17 İyul 2025 08:25
490
CƏMİYYƏT
A- A+
"Müasir gənclik: milli dəyərlər, yeni düşüncə və gələcəyə baxış"

"Müasir gənclik: milli dəyərlər, yeni düşüncə və gələcəyə baxış"


İyulun 16-da "Konstitusiya və Suverenlik İli" çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının və  YAP İsmayıllı rayon təşkilatının birgə təşkilatçılığı ilə "Müasir gənclik: milli dəyərlər, yeni düşüncə və gələcəyə baxış" mövzusunda tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları İsmayıllı şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov gənclərin hər bir cəmiyyətin aparıcı qüvvəsi olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan gəncləri ölkəmizin ümumi inkişafına mühüm töhfə verirlər. Z.Muradov qeyd edib ki, bundan sonrakı mərhələdə də onların üzərinə düşən əsas vəzifə müstəqil dövlətimizi və milli dəyərlərimizi qorumaqdan ibarətdir.

Tədbirin moderatoru, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunmasının əhəmiyyətindən bəhs edib. Z.Musayeva qeyd edib ki, Azərbaycanda dövlət gənclər siyasətinin müəllifi Ulu Öndər Heydər Əliyevdir: "Ümummilli Lider hər zaman Azərbaycan gəncliyinə böyük qayğı ilə yanaşıb. 

2 fevral tarixinin Azərbaycanda Gənclər Günü elan olunması dahi şəxsiyyətin gənclərə verdiyi dəyərin parlaq ifadəsidir. Bu gün dövlət gənclər siyasəti Prezident 

İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərimiz bundan sonra da onlara göstərilən etimadı doğrultmalı, milli dəyərlərimizi qorumaqla daha uğurlu gələcək üçün çalışmalıdırlar".

Çıxış edən YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb:  "Prezident İlham Əliyev tərəfindən  gənclərə diqqət və qayğı göstərilməsi, qəbul olunmuş proqramlar dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Bu prosesdə gənclərimizin milli-mənəvi dəyərlərimizə sadiqliyi, bu dəyərlərə ehtiramı xüsusi vurğulanmalıdır".

YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva isə rəşadətli Azərbaycan Ordusunun tarixi Qələbəsinin milli kimliyimizin, vətənpərvərlik və dövlətçilik dəyərlərimizin real təzahürü olduğunu deyib.

O qeyd edib ki, Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, xalqımız otuzillik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. "Həmin gənclərin mütləq əksəriyyəti Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hakimiyyəti dövründə formalaşmış gənclərdir. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər. Beləliklə, gənclərimiz bu müqəddəs mübarizədə milli dəyərlərimizə nə qədər sadiq olduqlarını bir daha təsdiqlədilər", - deyə S.Xasayeva vurğulayıb.  

Tədbirdə həmçinin İsmayıllı rayonu üzrə təhsil sektorunun müdiri Rəşid Məmmədli və rayonun Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Nərmin Osmanlı çıxış edərək ölkədə aparılan məqsədyönlü gənclər siyasətindən və bu istiqamətdə atılan addımlardan, qarşıda dayanan vacib hədəflərdən danışıblar.

İnteraktiv formada davam edən tədbirdə iştirakçıların sualları cavablandırılıb.

Daha sonra partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!