12 Mart 2023 01:07
920
PARLAMENT
A- A+
Milli Məclisin Sədri Bəhreyndə bir sıra ölkələrin parlament rəhbərləri ilə görüşüb

Milli Məclisin Sədri Bəhreyndə bir sıra ölkələrin parlament rəhbərləri ilə görüşüb

 

Bəhreyn Krallığında işgüzar səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova martın 11-də bir sıra ölkələrin parlament rəhbərləri ilə görüşlər keçirib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Malavi Milli Assambleyasının sədri Katrin Qotani Hara, Kot-d'İvuar Milli Assambleyasının sədri Adama Biktogo və Belarus Milli Məclisinin Respublika Şurasının sədr müavini Valeriy Belskiy ilə görüşlərdə ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlıq haqqında müzakirələr aparılıb. Beynəlxalq təşkilatlarda əməkdaşlığın əhəmiyyətinin vurğulandığı görüşlərdə Parlamentlərarası İttifaq çərçivəsində dialoqun önəmi qeyd olunub. 
Bu görüşlərin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İkinci Konfransı ərəfəsində baş tutduğunu qeyd edən Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan hazırda Qoşulmama Hərəkatına uğurla sədrlik edir və bu platforma çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi, həmçinin beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiəsi üçün ciddi səylər göstərir.  O, Azərbaycan Prezidenti İlham Əliyevin mühüm qlobal təşəbbüsləri haqqında da məlumat verib. 
Həmçinin qeyd olunub ki, Qoşulmama Hərəkatı həm də parlamentlərarası əlaqələrimizin inkişafı üçün platforma rolunu oynaya bilər. Azərbaycan Qoşulmama Hərəkatının Sədri kimi Hərəkatın parlament ölçüsünü inkişaf etdirmək təşəbbüsü ilə çıxış edib və Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis edilib. 
Eyni zamanda bildirilib ki, 2021-ci ilin noyabrında Madriddə Parlament Şəbəkəsinin təsis, 2022-ci ilin iyun ayında isə Bakıda birinci konfransı keçirilib. 
Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən sonra regionda yaranan reallıqlar, azad olunmuş ərazilərdə aparılan bərpa-yenidənqurma işləri, məcburi köçkünlərin öz doğma yurdlarına geri qayıtması üçün görülən tədbirlər, Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlar barədə məlumat verib. 
Görüşlərdə Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, irəli sürdüyü təşəbbüslərin əhəmiyyəti vurğulanıb, o cümlədən Hərəkatın Parlament ölçüsünün yaradılması yüksək qiymətləndirilib. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!