10 Fevral 2022 00:30
998
CƏMİYYƏT
A- A+
Naxçıvan muxtariyyətinin 98-ci ildönümünü böyük nailiyyətlərlə qarşılayır

Naxçıvan muxtariyyətinin 98-ci ildönümünü böyük nailiyyətlərlə qarşılayır

 

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının 98-ci ildönümünə həsr olunmuş “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” adlı “dəyirmi masa” keçirilib.

Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək, dahi Liderə və bütün şəhidlərimizə dərin hörmət və ehtiramlarını bildiriblər.

Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov qədim, zəngin, çoxəsrlik tarixə, mədəniyyətə, dövlətçilik ənənələrinə malik və “Şərqin qapısı” adlandırılan Naxçıvanın keçdiyi mürəkkəb və çətin, eyni zamanda şərəfli tarixi inkişaf yolundan bəhs edib. Bildirib ki, bu gün biz Azərbaycanın ayrılmaz parçası olan bu gözəl diyarın muxtariyyət qazanmasının 98-ci ildönümünü böyük qürur və iftixar hissi ilə qeyd edirik. Tarixboyu Naxçıvan Azərbaycan dövlətçiliyinin sütunu, əsas mərkəzlərindən biri olub. Əlverişli təbii-coğrafi mövqeyi, Şərqlə Qərbi birləşdirən qədim İpək yolunun üstündə yerləşməsi Naxçıvanı daim fatehlərin, böyük dövlətlərin geosiyasi maraqlarının kəsişdiyi regiona çevirib. Ərazisi dəfələrlə işğal olunsa da, əldən-ələ keçsə də, Naxçıvan heç vaxt qəddini əyməmiş, xalqımıza məxsus mədəniyyəti, adət-ənənələri, ən vacibi isə tarixi ərazisini qoruyub saxlaya bilib, müasir dövrümüzədək gətirib çıxarıb. Burada qədim, milli dövlətçilik ənənəsinin çoxəsrlik tarixi vardır.

“Naxçıvanın muxtariyyəti çətin sınaqlardan keçərək gərgin hərbi-siyasi və diplomatik mübarizələr nəticəsində qazanılıb”, - deyən daimi nümayəndəliyin rəhbəri qeyd edib ki, 98 illik tarixə malik Naxçıvan Muxtar Respublikası son 30 ildə inkarolunmaz böyük tarixi inkişaf yolu keçib. Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına tarixi səfərləri, Naxçıvan Muxtar Respublikasının yaradılmasının yubileylərində proqram xarakterli çıxışları, bu diyarda son illərdə görülən işlər, həyata keçirilən quruculuq tədbirləri Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurla, ləyaqətlə davam etdirilməsinin nəticəsidir. Ardıcıl, düşünülmüş, uzaqgörən siyasətin nəticəsində bu gün Naxçıvan tarixində görünməmiş inkişaf dövrünü yaşayır.

Vətən müharibəsinin bitməsi ilə əlaqədar 2020-ci il noyabr ayının 10-da imzalanan üçtərəfli Bəyanatın 9-cu bəndində qeyd olunduğu kimi, regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir, bölgədə yerləşən dövlətlərin vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə yaradılacaq dəhliz vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi bərpa olunur. Yaradılacaq Zəngəzur dəhlizindən sonra təkcə bizim üçün deyil, region dövlətlərinin istifadəsi üçün də böyük imkanlar açılacaq. Bu eyni zamanda sülhün və əmin-amanlığın bərqərar olunmasına əsaslı zəmin yaradacaq. Ən əsası isə Azərbaycanın qardaş Türkiyə Cümhuriyyəti ilə birbaşa əlaqəsi bərpa olunacaq.

Bütün sahələri əhatə edən quruculuq, abadlıq işləri sayəsində müasirliklə qədimliyin vəhdətində böyüyən, böyüdükcə gözəlləşən Naxçıvan öz intibah dövrünü yaşayır. Muxtar respublika inkişaf etmiş ölkələrlə, Naxçıvan şəhəri isə Avropa şəhərləri ilə müqayisə oluna biləcək səviyyədə modernləşib. Tarixi abidələri, müalicəvi əhəmiyyətli suları, buz bulaqları, meşələri, təmiz havası ilə turistləri, qonaqları valeh edən muxtar respublikanın füsunkarlığı göz oxşayır. Türkdilli dövlətlərin dövlət başçılarının IX Zirvə görüşünün muxtar respublikada keçirilməsi, Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı elan olunması müasir tariximizdə dünya sivilizasiyasına önəmli töhfələr verib. Görülən işlərin nəticəsidir ki, Naxçıvan beynəlxalq elm, mədəniyyət və idman tədbirlərinə evsahibliyi edir və həmişə etməyə hazırdır, burada elmi konfrans və simpoziumlar, rəsm festivalları və s. keçirilir.

 Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən məqsədyönlü, konseptual şəkildə davam etdirilməsi bu qədim diyarın simasını dəyişməklə əsaslı dərəcədə gözəlləşdirdi. Naxçıvan qurucu rəhbəri sayəsində sosial problemləri qısa zamanda geridə qoyaraq bütün bölgələri, sərhəd kəndlərini belə inanılmaz dərəcədə müasirləşdirdi. Qədimliyini, tarixiliyini qorumaqla müasirliyə doğru irəliləyən muxtar respublikanın paytaxtı kimi bütün rayon və kəndlərində həyata keçirilən sosial-iqtisadi islahatlar, inşa olunan obyektlər, təhsil, səhiyyə ocaqları əhaliyə tam gücü ilə xidmət edir. Rayon və kəndlər də daxil olmaqla həyata keçirilən infrastruktur layihələrinə, yol-nəqliyyat sahələrinə diqqətin artırılması, abadlıq və yenidənqurma işlərinin genişləndirilməsi istiqamətində görülən işlər insanların rahat yaşamasını təmin edir. Blokada şəraitində əldə olunan uğurlar Vətənə bağlılığın, torpağa sevginin real ifadəsidir. Dinamik sürətlə artan inkişaf muxtar respublika rəhbərliyinin səyi, insanlara diqqət və qayğısı sayəsində mümkün olmuşdur.

Sonra çıxış edən Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı akademik İsa Həbibbəyli, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, Milli Məclisin deputatı Hikmət Babaoğlu  Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusunun tarixi əhəmiyyətinin və Heydər Əliyevin bu statusun möhkəmləndirilməsindəki xidmətlərindən danışıblar.  Həmçinin Prezident İlham Əliyevin müasir Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafındakı böyük xidmətlərindən, elm, mədəniyyət, incəsənət adamlarına göstərdiyi diqqət və qayğıdan, yaradılan şəraitdən bəhs ediblər.

Tədbir iştirakçıları daimi nümayəndəlikdə Naxçıvan Muxtar Respublikasının 98-ci ildönümünə həsr olunmuş kitab sərgisi ilə də tanış olublar.

 

Aydan XƏLİLOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!