18 İyul 2025 09:41
1274
CƏMİYYƏT
A- A+
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində 2025-ci ilin altı ayının nəticələrinə dair müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində 2025-ci ilin altı ayının nəticələrinə dair müşavirə keçirilib

 Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində Naxçıvan Muxtar Respublikası Baş nazirinin sədrliyi ilə 2025-ci ilin ilk altı ayı ərzində görülən işlərin yekunları və qarşıdakı dövr üçün nəzərdə tutulan fəaliyyət planlarının müzakirəsinə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirəni giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov qeyd etmişdir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyası muxtar respublikada da genişmiqyaslı islahatlarla müşayiət olunur. İqtisadiyyatın şaxələndirilməsi, infrastruktur layihələrinin genişləndirilməsi, yerli sənaye və kənd təsərrüfatının inkişafı, eləcə də sosial sahələrdə həyata keçirilən yeniliklər regionun dayanıqlı inkişafına əhəmiyyətli töhfə verməkdədir.

Müşavirədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Hüseyn Bağırovun, maliyyə naziri Həsən İsmayılovun, iqtisadiyyat naziri Kazım Hüseynəliyevin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri Sahir Rüstəmovun və “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini, sədr vəzifəsini müvəqqəti icra edən Rövşən Sadıxovun 2025-ci ilin I yarımili ilə bağlı məruzələri dinlənilmişdir. Görülən işlərin nəticələrini təhlil edən Naxçıvan Muxtar Respublikasının Baş naziri iqtisadi sabitliyin və sosial inkişafın təmin olunmasında əldə edilmiş göstəricilərin qorunub saxlanılması və daha da yaxşılaşdırılması məqsədilə qarşıdakı dövr üçün konkret hədəflərin müəyyənləşdirildiyini qeyd etmişdir. O, xüsusilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icra vəziyyətini, əldə olunmuş nəticələrin və növbəti dövr üçün zəruri addımların atılmasının nəzarətdə saxlanılmasını, eyni zamanda büdcə intizamına ciddi riayət olunmasının və infrastruktur layihələrinin vaxtında və keyfiyyətlə icra edilməsinin vacibliyini vurğulamışdır.

Müşavirədə aidiyyəti dövlət orqanlarına fəaliyyətin nəticəyönümlü təşkili və qarşıya qoyulan vəzifələrin icrasında operativliyin təmin olunması ilə bağlı göstərişlər verilmişdir.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!