27 Sentyabr 2025 08:30
585
SİYASƏT
A- A+
Minnətdarlıq və qürur günü 

Minnətdarlıq və qürur günü 


27 sentyabr Azərbaycan xalqının tarixində təkcə kədər və hüzn günü deyil, həm də qürur və minnətdarlıq günü kimi əbədi yaddaşlara həkk olunub. Bu tarix Vətən uğrunda canından keçən minlərlə qəhrəman övladımızın müqəddəs xatirəsinə ehtiramın, onların qanı bahasına qazanılan möhtəşəm zəfərin rəmzidir. Cənab Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, şəhidlərimizin qanı yerdə qalmadı, onların qisasını döyüş meydanında aldıq, onların ruhu qarşısında hörmət və ehtiramla baş əyməklə yanaşı, qazandıqları Qələbəni dövlətimizin əbədi qürur simvoluna çevirdik.

Azərbaycan heç vaxt müharibə istəməyib, əksinə, hər zaman beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirib, münaqişənin sülh yolu ilə həllinə çalışıb. Lakin Ermənistanın yüz minlərlə azərbaycanlını deportasiya etməsi, "dənizdən-dənizə Ermənistan" kimi sərsəm ideyanı reallaşdırmaq cəhdləri və Azərbaycana qarşı yeritdiyi işğalçılıq siyasəti müharibəni qaçılmaz etdi. Bu prosesin ən faciəli məqamı 1992-ci ildə baş verən Xocalı soyqırımı oldu. Qadın, qoca, uşağa belə fərq qoyulmadan Xocalıda 613 nəfərin amansızlıqla qətlə yetirilməsi erməni faşizminin əsl simasını bütün dünyaya göstərdi.

Azərbaycan xalqının səbrini tükəndirən amillər yalnız tarixi haqsızlıqlar deyildi. Otuz ilə yaxın bir dövrdə beynəlxalq təşkilatların "ikili standartlar" siyasəti də münaqişənin dərinləşməsinə xidmət etdi. ATƏT-in Minsk qrupu 28 il ərzində problemin həllinə yox, onun dondurulmasına çalışdı, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri isə icrasız qaldı. Ermənistan işğalı davam etdirərək Azərbaycan torpaqlarının 20 faizini zəbt etdi, təmas xətti boyunca mütəmadi təxribatlar törətdi, dinc sakinlərimizi hədəfə aldı. 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin Tovuz hadisələri göstərdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Ermənistan isə bu siqnallardan nəticə çıxarmadı və 2020-ci ilin 27 sentyabrında növbəti təxribatla atəşkəsi pozaraq müharibənin başlanmasına səbəb oldu.

Məhz bu anda Azərbaycan xalqı və dövləti öz birliyini, iradəsini nümayiş etdirdi. Möhtərəm cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə başlayan əks-hücum əməliyyatı nəticəsində Azərbaycan Ordusu 44 gün ərzində möhtəşəm qələbə qazandı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Şuşa şəhərləri və 300-ə yaxın kəndimizin işğaldan azad edilməsi hərb tariximizə qızıl hərflərlə yazıldı. Bu uğurlar təkcə hərbi qələbə deyildi, həm də xalqımızın bir yumruq kimi birləşərək öz tarixi ədalətini bərpa etməsinin təntənəsi idi. Daha sonra Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə Azərbaycana qaytarılması isə hərbi zəfərin diplomatik müstəvidə davamı oldu.

Bu qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz xalqımızın əbədi qürur mənbəyidir. Onların şücaəti artıq dastana çevrilib. Müharibə dövründə "öldü var, döndü yoxdur" şüarı ilə yaşayan xalqımız ordunun arxasında möhkəm dayanaraq ona əlavə güc verdi. Dövlət də hər zaman öz əsgər və zabitlərinin, şəhid ailələrinin və qazilərin yanında oldu. Bu prosesdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri xüsusilə qeyd olunmalıdır. Onun təşəbbüsü və diqqəti nəticəsində müharibədən sonra qazilərimizə və şəhid ailələrinə mənəvi dayaq göstərildi, onların problemlərinin həlli daim diqqət mərkəzində saxlanıldı. Mehriban xanım Əliyevanın humanizmə və xeyirxahlığa söykənən fəaliyyəti bu gün minlərlə ailənin qəlbində böyük minnətdarlıqla anılır.

Qazilərimizin sağlamlığının bərpası üçün ən müasir protezlər sifariş edildi, "YAŞAT" Fondu yaradıldı və minlərlə şəhid ailəsi və on minlərlə müharibə iştirakçısı dövlətin sosial dəstəyi ilə əhatə olundu. Mehriban xanım Əliyevanın dəstəyi ilə humanitar sahədə beynəlxalq əməkdaşlıq genişləndirildi, ən ağır yaralıların müalicəsi üçün ölkə daxilində və xaricdə xüsusi proqramlar həyata keçirildi.

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Hər il 27 sentyabr tarixinin şəhidlərin Anım Günü kimi qeyd olunması şəhidlərimizə, onların müqəddəs ruhlarına olan hörmət və ehtiramın ifadəsi, minnətdarlıq və qürur günüdür. Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər - yeni medal və ordenlərin təsis edilməsi, Zəfər Parkı, Memorial Kompleks və Muzeyin yaradılması, şəhidlərin adlarının əbədiləşdirilməsi - bütün bunlar gələcək nəsillərə ötürüləcək bir milli yaddaş xəzinəsidir. Zəfər Parkının 44 metr hündürlüyündə tikilən tağı, 8 Noyabr Zəfər Gününü əks etdirən abidəsi xalqımızın həm birliyini, həm də qəhrəmanlığını rəmzləşdirir.

Bu gün Azərbaycan artıq qalib dövlətdir, xalqımız qalib xalqdır. Qazandığımız misilsiz qələbə milli iradəmizin, milli ruhumuzun və ləyaqətimizin təntənəsidir. Şəhidlərimizin canı bahasına azad etdiyimiz torpaqlarda indi geniş quruculuq işləri gedir, Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Dövlət başçısının birbaşa rəhbərliyi ilə azad edilən bölgələrdə hazırda genişmiqyaslı bərpa, quruculuq və abadlıq işləri aparılır. Bu, şəhidlərin əmanətinə sadiqliyin və gələcəyə inamla addımlamanın ən böyük göstəricisidir.

27 Sentyabr Anım Günü xalqımızın tarixində əbədi yaşayacaq. Bu gün biz bir daha təsdiqləyirik ki, Azərbaycan heç vaxt işğalla barışmadı, haqq yolunda mübarizəsini sona qədər apardı və qalib gəldi. Şəhidlərimizin müqəddəs ruhları qarşısında borcumuz ondan ibarətdir ki, onların canı bahasına azad edilən torpaqlarda həyat bərpa edilsin, o torpaqlarda Azərbaycan bayrağı əbədi dalğalansın və gələcək nəsillər bu qəhrəmanlıq dastanını daim qürurla xatırlasın. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi yolunda canını fəda edən bütün şəhidlərimizə Allah rəhmət eləsin!


Vasif QAFAROV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!