26 Oktyabr 2022 01:11
951
SİYASƏT
A- A+
Mina terrorçusu 

Mina terrorçusu 

 

Ermənistanın beynəlxalq hüquqla cəzalandırılmaması onun yeni hərbi cinayətlərinə yol açır 

 

30 il müddətində Azərbaycanın tarixi torpaqlarını işğalda saxlayan Ermənistan bu əraziləri mina tarlasına çevirib. 
Faşist xislətli ermənilər Qarabağ və Şərqi Zəngəzurda həyətlərə, evlərə, qəbiristanlıqlara, su kanallarına, bulaqların ətrafına, bağlara, əkin sahələrinə, yollara, dəmir yollarına, elektrik xətlərinin altından keçən yollara, bir sözlə, hər yerə külli miqdarda piyada və tank əleyhinə mina basdırıblar. 
Mənfurlar bu murdar əməlləri ilə dinc azərbaycanlılara mümkün qədər çox ziyan vurmaq kimi insanlıqdan uzaq məqsədlər güdüblər.
Oktyabrın 19-da Minatəmizləmə Agentliyinin açıqladığı rəsmi statistikada bildirilir ki, Birinci Qarabağ müharibəsindən sözügedən tarixə qədər 3342 nəfər mina partlayışlarının qurbanı olub. Onlardan 357-si uşaq, 38-i qadın olub. 131 hadisədə beynəlxalq konvensiyada qadağan olunmuş klaster silahlarının partlaması baş verib.
Təəssüf ki, hər ötən gün mina qurbanına çevrilən vətəndaşlarımızla bağlı statistika artır və  elə yuxarıda göstərilən rəqəmlər açıqlandıqdan sonrakı günlərdə də mülki azərbaycanlılar mina terrorunun qurbanı olublar. 
Belə ki, 2022-ci 21 oktyabr tarixdə Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib. Minalı ərazidə baş verən hadisə nəticəsində ağır xəsarət alan 1977-ci il təvəllüdlü Elsevər Həmidov həlak olub. 1977-ci il təvəllüdlü Səbuhi Həsənov isə bədənin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb.
Oktyabrın 23-də isə ermənilərin hərbi cinayətlərinin növbəti qurbanı Tərtər rayonunun Seydimli kəndinin 26 yaşlı sakini Samir Əlizadə olub. Tərtər rayonunda minalardan təmizlənməmiş ərazidə piyadaəleyhinə minanın partlayışı nəticəsində xəstəxanaya yerləşdirilən S.Əlizadənin hər iki ayağı topuq nahiyəsindən aşağı amputasiya edilib.
Bununla da, İkinci Qarabağ müharibəsindən indiyədək 262 nəfər mina qurbanı olub.

 

Minalar Böyük qayıdışa əngəldir 

 

44 günlük Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə yekunlaşdıqdan dərhal sonra ölkəmiz işğaldan azad etdiyi bölgələrində genişmiqyaslı bərpa və quruculuq işlərinə start verib. Keçmiş məcburi köçkünlərin mümkün qədər tez bir zamanda yurdlarına qayıdışı üçün hərtərəfli işlərin görülməsinə start verilib, 2030-cu ilədək milli prioritet olaraq azad edilmiş ərazilərin bərpası və bu ərazilərə həyatın qaytarılması əsas strateji hədəf kimi müəyyənləşdirilib. Amma düşmənin illərlə bu ərazilərimizdə basdırdığı minalar Böyük qayıdış prosesinə ən böyük əngəl olaraq qalır. Çünki belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və resurs tələb edir.
2020-ci ilin noyabr ayından 2022-ci ilin oktyabr ayına qədər minalardan təmizlənmiş ərazilərin ümumi sahəsi 56,573 hektar təşkil edir. Bununla bağlı ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov məlumat verib ki, bu il minalardan təmizlənməsi nəzərdə tutulan ərazilər 40 min hektar təşkil edir ki, artıq həmin ərazilərin 36 min hektara qədəri təmizlənib və ilin sonuna qədər nəzərdə tutulan ərazi tam başa çatdırılacaq. Minalardan təmizləmə üzrə illik planın isə 65 min hektara qədər artırılması nəzərdə tutulur.
Ölkəmiz işğaldan azad edilən ərazilərimizin qısa zaman ərzində minalardan təmizlənməsi üçün hərtərəfli iş görür. Amma Qarabağın və Şərqi Zəngəzurun tamamilə mina təhlükəsindən qurtulması üçün müəyyən qədər vaxt da lazımdır. Buna görə də hazırda həmin bölgələrimizə səfər edən vətəndaşlarımız xüsusilə diqqətli olmalıdırlar. Əlaqədar dövlət qurumları da vətəndaşlarımızı məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırırlar. 

 

Erməni faşizminin xain oyunları

 

Xatırladaq ki, Azərbaycanın ardıcıl tələblərindən və beynəlxalq təzyiqlərdən sonra 2021-ci ilin sonunda Ermənistan işğaldan azad edilmiş müəyyən ərazilərin minalanmış sahələrinin xəritəsini ölkəmizə təqdim etsə də, faktiki olaraq bu sənədlər işğaldan azad edilmiş əraziləri tam əhatə etmir. Ötən il iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyadaəleyhinə minanın xəritəsini də Azərbaycan tərəfinə verməyə məcbur edilmişdi. İyul ayının əvvəlində isə işğal zamanı Füzuli və Zəngilanda basdırılmış təqribən 92 min minanın xəritəsi alınmışdı. Lakin həmin xəritələrin də dəqiqliyi cəmi yüzdə 25 faiz təşkil edir.
Xüsusilə qeyd edək ki, terrorçu ermənilər 44 günlük müharibə başa çatdıqdan sonra da öz acı məğlubiyyətlərindən nəticə çıxarmayaraq ərazilərimizi minalamaqda davam ediblər. Elə Laçında aşkarlanan xeyli sayda piyada əleyhinə minalar da bunun əyani təsdiqidir. Rayon ərazisində piyada əleyhinə mina sahələrindən bu ilin 15 avqust tarixindən 31 avqust tarixinədək 1318 ədəd PMN-E növlü minalar aşkar edilib. Aşkar olunan minalar Vətən müharibəsindən sonra 2021-ci ildə Ermənistanda istehsal olunan minalardır. 
Baxmayaraq ki, beynəlxalq humanitar hüquqa əsasən, 1997-ci ildə qəbul edilmiş Ottava müqaviləsi piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edir. Eyni zamanda Ermənistan işğaldan azad olunmuş ərazilərdə piyada əleyhinə minalar basdırmaqla 1949-cu il tarixli Cenevrə konvensiyalarının I Əlavə Protokolunun tələblərini pozur. 
Ermənistanın hərbi cinayətləri bununla da yekunlaşmır. 2022-ci il sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatlar törətmişdi. Həmin tarixdə Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirmişdi. 
Həmin vaxt qəhrəman ordumuzun döyüşçüləri mənfur düşmənin bu xain əməllərinin qarşısının alınması istiqamətində dərhal təxirəsalınmaz tədbirlər görərək, cəmi 7 saat ərzində layiqli cavablarını verərək, onları yerlərinə otuzdurmuşdu. 
Amma hər bir halda törətdiyi bu insanlıq əleyhinə əməlləri ilə Ermənistan Azərbaycan xalqına qarşı yürütdüyü terror siyasətini bir daha dünyaya real şəkildə nümayiş etdirmiş oldu. 
Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda mövcud olan mina probleminin,  hərbçilərimizin və mülki əhalimizin üz-üzə qaldığı bu dəhşətli təhlükənin həlli məsələsini bütün beynəlxalq tribunalarda qaldırır.  
Görünən isə odur ki, beynəlxalq aləm Ermənistanı bu çirkin əməllərindən daşındırmaq üçün heç bir əməli iş görmür, beynəlxalq hüquqa əsaslanaraq onlara əlavə təzyiqlər göstərmir. Bu cəzasızlıq mühiti Ermənistanın yeni hərbi cinayətlərinə, günahsız azərbaycanlıların faciəsinə yol açır, mina terroru sayəsində neçə-neçə mülki vətəndaşımız öz canından olur. 
Amma dünya inadla ermənilərin bu cinayət əməllərinə göz yumsa da, Azərbaycan üçün öz vətəndaşlarının təhlükəsizliyi hər şeydən öncə gəlir və əgər Ermənistan mina terrorundan əl çəkməsə, dəqiq mina xəritələrini tezliklə ölkəmizə verməsə "dəmir yumruğ"un da yenidən işə düşməsi qaçılmaz olacaq.  

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan növbəti Beynəlxalq İpək Yolu Astronomiya Konfransına ev sahibliyi edəcək  

20:34
01 İyun

ABŞ-də zavodda partlayış nəticəsində 11 nəfər həlak olub

20:23
01 İyun

“Apple”ın növbəti hədəfi  

20:06
01 İyun

Humanoid robotların inkişafı üçün yeni platforma təqdim edilib  

19:59
01 İyun

Starlink Mini artıq əlavə batareyaya ehtiyac duymaya bilər  

19:47
01 İyun

Yaşıl enerjinin “Çin” asılılığı və dünyada metal böhranı  

19:33
01 İyun

Myanmarda dəhşətli partlayış baş verib  

19:29
01 İyun

Ruhi sağlamlıq problemləri əlilliyin əsas səbəbidir

19:18
01 İyun

Alimlər beynin səhvlərdən necə öyrəndiyini aşkar ediblər

19:01
01 İyun

Onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirilib, 4 nəfər saxlanılıb

18:41
01 İyun

SOCAR, “TotalEnergies” və XRG əməkdaşlığı genişlənir

18:29
01 İyun

Pərviz Şahbazov: Artan geosiyasi gərginliklər və yaşıl keçid qlobal enerji mənzərəsini yenidən formalaşdırır  

18:18
01 İyun

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən

18:13
01 İyun

Energetika naziri: “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” regionlararası enerji əməkdaşlığının yeni mərhələsini formalaşdırır  

17:51
01 İyun

Milli Məclisin sədri Serbiyaya işgüzar səfərə gedib

17:50
01 İyun

Bakı–Tbilisi–Qars dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə verilir

17:48
01 İyun

Pərviz Şahbazov: Mövcud enerji şəbəkələri bir çox hallarda artan tələbatı tam şəkildə qarşılamağa hazır deyil  

17:48
01 İyun

Pərviz Şahbazov: APRECA təşəbbüsü bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edir  

17:47
01 İyun

Məhkum valideynlər övladları ilə görüşdülər

17:46
01 İyun

Monteneqronun Prezidenti Yakov Milatoviçdən

17:37
01 İyun

Kambocanın Kralı Norodom Sihamonidən

17:36
01 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!