23 Noyabr 2022 21:46
400
PARLAMENT
A- A+

Milli Məclisdə mətbuat konfransı keçirilib

 

Noyabrın 23-də parlamentin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin birinci oxunuşda müzakirəsindən sonra Milli Məclisdə mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransından əvvəl Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev tədbirdə iştirak edən jurnalistlərlə görüşərək parlamentin sədri Sahibə Qafarovanın adından media nümayəndələrini salamlayıb və mətbuat konfransının işinə uğurlar arzulayıb.

Tədbiri açan Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli jurnalistlərin suallarına cavab olaraq bildirib ki, “Siyasi partiyalar haqqında” qanun layihəsinin geniş ictimai müzakirələrindən sonra layihənin yeni variantına ümumilikdə 66 düzəliş edilib. Düzəlişlər həm mahiyyət, həm də texniki xarakterlidir. İctimai müzakirələrdən sonra layihəyə partiyaların təsis edilməsi, ləğv edilməsi, qeydiyyatdan keçməsi və sair məsələlərə dair müddətlərlə bağlı düzəlişlər edilib. Layihə birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.

Sonra jurnalistlərin suallarına cavab verən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, bu gün Azərbaycanda dövlət quruculuğu siyasətinin əsas hədəfi ölkədəki siyasi partiyaların hüquqi müstəvidə fəaliyyət aparmalarıdır. Son üç ildə partiyalarla kifayət qədər görüş və dialoqlar keçirilib. Yeni qanun layihəsini tərtib etməkdə ali məqsəd bu sahədə ortaq məxrəcin tapılması və güclü siyasi partiyaların formalaşdırılmasıdır. Dövlət Vətən müharibəsində qazandığı Zəfərdən sonra ölkədə qalib siyasi sistem yaratmaq niyyətindədir.

Mətbuat konfransında jurnalistlərin bütün sualları ətraflı cavablandırıldıqdan sonra tədbirə yekun vurulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video