22 Oktyabr 2025 18:37
2114
PARLAMENT
A- A+
Milli Məclisdə “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda elmi-praktik konfrans keçirilib YENİLƏNİB

Milli Məclisdə “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda elmi-praktik konfrans keçirilib YENİLƏNİB

Oktyabrın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Azər Əmiraslanov tədbiri açaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müzəffər Ordumuzun rəşadəti nəticəsində Azərbaycanın Vətən müharibəsində Qələbə qazanaraq dövlət suverenliyini bərpa etdiyini, regionda yeni reallıqlar yaratdığını bildirib. Komitə sədri suverenliyin iqtisadi əsaslarının möhkəmləndirilməsinin qarşıda duran mühüm vəzifələrdən biri olduğunu deyib. Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, bu siyasətin siyasi müstəqilliklə iqtisadi müstəqilliyin vəhdətindən ibarət olduğunu qeyd edib.

Komitə sədri iqtisadi müstəqilliyin mahiyyəti barədə danışaraq bildirib ki, bu, ölkənin iqtisadi siyasətinin xarici təsirlərə məruz qalmayaraq həyata keçirilməsi, müstəqil qərarların verilməsi, dövlətin strateji hədəflərinin, iqtisadiyyatın milli maraqlara uyğun formalaşması, iqtisadi təhlükəsizlik, uğurlu iqtisadi diplomatiya və digər bu kimi amillərlə şərtlənir. Dövlət suverenliyi və iqtisadi müstəqilik arasında sıx əlaqə mövcuddur. İqtisadi müstəqillik olmadan real dövlət suverenliyinin, dövlət suverenliyi olmadan isə milli iqtisadiyyatın inkişafı mümkün deyil. Qeyd edilib ki, siyasi suverenlik milli iqtisadi maraqları qorumaq imkanı yaradır.

Azər Əmiraslanov siyasi və iqtisadi müstəqilliyin möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin xidmətlərindən söz açıb.

Komitə sədri bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə suverenliyin iqtisadi əsaslarının gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb.

Sonra tədbirdə çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Ziyad Səmədzadə bu gün Azərbaycan dövlətinin dünyada mövqelərinin möhkəmləndirilməsinin, ölkəmizin qlobal təhdidlərə qarşı mübarizəsinin, milli maraqlara uyğun siyasətin həyata keçirilməsinin, hərtərəfli tərəqqinin təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyanın dayandığını, iqtisadi müstəqilliyimizin formalaşmasında onun əvəzsiz rolunu vurğulayıb. Heydər Əliyevin adı ilə bağlı olan “Əsrin müqaviləsi”nin davamlı inkişaf, ölkə iqtisadiyyatının gücləndirilməsi baxımından mühüm əhəmiyyətindən bəhs edib. İqtisadi təhlükəsizliyin təmin edilməsi ilə bağlı fikirlərini açıqlayıb.

Konfransda çıxış edən Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib ki, iqtisadi müstəqilliyin mahiyyəti dövlətin müstəqil iqtisadi siyasətin həyata keçirilməsində, təbii sərvətlərdən səmərəli istifadənin təmin edilməsində rolunu nəzərdə tutur. O, iqtisadi müstəqilliyin qarşısında duran məsələlərin dövlət quruculuğu prosesində əhəmiyyətindən danışıb. Palata sədri qeyd edib ki, müstəqilliyin ilk illərində iqtisadi müstəqilliyin əsas qayəsini neft strategiyası, müxtəlif sahələrə aparılan islahatlar, özəlləşdirmə təşkil edirdisə, müasir dövrdə onun məqsədləri qeyri-neft sektorunun inkişafı, ixracın diversifikasiyası, rəqəmsal iqtisadiyyat, yaşıl enerji, beynəlxalq əməkdaşlıq, dayanıqlı inkişaf, maliyyə sabitliyi və şəffaflığın təmin edilməsi kimi amillərdən ibarətdir. O, Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunduqdan sonra ölkənin iqtisadi potensialının daha da gücləndiyini söyləyib.

Sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli mövzu ilə bağlı fikirlərini açıqlayıb. O, iqtisadi münasibətlərin hüquqi normalarla tənzimlənməsi, ölkədə iqtisadi və hüquqi sahədə islahatların paralel olaraq həyata keçirilməsi nəticəsində uğurların əldə edildiyini bildirib. Komitə sədri Azərbaycanın müstəqilliyinin, o cümlədən iqtisadi baxımdan müstəqilliyimizin ideya müəllifinin Ümummilli Lider Heydər Əliyevin olduğunu vurğulayıb. 1995-ci ildə qəbul edilmiş Ulu Öndərin müəllifi olduğu ölkə Konstitusiyasının müasir dövlətin hüquqi, siyasi və iqtisadi əsaslarını ehtiva etdiyini söyləyib. Konstitusiyaya dəyişiklərlə bağlı keçirilmiş referendumlara toxunan komitə sədri 2009-cu ildəki referendumla ölkənin Ali qanununda iki vacib məsələnin – Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olduğunun və bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradılmasının təsbit edildiyini bildirib. Ötən illər ərzində ölkəmizdə Konstitusiyaya əsaslanan sosialyönümlü siyasətin müvəffəqiyyətlə təmin olunduğunu və hazırda bu istiqamətdə növbəti təqdirəlayiq addımların atıldığını deyib.

Daha sonra konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bildirib ki, müstəqilliyin ilk illərində Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində qısa müddət ərzində atəşkəsə nail olundu. Heydər Əliyev “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” ideyasına insanları inandırdı və sağlam qüvvələri öz ətrafında birləşdirdi. “Əsrin müqaviləsi” ilə Azərbaycan öz təbii resurslarını iqtisadi gücə çevirməyə başladı. O dövrdə xarici investisiyaların cəlb olunması, yeni sənaye infrastrukturunun yaradılması, kənd təsərrüfatının dirçəldilməsi Azərbaycanın iqtisadi müstəqilliyini təmin edəcək əsas amillər idi. Nazir müavini qeyd edib ki, hazırda Heydər Əliyev kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi, siyasi, hərbi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı və makroiqtisadi sabitlik təmin olunub, torpaqlarımız işğaldan azad edilib, dövlət suverenliyimiz və müstəqilliyimiz tam bərpa edilib. Bununla yanaşı, o, cari il avqustun 8-də ABŞ-da keçirilmiş üçtərəfli görüşdə əldə edilmiş razılaşmaların Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə edilmiş hərbi zəfərin davamı olaraq Azərbaycan dövlətinin növbəti diplomatik uğuru kimi dəyərləndirib. Nazir müavini Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının həm iqtisadi, həm sosial rifah, həm də regionların balanslı inkişafı baxımından əhəmiyyətindən bəhs edib, bununla bağlı bəzi statistik göstəriciləri diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycan ciddi iqtisadi çağırışlarla üz-üzə qalıb. Lakin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə bu sahədə mühüm dönüş əldə edildi və Ulu Öndərin müdrik siyasi iradəsi ilə müstəqil Azərbaycanın iqtisadi suverenliyinin təməlləri yaradıldı.

Komitə sədri çıxışında Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə suverenlik və iqtisadi müstəqillik konsepsiyasının yeni məzmun almasından danışıb. O, Azərbaycanın iqtisadi suverenliyinin qanunçuluq, strateji planlama və ekoloji məsuliyyət əsasında möhkəmləndirilməsi barədə fikirlərini bölüşüb.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycanın real iqtisadi müstəqilliyin başlanğıcı oldu. Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursu Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin möhkəmlənməsinə, habelə suverenliyinin daha da güclənməsinə töhfə verir.

Mərkəzi Bankının sədr müavini Əli Əhmədov deyib ki, müstəqil və çevik pul-kredit siyasətinə malik olmaq milli iqtisadi təhlükəsizliyin əsas şərtlərindəndir. O qeyd edib ki, Azərbaycan qlobal qeyri-müəyyənlik şəraitində belə sabit və etibarlı maliyyə mühiti ilə seçilən ölkələrdən biridir. O, son illərdə Azərbaycanda inflyasiyanın nəzarətdə saxlanılması, valyuta bazarında sabitliyin qorunması və maliyyə institutlarının dayanıqlığının təmin olunması ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, Mərkəzi Bank bundan sonra da maliyyə sisteminin möhkəmləndirilməsi və davamlı iqtisadi artımın dəstəklənməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcək.

Maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, fiskal dayanıqlıq və səmərəli büdcə siyasəti iqtisadi müstəqilliyin əsas təminatçısıdır. Nazir müavininin sözlərinə görə, Azərbaycanın tətbiq etdiyi maliyyə intizamına əsaslanan siyasət büdcə sabitliyini qorumağa, fiskal riskləri minimuma endirməyə və milli iqtisadi təhlükəsizliyi təmin etməyə imkan verib. O qeyd edib ki, bu gün Azərbaycan öz iqtisadi qərarlarını milli maraqlar və daxili imkanlar əsasında formalaşdıran, xarici deyil, daxili imkanlar hesabına həyata keçirən ölkəyə çevrilib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov çıxışında rəqəmsal iqtisadiyyatın və dayanıqlı nəqliyyat şəbəkəsinin milli iqtisadi təhlükəsizlik və suverenliyin təminatında mühüm rol oynadığını bildirib. O deyib ki, Azərbaycanda həyata keçirilən rəqəmsal transformasiya strategiyası, beynəlxalq rəqəmsal və nəqliyyat-logistika layihələri ölkənin geoiqtisadi mövqeyini gücləndirməklə yanaşı, həm iqtisadi müstəqilliyin dərinləşməsinə, həm də sosial rifahın yaxşılaşmasına xidmət edir.

Konfransda Milli Məclisin deputatları Günay Ağamalı, Əli Məsimli, Asif Əsgərov, Tahir Mirkişili, Rizvan Nəbiyev, Mübariz Qurbanlı, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Dövlət Neft Fondunun icraçı direktorunun müavini Bəhruz Bəhramov, Dövlət Gömrük Komitəsi sədrinin müavini Güloğlan Muradlı çıxış ediblər. Çıxışçılar iqtisadi suverenliyin hüquqi, iqtisadi, fiskal, struktur və sosial dayaqları barədə danışıblar, dövlət müstəqilliyinin iqtisadi əsaslarının gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar və strateji proqramlar Azərbaycanın iqtisadi müstəqilliyini və suveren inkişaf modelini möhkəmləndirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!