13 İyun 2025 16:22
1479
Təhsil
A- A+
Murat Demirci: Heydər Əliyev adına məktəb Kahramanmaraşın bütün təhsil ocaqları üçün nümunədir  

Murat Demirci: Heydər Əliyev adına məktəb Kahramanmaraşın bütün təhsil ocaqları üçün nümunədir  


Kahramanmaraşın “Azərbaycan” məhəlləsindəki Heydər Əliyev adına məktəbin layihəsi vilayətin bütün təhsil ocaqlarına nümunədir. Burada müasir təhsil sisteminin qurulması üçün lazım olan hər şey var.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Kahramanmaraşdakı Heydər Əliyev adına ibtidai məktəbin direktoru Murat Demirci deyib.

Onun sözlərinə görə, ibtidai məktəbdə sinif otaqlarından əlavə rəsm və musiqi məşğələləri üçün xüsusi kabinetlər, texnologiya emalatxanası var. “Uşaqların potensialını tam üzə çıxarmağa imkan verən kitabxana və idman zalı da var”, - deyən direktor Heydər Əliyev adına ibtidai məktəbdə bir növbədə 800-ə qədər uşağın təhsil ala biləcəyini bildirib.

Məktəb direktoru təbii fəlakət zonasında əhaliyə göstərdiyi dəstəyə görə Azərbaycan xalqına və dövlətinə, şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib. “Çətin məqamda Azərbaycan bir daha qardaşlıq nümayiş etdirdi. Bunun bariz nümunəsi Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsidir ki, burada ibtidai məktəblə yanaşı, yaşayış binaları tikilib, mədəniyyət mərkəzinin də inşası planlaşdırılır”, -deyə Dəmirci qeyd edib. O, Kahramanmaraş sakinlərinin Azərbaycana xüsusi rəğbətini də vurğulayıb.

Azərbaycanın Ümummilli Lideri ilə bağlı keçirilən tədbirlərə toxunan məktəb direktoru Mədəniyyət Mərkəzinin açılışı ilə Kahramanmaraşda Heydər Əliyevə həsr olunan anım proqramlarının daha əhatəli olacağına əminliyini ifadə edib.

Direktor, həmçinin kahramanmaraşlı uşaqlara Azərbaycan dilinin tədrisinin təşkilinə, eləcə də Azərbaycan milli rəqsi üzrə uşaq dərnəklərinin açılacağına ümid etdiyini bildirib.

O diqqətə çatdırıb ki, bu gün Heydər Əliyev məktəbində 2023-cü ilin fevralında baş vermiş zəlzələlər nəticəsində binaları dağılmış və ya ciddi zərər görmüş Kahramanmaraşın bir sıra digər təhsil ocaqlarının şagirdləri də təhsil alırlar. “Düşünürük ki, yaxın 10 ay ərzində vəziyyət normallaşacaq və şagirdlər yenidən tikilmiş digər məktəblərə qayıdacaqlar”, -deyə agentliyin həmsöhbəti bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!