12 Sentyabr 2023 22:26
883
PARLAMENT
A- A+
Milli Məclisin Əmək və sosial siyasət komitəsində beş məsələyə baxılıb

Milli Məclisin Əmək və sosial siyasət komitəsində beş məsələyə baxılıb

 

Sentyabrın 12-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, gündəliyin təsdiqindən sonra komitə sədri Musa Quliyev Milli Məclisin 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Əmək və sosial siyasət komitəsində görülən işlər barədə hesabatı təqdim edib. O, ötən sessiyalarda komitənin 11 iclasında 38 məsələyə baxıldığını bildirib, müzakirə olunan qanun layihələri barədə danışıb. Diqqətə çatdırılıb ki, hesabat dövründə komitəyə daxil olan ərizələr və şikayətlər üzrə müvafiq işlər görülüb.

Komitənin 2023-cü ilin payız sessiyası üçün iş planı barədə məlumat verən Musa Quliyev qeyd edib ki, bu sessiyada komitədə gələn ilin dövlət büdcəsi ilə bağlı məsələlərin, bir sıra qanun layihələrinin müzakirəsi, dinləmələrin keçirilməsi nəzərdə tutulub. Planda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin sosial siyasətinin təntənəsi” mövzusunda elmi-praktik konfransın keçirilməsi, həmçinin Səhiyyə komitəsi ilə birlikdə “Autizmin tibbi-sosial aspektləri və sosial müdafiə tədbirləri” mövzusunda dinləmənin təşkili öz əksini tapıb.

Sonra komitədə gündəlikdəki qanun layihələrinə baxılıb.

“Beynəlxalq Əmək Təşkilatının Nizamnaməsində dəyişiklik edilməsi haqqında 1986-cı il tarixli sənəd”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verən komitə sədri sənəddə BƏT-in orqanları olan Beynəlxalq Əmək Ofisinin idarə olunması, Beynəlxalq Əmək Konfransının prosedur qaydaları ilə bağlı təklif olunan dəyişikliklərdən danışıb.

Gündəliyin 4-cü məsələsi olan “Sosial xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Musa Quliyev bildirib ki, layihədə valideyn himayəsindən məhrum olmuş və ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərində yaşamış şəxslərin qanunvericiliklə müəyyən edilmiş hüquqlardan istifadənin əsasları təsbit olunub.

Gündəliyin sonuncu məsələsi olan Əmək Məcəlləsində və “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev məlumat verib. O, sosial sığorta nömrəsinin istisnası halları, əmək müqavilələrində sınaq müddətinə qoyulan məhdudiyyətlər, işçilərin sosial sığorta münasibətlərinin tənzimlənməsi, həmçinin anlayışların konkretləşdirilməsi məqsədilə layihədə təklif olunan dəyişiklikləri diqqətə çatdırıb.

Komitə sədrinin müavini Məlahət İbrahimqızı, komitə üzvləri Səttar Möhbalıyev, Ziyad Səmədzadə, Əziz Ələkbərov, Sevinc Hüseynova, Vüqar Bayramov, Arzu Nağıyev və İlham Məmmədov çıxış edərək müzakirəyə çıxarılan məsələlər barədə fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.

İclasda 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Əmək və sosial siyasət komitəsində görülən işlər məqbul hesab edilib, komitənin qarşıdakı payız sessiyası üçün iş planı təsdiq olunub.

Müzakirə olunan “Beynəlxalq Əmək Təşkilatının Nizamnaməsində dəyişiklik edilməsi haqqında 1986-cı il tarixli sənəd”in təsdiq edilməsi barədə qanun layihəsi, həmçinin birinci oxunuşda olan “Sosial xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə, o cümlədən Əmək Məcəlləsində və “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!