07 Mart 2025 19:41
1468
PARLAMENT
A- A+
Milli Məclisin iclasında 14 məsələ müzakirə olunur

Milli Məclisin iclasında 14 məsələ müzakirə olunur


Martın 7-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda 14 məsələ müzakirəyə çıxarılıb. Gündəliyin birinci məsələsi Milli Məclisin qərar layihəsi olub.

Sonra Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsini təqdim edib.

O, 2024-cü ilin ölkəmiz üçün bir sıra mühüm ictimai-siyasi hadisələr və qlobal əhəmiyyətli tədbirlərlə yadda qaldığını söyləyib. Bildirib ki, ilk dəfə olaraq suveren respublikamızın bütün ərazisində keçirilmiş növbədənkənar prezident və parlament seçkiləri və Milli Məclisə növbədənkənar seçkilər əlamətdar hadisəyə çevrilib. COP29-un Azərbaycanda keçirilməsi, ölkəmizin yüksək diplomatik məharəti sayəsində inkişaf etməkdə olan ölkələrə hər il maliyyə yardımına dair razılığın əldə olunması və digər mühüm qərarların qəbul edilməsi iqlim dəyişmələrinə qarşı mübarizədə mühüm nəticə kimi tarixə düşüb.

Diqqətə çatdırılıb ki, 2024-cü ildə ombudsmanın ünvanına 29 min 371 müraciət daxil olub. İnsanların üzləşdikləri problem və çətinliklərin həlli məqsədilə ombudsman tərəfindən aidiyyəti dövlət qurumlarına, idarə, müəssisə və təşkilatlara müraciətlər edilib, bir çox hallarda nöqsan və çətinliklərin aradan qaldırılması və pozulmuş hüquqların bərpası üzrə zəruri tədbirlər görülüb, təklif və tövsiyələr verilib.

Bildirilib ki, sahibkarlıq subyektlərində işçilərin əmək hüquqlarının pozulması faktları üzrə araşdırmaların aparılmasında ciddi çətinliklər yaranıb. Bu çətinliklərin aradan qaldırılması üçün zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyindən bəhs edilib.

Sağlamlığın qorunması hüququnun səmərəli təmin edilməsi istiqamətində əhəmiyyətli islahatların aparılmasına baxmayaraq, hələ də bu sahədə müəyyən çətinliklərin olduğu, icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlər zərfinin genişləndirilməsinin, ölkəyə idxal edilən dərman vasitələrinin keyfiyyətinə nəzarətin gücləndirilməsinin, onkoloji xəstəliklərin müalicəsində istifadə olunan dərman preparatlarının spektrinin genişləndirilməsinin vacibliyi qeyd edilib.

Ombudsman təhsil sahəsində davamlı monitorinqlərin aparılmasının təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməklə yanaşı, tədrisin dövlət standartları əsasında təşkil olunmasına da əhəmiyyətli təsir göstərdiyini deyib.

Bildirilib ki, sənəddə ölkəmizdə mənzil hüququnun təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər sırasında əhali üçün maddi cəhətdən əlverişli olan yaşayış binalarının tikintisinə dəstək verilməsinin əhəmiyyətindən söhbət açılır.

Vurğulanıb ki, ötən müddətdə məhkəməyədək icraat mərhələsində cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının müdafiəsi diqqətdə saxlanılıb, şikayətlər üzrə müvafiq araşdırmalar aparılıb, bir sıra hallarda hüquq- mühafizə orqanlarının bəzi əməkdaşlarının qanun pozuntularına yol verdiyi müəyyən edilərək barələrində intizam tənbehi tədbirləri tətbiq olunub.

Diqqətə çatdırılıb ki, Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərlə rəftar məsələləri, saxlanma şəraiti, habelə müvafiq sənədləşmənin araşdırılması məqsədilə aidiyyəti dövlət qurumlarının müəssisələrinə ümumilikdə 352 başçəkmə həyata keçirilib, onlardan 108-i isə plandankənar başçəkmələr olub.

Qeyd olunub ki, illik məruzədə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin təhlili əks etdirilməklə yanaşı, hüquq pozuntularının qarşısının alınması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyi, dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında səmərəli dialoqun və əməkdaşlığın dərinləşdirilməsi önə çəkilir.

Sonra iclasda parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc ombudsmanın illik məruzəsi ilə bağlı fikirlərini açıqlayıb.

Daha sonra məsələ ətrafında müzakirələr aparılıb.

Milli Məclisin sədri Sahibə Qafarova insan hüquqları üzrə müvəkkilin məruzəsinin yüksək səviyyədə hazırlandığını bildirib. O, deputatlar tərəfindən səsləndirilən sual və tövsiyələrin işçi qaydada müzakirə edilməsini təklif edib.

İclasda ombudsmanın illik məruzəsinin nəzərə alınması barədə qərar layihəsi qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini təqdim edib.

Bildirilib ki, Azərbaycanın D-8-ə qoşulması iqtisadi və ticarət əlaqələrinin inkişafına yeni imkanlar açır.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Gülşən Paşayeva məsələ ilə əlaqədar fikirlərini və komitənin rəyini diqqətə çatdırıb.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Növbəti 5 məsələ üçüncü oxunuşda qanun layihələri olub.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda, komitənin digər üzvü Əminə Ağazadə Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” Qanunda, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrini təqdim ediblər.

Hər beş qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Gündəliyin digər 7 məsələsi birinci oxunuşda qanun layihələri olub.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Komitə sədri Azər Əmiraslanov “Kredit büroları haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib.

Bildirilib ki, Qanunun 12.1-ci maddəsi nisyə mal alqı-satqısı ilə məşğul olan və təqvim ili ərzində nisyə satılmış mallar üzrə dövriyyəsi yüz min manatdan çox olan hüquqi və fiziki şəxslər tərəfindən “kredit tarixçələrini təşkil edən məlumat”ın kredit bürosuna mütləq qaydada təqdim edilməsi tələbini müəyyən edir. Eyni zamanda, qanunun 22-ci maddəsi həmin şəxslər tərəfindən kredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna təqdim edilməməsinə görə məsuliyyəti nəzərdə tutur.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsindən bəhs edib. O, sənədin enerji resurslarından səmərəli istifadə, yaşıl enerjiyə keçid, ətraf mühitin mühafizəsi kimi məqsədlərə xidmət etdiyini söyləyib.

Azər Əmiraslanov Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.

Bildirib ki, Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nda benefisiar mülkiyyətçilərə dair mərkəzləşdirilmiş məlumat bazasının yaradılması və onun fəaliyyəti üçün hüquqi əsasların formalaşdırılması nəzərdə tutulub. Bu dəyişikliklər də həmin tədbirin icrasını təmin etmək məqsədilə hazırlanıb.

1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunla təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə qanun layihəsi ilə barədə isə komitə sədri Arzu Nağıyev məlumat verib.

Komitə sədri nəzərə çatdırıb ki, təqdim edilən qanun layihəsi hərbi və xüsusi geyim formalarına olan hörməti qorumaq, onlardan sui-istifadənin qarşısını almaq məqsədi ilə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslərin yalnız rəsmi dəvət olunduqları Azərbaycan Respublikasının dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan tədbirlərdə, ehtiyata və ya istefaya buraxıldıqları dövlət orqanının (qurumunun) əməkdaşlarının peşə bayramı günlərində, habelə "Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü"ndə, "Zəfər Günü"ndə və "Azərbaycan Respublikasında Anım Günü"ndə həmin geyim formasını daşımasını nəzərdə tutur.

Gündəliyin on üçüncü məsələsi olan “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumatda Azər Əmiraslanov bildirib ki, layihədə yanacaqdoldurma obyektlərinin fəaliyyətinin də lisenziya tələb olunan fəaliyyət növünə aid edilməsi və müvafiq dövlət rüsumunun müəyyən olunması nəzərdə tutulub.

Gündəliyin sonuncu məsələsi olan Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, layihənin bir hissəsi qüvvədə olan bir sıra qanunların icrası məqsədilə hazırlanıb və İnzibati Xətalar Məcəlləsində onların pozulması ilə bağlı müvafiq məsuliyyətlərin təsbit olunmasını əhatə edir.

Milli Məclisin müzakirəsində olan qanun layihələri ilə bağlı olan dəyişiklikləri diqqətə çatdıran komitə sədri digər dəyişikliklərin nəqliyyat sahəsində təhlükəsizliklə, xüsusən aviasiya təhlükəsizliyi ilə bağlı olduğunu deyib.

Sonda Beynəlxalq Qadınlar Günü münasibətilə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubunun ünvanlanması barədə qərar qəbul edilib və birinci xanıma dəyərli fəaliyyətində yeni-yeni uğurlar arzulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!