10 Dekabr 2024 18:17
637
PARLAMENT
A- A+
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Milli Məclisin dekabrın 13-də keçiriləcək iclasının gündəliyinə təklif olunan məsələlər açıqlanıb.

AZƏRTAC xəbər verir ki, iclasda aşağıdakı on məsələ müzakirə olunacaq:

1. “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş);

2. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş);

3. “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi;

4. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

6. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

7. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

8. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Xidməti və mülki silah haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Lotereyalar haqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

9. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Tibbi sığorta haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

10. “Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “Elektroenergetika haqqında” və “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərakeş mediası 20 Yanvar faciəsindən yazıb

09:28
20 Yanvar

20 Yanvar: Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsində qəhrəmanlıq dastanı 

09:25
20 Yanvar

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib

00:25
20 Yanvar

Qars valisi, bələdiyyə başqanı və diaspor təşkilatlarının rəhbərləri ilə görüş keçirilib

23:59
19 Yanvar

Komitə sədri: Diaspor təşkilatları Azərbaycanın milli maraqları naminə səylərini birləşdirməlidir  

23:58
19 Yanvar

Aİ-nin hazırlıq, böhranın idarəedilməsi və bərabərlik komissarı Türkiyəyə səfər edəcək

23:57
19 Yanvar

Xarkov şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

23:55
19 Yanvar

XİN 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı bəyanat yayıb

23:53
19 Yanvar

Fransa qoşunlarının yay aylarında Seneqaldan çıxması planlaşdırılıb

23:51
19 Yanvar

Prezident İlham Əliyev 20 Yanvar faciəsi ilə əlaqədar paylaşım edib

23:50
19 Yanvar

ATGTİ tərəfindən tələbə gənclərin iştirakı ilə “#20JANUARY” fləşmobu reallaşıb VİDEO

23:15
19 Yanvar

Qarsda Azərbaycan diaspor təşkilatları arasında qarşılıqlı fəaliyyət yolları nəzərdən keçirilib  

21:25
19 Yanvar

MSK bələdiyyə seçkiləri ilə əlaqədar Sumqayıtda treninqlərə start verib

21:23
19 Yanvar

Salonikidə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

21:22
19 Yanvar

Axtarışda olan iki cinayətkar Ermənistandan Türkiyəyə ekstradisiya edilib

21:21
19 Yanvar

Naxçıvan Muxtar Respublikasında 6 seçki dairəsi üzrə 1360-dan çox əməkdaş treninqlərə cəlb ediləcək  

18:50
19 Yanvar

Misli Premyer Liqası: Yeddi qolun vurulduğu oyunda autsayder “Kəpəz” “Turan Tovuz”u məğlub edib  

18:49
19 Yanvar

Bələdiyyə seçkiləri ilə əlaqədar 8 saylı Binəqədi birinci seçki dairəsində növbəti treninqlər təşkil olunub 

18:47
19 Yanvar

Maka Boçorişvili: Bu gün biz Azərbaycan və Gürcüstanın birgə reallaşdırdığı layihələrin bəhrəsini görürük

18:42
19 Yanvar

Azərbaycanda yanvarın 20-də olan hava proqnozu açıqlanıb  

18:19
19 Yanvar

Gəncədə dairə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilir

17:45
19 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!