07 İyul 2024 09:45
1767
Mədəniyyət
A- A+
Milli Yaylaq Festivalı: türk xalqlarının ortaq tədbiri

Milli Yaylaq Festivalı: türk xalqlarının ortaq tədbiri

 

Göygöl rayonunun Sarıyel ərazisində yerləşən  "Xan yurdu" yaylağında  böyük izdiham yaşanırdı. Yüzlərlə  insan III Milli Yaylaq festivalının açılışına toplaşmışdı.
Geniş coğrafi məkanda yaşayan türksoylu xalqların ortaq tarixi ənənələrinin və mədəniyyətlərinin qarşılıqlı tanıdılması və bu sahədə xalqlararası mədəni-etnoqrafik, elmi-praktik əməkdaşlıq üçün uğurlu və əlverişli platforma olan, zəngin yaylaq ənənələrinin və unikal elat mədəniyyətinin yaşadılması, tanıdılması və təbliği məqsədilə keçirilən festival insanlarda əsl bayram əhvali-ruhiyyəsi yaratmışdı.
Festivalın iyulun 5-də keçirilən rəsmi açılışında qonaqları simvolik olaraq Dədə Qorqud qarşıladı, boy boyladı, söz söylədi, xeyir-dua verdi. Sonra nağaraçıların müşayiətində igidlərin qılınc rəqsi nümayiş olundu. Ardınca iştirakçılar müxtəlif xalqların adət-ənənələri ilə tanış oldular, pəhləvanların çıxışlarını izlədilər.
Gənclər və idman naziri Fərid Qayıbov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev  və qonaqlar ərazini gəzərək Milli Yaylaq Festivalında görülən işlərlə tanış oldular. Onlar etnoqəsəbənin ərazisində yaşayan yurdları, Cıdır Meydanı, "Yaylaq bazarı", "Sənətkarlıq guşəsi", "Dədə Qorqud ocağı", "Yaylaq yatağı", "Pəhləvan meydanı", "Aşıq Ələsgər ocağı", "Yaylaq süfrəsi" və digər müxtəlif mövzulu sahələrə baxdılar, etnik musiqi qruplarının çıxışlarını izlədilər, milli rəqsləri, xalq mahnılarını, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələrini, səhnəciklər və teatr kompozisiyalarını, xalq oyunlarını seyr etdilər. 
Festivalda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən sərgi-satış yarmarkasında KOB subyektləri tərəfindən hazırlanan şəbəkə sənəti, rəssamlıq, xalçaçılıq, taxta oyma, milli musiqi alətləri nümunələri və müxtəlif əl işləri nümayiş olunurdu. Mikro və kiçik sahibkarlar tərəfindən istehsal edilən məhsulların satışına dəstək olmaq və onları tanıtmaq, istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədilə keçirilən "KOB Fest" satış-yarmarkasında Göygöl, eləcə də ətraf rayon və şəhərlərdən ümumilikdə 100-dən çox KOB subyektinin 1500-dən çox çeşiddə məhsul və xidmətləri sərgilənirdi. Quraşdırılmış səhnədə isə ölkəmizin musiqi kollektivləri, həmçinin Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən olan ifaçılar bir-birini əvəzləyirdi. 
Bu gün yekunlaşan III Milli Yaylaq Festivalı "Cavad xan" Tarix və Mədəniyyət Fondu ilə "Kap.az - Fərqli Turizm MMC-nin təşkilatçılığı, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordinsiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası, Gəncə şəhər, Göygöl rayon icra hakmiyyətləri, Dövlət Məşğulluq Agentliyi və KOBİA-nın dəstəyi ilə təşkil olunmuşdur.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qadınlar cəmiyyətin aparıcı qüvvəsidir

14:29
07 Mart

“Sabah” qəzeti: “Bayraktar” şirkəti Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin hazırlığına töhfə verir

14:26
07 Mart

Təxliyə davam edir: Çin, ABŞ və Pakistan vətəndaşlarının təhlükəsiz keçidi təmin edilib

14:24
07 Mart

Şahbuz rayonunun Kükü kəndində qar örtüyünün hündürlüyü 54 santimetrə çatıb

14:22
07 Mart

Ölkə ərazisində dumanlı, əsasən yağmursuz hava şəraiti gözlənilir

14:20
07 Mart

Naxçıvanla İğdır arasında sərnişindaşıma xüsusi ayrılmış avtobuslarla davam etdirilir

14:19
07 Mart

Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi

14:18
07 Mart

Azərbaycan cüdoçusu Qran-Pridə qızıl medal qazanıb

14:00
07 Mart

İranın Naxçıvana dronlarla hücumu Azərbaycanın suverenliyinə qarşı yönəlmiş terror aktıdır

13:37
07 Mart

İrandan təxliyə davam edir: 16 Çin vətəndaşı Azərbaycana keçdi

13:28
07 Mart

Zelenski: Ukraynaya 29 raket və 480 dron atılıb

13:26
07 Mart

Dövlət Sərhəd Xidmətində qadın hərbi qulluqçular üçün müasir xidmət şəraiti yaradılıb

13:24
07 Mart

“Fitch Ratings” Fransanın kredit reytinqini A+ səviyyəsində saxlayıb, lakin xəbərdarlıq edib

12:21
07 Mart

Türkmənistan Naxçıvana dron hücumu ilə bağlı narahatlığını bildirib

11:23
07 Mart

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

11:19
07 Mart

Prezident İlham Əliyev dəstəyə görə Qazaxıstan Prezidentinə təşəkkür edib

11:01
07 Mart

Azərbaycan və Belarus arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib

10:38
07 Mart

Prezident İlham Əliyev prinsipial mövqeyinə və həmrəyliyə görə Slovakiya Prezidentinə minnətdarlığını bildirib

10:27
07 Mart

BƏƏ Federal Milli Şurasının sədri Azərbaycan ərazisinə qarşı əsassız hücumları pisləyib

10:19
07 Mart

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib

09:57
07 Mart

Bilmək istəyirəm

09:30
07 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!