Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstanın Baş naziri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 12-də Bolqarıstan Respublikasının Baş naziri Nikolai Denkov ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından məmnunluq qeyd edilib. Vurğulanıb ki, dost və strateji tərəfdaş olan ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq digər sahələrdə də uğurlu əməkdaşlıq üçün zəngin baza yaradır. Xüsusilə 2015-ci ildə Bolqarıstan və Azərbaycan arasında imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə yüksəldib. Bildirilib ki, iqtisadi əlaqələr ölkələrimiz arasında ikitərəfli münasibətlərin əsas komponentlərindən biridir. O cümlədən ölkələrimiz arasında əlaqələrin əsas istiqamətlərindən biri də enerji sahəsində əməkdaşlıqdır.
Baş nazir Nikolai Denkov ikitərəfli əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlığın da vacibliyini vurğulayaraq, Milli Məclis sədrinin bu səfərinin münasibətlərin inkişafına töhfə verəcəyinə inamını ifadə edib. O, Bolqarıstanın Azərbaycanda nəqliyyat və logistika sahəsinin, nəqliyyat dəhlizlərinin inkişafında, o cümlədən əczaçılıq, informasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda müxtəlif sahələrə investisiya imkanlarını, Azərbaycanın müasir nəqliyyat infrastrukturunu və tranzit ölkə kimi mühüm rolunu qeyd edərək, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu bildirib.
Görüşdə humanitar sahədə də əməkdaşlıq diqqətə çatdırılıb. Qeyd edilib ki, Azərbaycan və Bolqarıstan xalqları arasında təhsil, elm, mədəniyyət sahələrində əməkdaşlıq, qarşılıqlı əsasda mədəni tədbirlərin keçirilməsi kimi tədbirlər xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir.
Söhbət zamanı Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən sonra regionda yeni yaranmış vəziyyət haqqında məlumat verilib, Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “prezident seçkiləri”nə münasibət bildirilib. Vurğulanıb ki, Azərbaycan xalqı sülh və sabitlik istəyir. Münaqişə qurbanı olmasına baxmayaraq, məhz Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar edilməsi, Ermənistanla münasibətlərin beynəlxalq hüququn normaları və prinsipləri əsasında normallaşması üçün sülh təşəbbüsü irəli sürüb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi şəhərinin Azərbaycan enerji sisteminə qoşulması təmin edilib
24 Sentyabr
Qarabağ bölgəsində silah-sursatın müsadirəsi davam edir
24 Sentyabr
İran ilə Rusiya arasında Rəşt-Astara dəmir yolu xəttinin tamamlanmasına sərmayə yatırılması üçün müq...
24 Sentyabr
TƏBİB: Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub
24 Sentyabr
Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib
24 Sentyabr
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hospitalı ziyarət edib
24 Sentyabr
Papa Fransisk Ukraynaya silah yardımının dayandırılmasından məyusluğunu ifadə edib
24 Sentyabr
Xocavəndin Yuxarı Veysəlli kəndi istiqamətində silah-sursat müsadirə edilib VİDEO
24 Sentyabr
DİN: Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən çıxışı təmin ediləcək...
24 Sentyabr
Sabah Bakıda və bölgələrdə yağış yağacaq
24 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
44 günlük Zəfərə 23 saatlıq əlavə23 Sentyabr 2023

“Dəmir yumruğ”un ağıllandırma tədbirləri21 Sentyabr 2023

Qarabağ qanunsuz silahlı dəstələrdən təmizlənir20 Sentyabr 2023

Heydər Əliyevin başlatdığı, İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə17 Sentyabr 2023

Azərbaycanın yaratdığı reallıqların alternativi yoxdur07 Sentyabr 2023

Belə davam etsə, “dəmir yumruq" işə düşəcək06 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!