27 Avqust 2025 09:20
5843
Elm və texnika
A- A+
"Möcüzə"lər kitabına düşənlər

"Möcüzə"lər kitabına düşənlər


Ginnesin Rekordlar Kitabı 70 ildir ki, nəşr olunur


"Qızılı cüllüt, yoxsa şotland tetra quşu daha sürətlidir?"

Hər şey cavabı olmayan bir sualla başladı, nəticədə bütün dünyanı bir araya gətirən  kitaba çevrildi. Söhbət kiçikdən-böyüyə hər kəsin maraq obyektində olan Ginnesin Rekordlar Kitabından gedir. O zamanlar maraqlı məlumatları özündə cəmləşdirən kitab olmadığından, "Ginness" pivə zavodunun direktoru Hyu Bive belə bir nəşr hazırlamaq qərarına gəlir. Beləliklə o, bu işi Londonda məlumat agentliyinə sahib olan Norris və Ross Makuirter qardaşlarına tapşırır. 1954-cü ildə birinci kitabın nəşri üçün pivə zavodunun sahibi tərəfindən "Guinness World Records Limited" şirkəti yaradılır, sonradan kitabın çap hüququ bir neçə dəfə satılır. 1954-cü ilin avqustunda soraq kitabının ilk variantı hazırlanır və çap olunaraq 1000 nüsxə pulsuz paylanır. Növbəti ilin avqust ayının 27-də isə 197 səhifəlik kitab satışa çıxarılır və Milad bayramı ərəfəsində İngiltərədə ən çox satılan kitablar siyahısında yer alır. 1956-cı ildə rekordlar kitabı ABŞ-də 70 min nüsxə ilə satışa çıxarılır.

Kitab dünyada ən çox oxunan və satılan kitablar arasındadır. O, özündə insanlar, heyvanlar və təbiətdə baş verən qeyri-adi nailiyyətləri toplayır. Hər il yenilənən nəşrdə yeni rekordlar göstərilir.

Kitab yalnız yeni rekord deyil, insan iradəsinin simvolu kimi də qəbul edilir. Çünki Ginnesin Rekordlar Kitabına düşmək üçün sərhədləri aşaraq yeni bir nailiyyətə imza atmalı olursan. Təbii ki, bütün bunlar o qədər də asanlıqla başa gəlmir. Bəzən bu, təhlükəli xarakter alan hərəkətlərlə də müşahidə olunur. Nəşrə düşmək üçün müraciətlər isə hakimlər tərəfindən dəqiqliklə yoxlanılır və bir neçə mərhələdən sonra təsdiqlənir. 


Azərbaycanlı rekordçular


Azərbaycandan da bu möcüzələr kitabına düşənlər var. Cəbrayıl rayonundan qrafika ustası Fəxrəddin Vəliyev 2004-cü ildə 5 dəqiqə ərzində 20 nəfərin siluetini çəkərək rekorda imza atıb. Rekord qıran digər həmyerlimiz isə 7 yaşlı Lənkəran rayon Aşağı Nüvədi kənd sakini Ələsgər Həsənzadə olub. O, 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucunda sinəsini yerə vurmadan 3000 dəfə qalxıb-enib.  Bu nailiyyətlə o, Ginnesin Rekordlar Kitabına düşən ən gənc şəxs olub. 

Qədir Hüseynov isə Rumıniyada keçirilən şahmat üzrə Avropa çempionatında 1-ci yer tutaraq 8 yaşında adını bu nəşrə yazdırıb. 

Gürcüstanda yaşayan həmyerlimiz, "maqnit adam" kimi tanınan Etibar Elçiyev isə bədənində eyni anda 50 metal qaşığı saxlamaqla 2014-cü ildə Ginnesin Rekordlar Kitabına düşüb. 

Dənizkənarı Milli Parkda Bayraq Meydanında dalğalanan bayrağımız da Ginnes nəşrinə ən hündür bayraq dirəyi kimi daxil edilib. 2010-cu ildə 162 metr hündürlüyü ilə kitaba daxil edilən dirək 2024-cü ildə rekordu yeniləyərək 192 metrlə yenidən daxil edilib.  

Neft daşları isə Ginnesin Rekordlar Kitabına ilk dənizdə yerləşən neft platforması kimi düşüb. İçərişəhərdə yerləşən Zərifə Salahova tərəfindən yaradılan Bakı Miniatür Kitab Muzeyi də Ginnes sertifikatına layiq görülüb. Belə ki, bura dünyanın ən böyük özəl minikitab muzeyi kimi rekord qırıb. Kitabxanada təxminən 6500 minikitabdan ibarət kolleksiya yer alır. 

Təəssüf ki, Bakıda baş verən faciəvi bir hadisə də Ginnesin Rekordlar Kitabına düşüb. 1995-ci ilin oktyabr ayında "Ulduz" və "Nəriman Nərimanov" metro stansiyaları arasında qatarın yanması nəticəsində təxminən 300 nəfər həlak olub, 400 nəfər isə yaralanıb. Bu hadisə "ən dəhşətli metro qəzası" kimi nəşrə daxil edilib. 

Bu il isə dünyanın ən uzun-müddətli kişi şahmat hakimi kimi Faiq Həsənovun adı Ginnesin Rekordlar Kitabına düşüb.  O, 60 il 149 gün ərzində  müxtəlif şahmat oyunlarında hakimlik edib. F.Həsənovun adı həmçinin ən uzunömürlü idman proqramının müəllifi kimi də kitaba düşüb. 1969-cu ildən yayımlanmağa başlanan "Televiziya Şahmat Klubu" 55 il 277 gün efirlə rekord qırıb. Beləliklə, Faiq Həsənovun adı iki fərqli rekordla "möcüzə"lər kitabına salınıb.

70 ildir nəşr edilən kitaba düşmək bu gün də bir çoxunun arzusudur. Elə buna görə günümüzdə qəribə hərəkətlər və ya vərdişlərlə gündəmə gəlib rekord qırmağa çalışanları görürük. Təbii ki, məqsəd Ginnesin Rekordlar Kitabına düşməkdir. Bəzən isə təhlükəli xarakter alan hərəkətlərin də şahidi oluruq. "Möcüzə"lər kitabına düşərək adını tarixə yazdırmaq hər nə qədər maraqlı səslənsə də, amma bunun üçün həyati risk daşıyan hərəkətlərdən çəkinmək lazımdır.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada məktəbli bıçaqla insanlara hücum edib, ölən və yaralananlar var – YENİLƏNİB  

15:36
16 Dekabr

Xocalının Seyidbəyli və Təzəbinə kəndlərində 20 ailəyə mənzillərinin açarları təqdim edilib – YENİLƏNİB  

15:35
16 Dekabr

Ötən qurultaydan indiyədək 950 minə yaxın həmkarlar ittifaqları üzvünə maddi yardım verilib  

15:31
16 Dekabr

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!