18 Fevral 2022 12:55
1473
CƏMİYYƏT
A- A+
Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi ciddi nəzarətdə saxlanılır  

Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi ciddi nəzarətdə saxlanılır  

Naxçıvan Biznes Mərkəzində Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Naxçıvan Muxtar Respublikasında əmək fəaliyyəti ilə məşğul olmasının hüquqi tənzimlənməsi” mövzusunda tədbir keçirilib.

Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, xidmət rəisinin müavini Elnur Məmmədov və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Canməmməd Canməmmədov çıxışlarında tədbirin məqsəd və əhəmiyyəti barədə danışıblar. Bildirilib ki, tədbir mahiyyət etibarilə Naxçıvan Muxtar Respublikasında işəgötürənlərin rahatlıqlarının təmin edilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, həmçinin bu istiqamətlərdə fəaliyyət göstərən sahibkarların miqrasiya qanunvericiliyinin tələblərinə əməl etməklə fəaliyyətlərinin stimullaşdırılmasına xidmət edir.

Xidmətin baş inspektoru Həmid Muxtarlı diqqətə çatdırıb ki, muxtar respublikada miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, qanunsuz miqrasiyanın vaxtında aşkarlanması, səmərəli və effektiv mübarizə, eyni zamanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti ilə bağlı bütün zəruri tədbirlərin reallaşdırılması ciddi nəzarətdə saxlanılır.

Vurğulanıb ki, dövlət əmək miqrasiyası kvotasının tətbiq edilməsi və iş icazələrinin verilməsi yolu ilə əmək miqrasiyasını tənzimləyir. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin muxtar respublikada haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün bəzi şərtlər var. Bunun üçün iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmaması vacibdir.

Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Elmin Fərəcov muxtar respublikada əhalinin məşğulluğunun artırılması və daxili əmək bazarının qorunması məqsədilə yerli əmək ehtiyatlarından səmərəli istifadə olunmasının zəruriliyi barədə geniş məlumat verib.

Əmək miqrasiyası sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə inzibati məsuliyyət mövzusuna toxunan xidmətin baş inspektoru Tural Bayramov bildirib ki, bu gün ölkə sərhədlərimiz hər nə qədər əməkçi miqrantların üzünə açıq olsa da, əlbəttə, mövcud prosedur qanunvericiliyin tələbləri səviyyəsində həyata keçirilməlidir. Muxtar respublikada iş icazəsi əsasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əməkçi miqrantların hüquqlarının yüksək səviyyədə qorunması, habelə bu sahədə qanunvericiliyin tələblərinin pozulması hallarının vaxtında aşkarlanması və zəruri tədbirlərin görülməsi Dövlət Miqrasiya Xidməti tərəfindən uğurla icra olunmaqdadır.

Qarşılıqlı diskussiya şəraitində davam edən tədbirdə əcnəbilərə iş icazəsinin verilməsi və müddətinin uzadılması, o cümlədən əmək miqrasiyası kvotası ilə bağlı ünvanlanan suallar ətraflı cavablandırılıb, məlumatlar slayd vasitəsilə tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda sahibkarlara Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanan maarifləndirici bukletlər paylanılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!