Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində Bişkekdə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Ölkələrimiz arasında iqtisadi, siyasi, humanitar sahələrdə münasibətlərin yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə edilib. Dövlət başçılarının müntəzəm görüşlərinin və müzakirələrinin münasibətlərimizin daha da genişlənməsində əhəmiyyətli rolu qeyd olunub.
Valentina Matviyenko ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin, regionlar arasında münasibətlərin inkişafının önəmini vurğulayıb, həmçinin böyük infrastruktur layihələrinin reallaşdırılmasının müzakirə edildiyini diqqətə çatdırıb.
Federasiya Şurasının sədri, ölkələrimizin münasibətlərinin inkişafında qanunverici orqanların da rolunu diqqətə çatdırıb.
Milli Məclisin sədri Sahibə Qafarova regionda mövcud olan vəziyyət barədə geniş məlumat verib. O, 2020-ci ildə Azərbaycanın öz ərazilərini işğaldan qurtardıqdan sonra Ermənistana münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsi imzalanmasını təklif etdiyini xatırladıb. Rəsmi İrəvan isə Bəyanat ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməyib, siyasi və hərbi təxribatlar törədib, Azərbaycan ərazilərinin minalanmasını davam etdirib, ərazilərimizdəki qanunsuz rejimi dəstəkləməyə davam edib. S.Qafarova nəticədə Azərbaycan bu ilin sentyabrında həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri barədə məlumat verib.
O diqqətə çatdırıb ki, Azərbaycan regionda daimi sülh və təhlükəsizliyin təmin olunmasını istəyir, sülh müqaviləsinin imzalanması regionda davamlı sabitliyin, təhlükəsizliyin yaranmasına gətirib çıxaracaq. Təəssüf ki, Ermənistan Azərbaycanın təklif etdiyi sülh sazişini imzalamaq əvəzinə, ölkəmizə qarşı beynəlxalq platformalarda çirkin kampaniya aparır, uydurma ittihamlarla beynəlxalq ictimaiyyəti yanıltmağa çalışır. Parlamentin sədri bəzi dövlətlərin Azərbaycana qarşı bu yalan kampaniyasına qoşulmasından təəssüfünü ifadə edib, bunun yolverilməz olduğunu bildirib.
Sahibə Qafarova ölkələrimiz və qanunverici orqanlarımız arasında münasibətlərin mövcud vəziyyəti barədə də fikirlərini bölüşüb.
İki ölkə arasında parlamentlərarası münasibətlərə də toxunan Milli Məclisin sədri ikitərəfli əlaqələrin inkişafında qanunverici orqanların özünəməxsus rolunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
ÜMT: 2011-2020-ci illərdə iqlim dəyişikliyi templəri və fəsadları kəskin şəkildə artıb
05 Dekabr
Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulmasına 6 milyon manat ayrılıb - SƏRƏNCAM
05 Dekabr
Son altı ayda Türkiyədə FETÖ-ya qarşı 2839 əməliyyat keçirilib
05 Dekabr
ANAMA: Ağdam rayonunda mina hadisəsi baş verib
05 Dekabr
Ağdərə rayonu yenidən təşkil olunur
05 Dekabr
Qarabağ və Şərqi Zəngəzurda 8 rayonun inzibati ərazi bölgüsündə dəyişiklik edilib
05 Dekabr
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Şabranda vətəndaşların müraciətlərini dinləyib...
05 Dekabr
Deputat: Geri qayıdış öz ata-baba yurdundan çıxarılan azərbaycanlıların təməl hüququdur
05 Dekabr
Sabah bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır
05 Dekabr
Türkiyə Rumıniyaya "F-16" qırıcıları göndərdi
05 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!