28 May 2025 08:30
520
CƏMİYYƏT
A- A+
Müstəqilliyimiz qürur mənbəyimizdir

Müstəqilliyimiz qürur mənbəyimizdir


Bu, Mingəçevirdə keçirilən konfransın ana xətti idi


Energetiklər şəhəri Mingəçevirdə şəhər icra hakimiyyəti və YAP şəhər təşkilatının birgə təşkilatçılığı ilə Müstəqillik Gününə həsr olunan konfrans keçirilmişdir. Konfrans iştirakçıları öncə müstəqilliyə aid sərgi ilə tanış olmuş, "Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir" filminə tamaşa etmişlər.

Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov konfransda giriş nitqi söyləmişdir. Qeyd etmişdir ki, çoxəsrlik tariximizin dövlətçilik salnaməsində özünəməxsus yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XX əsrin əvvəllərində dünyada gedən ictimai-siyasi proseslərin bir hissəsi idi: "Bu dövrdə Azərbaycan xalqı Şərqlə Qərbin svilizasiyasına yeni bir dövlət modeli vermiş, ilk qərarı ilə milliyyətindən, dinindən, sosial vəziyyətindən və cinsindən asılı olmayaraq ölkənin bütün vətəndaşlarına bərabər hüquqlar verən Xalq Cümhuriyyətinin yaranmasını elan etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilədək olan müddətdə, cəmi 23 ay mövcud olmuşdur. Amma bu az zamanda çox işlər həyata keçirmişdir. Təəssüf ki, bolşeviklərin beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi nəticəsində müstəqil Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etmişdir".

Natiq sonra bildirmişdir ki, 18 oktyabr 1991-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya aktı Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək öz dövlət müstəqilliyini dünyaya bəyan etdi: "Bununla da Azərbaycan xalqı cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində öz dövlətini yaratdı. Ulu Öndər Heydər Əliyev demişdir: "Əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir Hacıbəylinin və Əhməd Cavadın yaratdıqları Dövlət himnini, Xalq Cümhuriyyətinin üçrəngli bayrağını və gerbini bərpa etdi. Bu dövlətçilik atributları bu gün də hər bir Azərbaycan vətəndaşı üçün olduqca əzizdir. Bu dövlət, bu quruluş 1918-ci ildə yaranmış ilk Xalq Cümhuriyyətinin varisidir. Bütün dövlət onun varisidir, bütün respublika onun varisidir, bütün xalq onun varisidir". Amma müstəqilliyimizin bərpası heç də bizə asan başa gəlmədi.

Hakimiyyət uğrunda çəkişmələr, Ermənistanın torpaqlarımıza təcavüzü, cəbhədəki uğursuzluqlar, daxildə separatçılıq meyillərinin güclənməsi, dövlətçiliyin məhvinə doğru gedən prosesi daha da sürətləndirirdi. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirdi. Bu isə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması demək idi. Ulu Öndərin apardığı ardıcıl, dönməz siyasət nəticəsində dövlətçiliyin təməl prinsipləri yaradılaraq möhkəmləndirildi, müstəqil Azərbaycan dünya birliyinin tamhüquqlu üzvünə çevrildi".

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il keçdiyini deyən İ.İsmayılov vurğulamışdır ki, Ümummilli Lider 2003-cü ildə Prezident seçkiləri ərəfəsində İlham Əliyevin xeyrinə öz namizədliyini geri götürərək xalqa  xitabən demişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev  başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər  bəsləyirəm". Böyük dövlət adamı, siyasət  dahisinin tamamilə haqlı olduğunu deyən natiq müasir Azərbaycanın bu günü və  işıqlı gələcəyə doğru inamlı addımlarının, gerçəkləşən böyük Qarabağ zəfərinin bu deyilənləri tamamilə sübuta yetirdiyini söyləmişdir.

Konfransda YAP şəhər təşkilatnın sədri Bəxtiyar Mustafayev "Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı xalqımıza müstəqil Azərbaycanı bəxş etmişdir", Mingəçevir Dövlət Universitetinin dosenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru Vüqar Məmmədli "Müasir Azərbaycanın inkişaf modeli Heydər Əliyev dühasının bəhrəsidir", Mingəçevir Tibb Kollecinin ictimai fənlər müəllimi Kəmalə Hüseynova "Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi müasir ideologiyamızın əsasıdır", Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov "Heydər Əliyev İdeyalarına əsaslanan Prezident - Xalq - Ordu birliyi zəfərlərimizin təminatçısıdır" mövzuları ilə məruzələr etmişlər. Məruzələrdə dönə-dönə vurğulanmışdır ki, Ulu Öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan bu gün onun xəttinin qətiyyətli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edir. Bu gün ölkəmizin əldə etdiyi  bütün nailiyyətlərin əsasını məhz müstəqil Azərbaycanın özü qədər əbədi olan Ulu Öndərin müəyyən etdiyi  siyasi kurs təşkil edir. 


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!