07 Oktyabr 2024 20:33
437
SİYASƏT
A- A+
Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib 

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib 

Oktyabrın 7-də Rusiyanın paytaxtı Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov tədbirdə iştirak edib.

Nazir çıxışında Azərbaycanın MDB çərçivəsində iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiyalar, süni intellekt, humanitar, gənclər və s. istiqamətlər üzrə əməkdaşlığa baxışı, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi barədə məlumat verib.

Eyni zamanda, Nazirlər Şurasının uğurlu təşkilinə görə Rusiya Federasiyasına təşəkkür edilib, növbəti ildə Birliyə sədrliyi həyata keçirəcək Tacikistana uğurlar arzulanıb.

Təşkilata üzv dövlətlərlə qarşılıqlı səfər və təmasların artırılmasının ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığa töhfə verdiyi, o cümlədən Xarici İşlər Nazirləri Şurası formatının öz növbəsində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsində faydalı olduğu vurğulanıb.

Humanitar və gənclər sahəsində əməkdaşlıq üzrə birgə tədbirlərin keçirilməsini nəzərdə tutan planların üzv ölkələr və xalqlar arasında əməkdaşlıq və yaxınlaşmaya töhfə verəcəyinə dair inam ifadə olunub.

Ölkəmizin “Birliyin mədəniyyət paytaxtı” təşəbbüsünə xüsusi önəm verdiyi, bu istiqamətdə növbəti il üçün Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan olunması haqqında dövlət başçıları tərəfindən qəbul edilməsi nəzərdə tutulan qərarın bu ildə mədəniyyət sahəsində birgə genişmiqyaslı layihə və tədbirlərin təşkilinə imkan verəcəyi diqqətə çatdırılıb.

MDB çərçivəsində radikalizmə qarşı əməkdaşlıq məsələlərinin effektiv tənzimlənməsi sahəsində beynəlxalq hüquqi bazanın təkmilləşdirilməsi, maarifləndirici tədbirlərin və kadr potensialının gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Mülki təyinatlı süni intellekt sahəsində əməkdaşlığın, habelə bu sahənin beynəlxalq hüquq normaları, xüsusilə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət, dövlət nəzarəti və etik prinsiplər əsasında inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Sözügedən sahə üzrə təhlükəsizlik təhdidləri ilə mübarizədə birgə səylərin vacibliyi qeyd edilib, ölkəmiz tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər, o cümlədən cari ilin sentyabrında keçirilən Kiberdiplomatiya üzrə ilk beynəlxalq konfransdan bəhs olunub.

Ölkəmizin COP29 sədrliyi barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən danışıqlar prosesinin aparıldığını və görülən hazırlıq işlərinin qlobal iqlim fəaliyyətinə mühüm töhfə olması məqsədilə genişmiqyaslı sədrlik fəaliyyəti həyata keçirildiyini diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Moskvada MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi naharı olub  

23:47
07 Oktyabr

Qrossi AES işçilərinə hücumların yolverilməz olduğunu bəyan edib  

23:34
07 Oktyabr

NATO əməliyyatları çərçivəsində 1200 İsveç əsgəri Latviyaya göndərilə bilər  

23:20
07 Oktyabr

Tacikistanın Rusiya yığması ilə oyundan imtina edib

22:56
07 Oktyabr

Tunisdə prezident seçkilərində Kays Sayid qalib gəlib

22:46
07 Oktyabr

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2024-cü ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

22:15
07 Oktyabr

“Neftçi” Roman Qriqorçukla vidalaşıb

22:13
07 Oktyabr

Tural Gəncəliyev: ABŞ-dan, ümumiyyətlə, Qərbdən sırf müdafiə və təhlükəsizlik kontekstində heç bir asılılığımız yoxdur

21:41
07 Oktyabr

Korotçenko: Vaşinqton, Paris və Brüsselə Cənubi Qafqazda sülh lazım deyil  

21:39
07 Oktyabr

Gürcüstan AŞPA-da Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan aparılan müzakirələri qəbul etmir  

21:38
07 Oktyabr

Türkiyə və Rusiya prezidentləri Kazanda ikitərəfli görüş keçirəcəklər

21:30
07 Oktyabr

Azərbaycan ilə Özbəkistan arasında hərbi aviasiya və hava hücumundan müdafiə sahəsində təcrübə mübadiləsi inkişaf etdirilir

21:12
07 Oktyabr

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib 

20:33
07 Oktyabr

Doqquz ayda 4116 layihənin maliyyələşdirilməsinə 167,6 milyon manat güzəştli kredit verilib

20:21
07 Oktyabr

Xarici media nümayəndələri üçün COP29-la bağlı brifinq keçirilib

20:19
07 Oktyabr

Azərbaycan Şimali Kiprdə keçirilən beynəlxalq festivalda təmsil olunub

19:59
07 Oktyabr

Bu virusa 35,5 min yoluxma var - ÜST məlumat yaydı

19:38
07 Oktyabr

DİM: 700-dən çox namizəd dövlət qulluğuna qəbul imtahanında uğur qazanıb

19:37
07 Oktyabr

Laçın 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq

19:21
07 Oktyabr

Fransisk: Beynəlxalq ictimaiyyətin və güclü ölkələrin müharibələrə son qoya bilməməsi utancvericidir

19:09
07 Oktyabr

Kamandan oxatanlarımız Tacikistan Prezidenti Kubokunda bürünc medal qazanıblar

18:57
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!