏƏ, Azərbaycan, Braziliya: məqsəd bu "üçlük" arasında körpü salmaqdır
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!