23 Oktyabr 2025 23:30
1900
PARLAMENT
A- A+
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında 4 məsələ müzakirə edilib  

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında 4 məsələ müzakirə edilib  

Oktyabrın 23-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin videokonfrans formatında iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Sadiq Qurbanov gündəliyə 4 məsələnin daxil edildiyini bildirib.

Əvvəlcə komitə sədri gündəliyin birinci məsələsi – “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verib.

Qeyd olunub ki, birinci oxunuşda müzakirə edilən qanun layihəsi enerji səmərəliliyinin artırılması, enerji resurslarından qənaətli istifadə məqsədi daşıyır. Bu məqsədlə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində maarifləndirmə fəaliyyətlərinin genişləndirilməsi, enerji auditi sisteminin təkmilləşdirilməsi əsas prioritetlər sırasındadır. Layihəyə əsasən, Enerji Effektivliyi İnformasiya Sistemi adlanan elektron platformanın yaradılması planlaşdırılır. Həmin sistem vasitəsilə enerji auditi üzrə müraciətlərin qəbulu, müvafiq reyestrlərin aparılması, məlumatların toplanması və ictimaiyyət üçün faydalı məlumatların paylaşılması təmin ediləcək.

Daha sonra gündəliyin ikinci məsələsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi digər məsələ ilə əlaqədar ikinci oxunuşda təqdim olunub. Layihə barədə məlumat verən komitə sədri bildirib ki, sənədə əsasən, yeni inşa edilən, yenidən qurulan və əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları üçün enerji effektivliyi pasportunun alınması məcburi olacaq. Bununla belə, tarixi abidələr, yardımçı və müvəqqəti tikililər, istixanalar, anbarlar, istehsalat binaları və fərdi yaşayış evləri kimi bəzi obyektlər bu tələbdən azad ediləcək.

Gündəliyin növbəti məsələsi – “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Standartlaşdırma haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. Qeyd olunub ki, sənəd milli akkreditasiya sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasını nəzərdə tutur. Bununla əlaqədar olaraq uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən qurumların səlahiyyət dairəsi genişləndirilir, həmçinin “səriştəlilik sınağı”, “validasiya” və “verifikasiya” kimi yeni anlayışlar qanunvericiliyə daxil edilir.

Daha sonra komitənin üzvləri gündəliyin sonuncu məsələsi – cari məsələlər barədə fikir mübadiləsi aparıblar.

Qanun layihələrinin müzakirəsində Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım, üzvləri Vüqar Rəhimzadə və Asif Əsgərov fikirlərini söyləyib, təkliflərini səsləndiriblər.

İclasın sonunda qanun layihələri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Tədbirdə komitənin üzvləri Afət Həsənova, Nigar Arpadarai, Bədəl Bədəlov, Naqif Həmzəyev, Eyvaz Qurbanov, Rövşən Muradov və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!