02 Sentyabr 2026 16:06
669
CƏMİYYƏT
A- A+
Mina fəsadlarının aradan qaldırılması üçün lazım olan bilik və təcrübə sərhədlər daxilində məhdudlaşmamalıdır

Mina fəsadlarının aradan qaldırılması üçün lazım olan bilik və təcrübə sərhədlər daxilində məhdudlaşmamalıdır

Minatəmizləmə fəaliyyəti milli məsuliyyət çərçivəsində həyata keçirilməli və milli qurumların rəhbərliyi ilə aparılmalıdır. Lakin minalardan zərər çəkmiş heç bir icma bərpa yolunu təkbaşına keçməməlidir.

AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində təşkil olunan “Azərbaycanda təhlükəsiz mina fəaliyyətinin dəstəklənməsi üçün beynəlxalq əməkdaşlıq və donor mexanizmləri” mövzusunda panel müzakirədə ASEAN Regional Minalarla Mübarizə Mərkəzinin icraçı direktoru Rothna Buth deyib.

Onun sözlərinə görə, regional əməkdaşlığın üç əsas üstünlüyü var: "Birincisi, öyrənmədir. Cənub-Şərqi Asiyada ASEAN-a üzv dövlətlər partlayıcı sursatların yaratdığı təhlükələrin aradan qaldırılması sahəsində onilliklər ərzində böyük təcrübə toplayıb. Ölkələrin şəraiti, çirklənmənin xarakteri və miqyası, milli qurumların imkanları və prioritetləri bir-birindən fərqlənir. Regional əməkdaşlıq hər bir ölkənin qəbul etməli və ya tətbiq etməli olduğu vahid model yaratmaq demək deyil. Əsas dəyər ondan ibarətdir ki, ölkələr öz təcrübələrini bölüşə, nəyin işlədiyini, nəyin isə nəticə vermədiyini açıq şəkildə müzakirə edə və əldə olunan dərsləri öz milli şəraitlərinə uyğunlaşdıra bilsinlər. Əgər bir ölkə müəyyən problemin həlli istiqamətində artıq uzun illər çalışıbsa, başqa bir ölkə eyni məsələdə sıfırdan başlamamalıdır. Həmkarlar arasında təcrübə mübadiləsinin gücü məhz bundadır.

İkincisi, əlaqələrdir. Təkcə bilik kifayət etmir. Ölkələrə, həmçinin müvafiq ekspertiza, qurumlar, texnologiyalar və tərəfdaşlar lazımdır. ASEAN Regional Minalarla Mübarizə Mərkəzi olaraq bizim rolumuzu bütün suallara cavab vermək və hər kəs üçün hazır həllər təqdim etmək kimi görmürük. Bizim vəzifəmiz üzv dövlətlərin prioritetlərini dinləmək, həmin prioritetləri müvafiq təcrübə, ekspertiza və əməkdaşlıq imkanları ilə əlaqələndirməyə kömək etməkdir. Bu əməkdaşlıq müxtəlif formalarda həyata keçirilə bilər: həmkarlararası təcrübə mübadiləsi, texniki mübadilə, tədris səfərləri, tədqiqatlar, texnologiya mübadiləsi, regional tövsiyələrin hazırlanması, eləcə də milli ehtiyacların potensial texniki və inkişaf tərəfdaşları ilə əlaqələndirilməsi. Ən vacibi isə odur ki, bu öyrənmə və təcrübə mübadiləsi ikitərəfli xarakter daşıyır. ASEAN-a üzv dövlətlər minatəmizləmə sahəsində onilliklər ərzində əməliyyat və institusional təcrübə toplayıb və bu təcrübə digər ölkələr üçün faydalı ola bilər. Eyni zamanda, Azərbaycan da daxil olmaqla, minalardan zərər çəkmiş digər ölkələrin təcrübəsindən və innovativ yanaşmalarından öyrənəcəyimiz çox şey var.

Üçüncü məsələ isə davamlılıqdır. Minatəmizləmə uzunmüddətli prosesdir. Layihələr, seminarlar və konfranslar mühüm əhəmiyyət daşıyır. Bu cür tədbirlər əlaqələrin qurulması üçün yaxşı platformadır. Lakin davamlı əməkdaşlıq davamlı münasibətlər tələb edir. Fərdi fəaliyyət başa çatdıqdan sonra da qurumların prosesdə iştirakını davam etdirməsi vacibdir".

Rothna Buth bildirib ki, regional mexanizmlər milli qurumlar və mütəxəssislər arasında əlaqələrin qorunmasına, əldə edilmiş təcrübənin gələcək fəaliyyətə ötürülməsinə və dialoqun praktiki nəticələrə çevrilməsinə kömək edə bilər: "Regional mexanizm körpü rolunu oynaya bilər. Milli məsuliyyət isə bunun təməlidir. Bu, bizi regional əməkdaşlığın daha geniş əhəmiyyətinə gətirib çıxarır. Regional əməkdaşlıq texniki təcrübə mübadiləsindən kənara çıxaraq etimadın, dialoqun və praktiki əməkdaşlığın gücləndirilməsinə töhfə verə bilər. Minalar bir ölkənin torpağının altında qala bilər. Lakin onların yaratdığı fəsadların aradan qaldırılması üçün lazım olan bilik və təcrübə sərhədlər daxilində məhdudlaşmamalıdır".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakının sülh gündəliyi dəyişməz reallıqdır

08:40
23 Sentyabr

Milli Onkologiya Mərkəzində uşaq onkologiyasına həsr olunmuş elmi seminar keçirilib 

08:30
23 Sentyabr

Zəfərdən sülhə uzanan yol

08:20
23 Sentyabr

Forumda Orta dəhlizin Şərqlə Qərb arasında əhəmiyyətindən danışılıb

08:10
23 Sentyabr

Zəfərdən sonra başlayan yeni mərhələnin yol xəritəsi

08:00
23 Sentyabr

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb  

22:34
22 Sentyabr

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib  

22:33
22 Sentyabr

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb  

22:32
22 Sentyabr

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib  

22:31
22 Sentyabr

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib  

22:31
22 Sentyabr

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb  

22:29
22 Sentyabr

Unikal dialoq məkanı  

21:15
22 Sentyabr

Sonuncu oyun: Messidən Argentina millisində vida mesajı  

21:13
22 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

20:35
22 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

20:13
22 Sentyabr

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

20:01
22 Sentyabr

Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq

19:58
22 Sentyabr

“Yeni qala” konsert kompleksinin açılışı olub

19:43
22 Sentyabr

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

19:32
22 Sentyabr

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

19:21
22 Sentyabr

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

19:12
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!