15 Mart 2023 20:25
759
PARLAMENT
A- A+
Milli Məclisdə Azərbaycan-Dağıstan əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub  

Milli Məclisdə Azərbaycan-Dağıstan əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub  

Martın 15-də Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev və parlamentin Elm və təhsil komitəsinin üzvləri ilə Rusiya Federasiyası Dağıstan Respublikası Milli Şurasının sədri Zaur Askendərovun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclis sədrinin müavini dost və qonşu olan Dağıstanla münasibətlərin Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını bildirib. Adil Əliyev Azərbaycanla Rusiya arasındakı strateji əməkdaşlıq və tərəfdaşlıq münasibətlərindən söz açıb, bu əlverişli zəmində Rusiya Federasiyasının subyektləri, o cümlədən Dağıstan Respublikası ilə əlaqələrimizin inkişaf etməkdə olduğunu qeyd edib.

Azərbaycanda idmanın və bədən tərbiyəsinin inkişafına sistemli və kompleks yanaşmanın təməlinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu deyən Milli Məclis sədrinin müavini Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin dünyanın qabaqcıl idman ölkəsinə çevrilməsindən bəhs edib.

Ölkədə gənclər və idman sahəsində qanunvericiliyin təkmilləşdirilməsindən danışan Adil Əliyev bu istiqamətdə həyata keçirilən dövlət proqramları və görülən işlər barədə məlumat verib. O, Azərbaycan gəncliyinin öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirdiyini, ölkədə gedən proseslərin daim önündə olduğunu bildirib, gənclərimizin 44 günlük Vətən müharibəsində də öz əzmini və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb.

Göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edən Dağıstan parlamentinin sədri Zaur Askendərov ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli münasibətlərə toxunub, Azərbaycan və Dağıstan xalqlarının çoxəsrlik dostluq əlaqələrindən, qarşılıqlı əməkdaşlıq imkanlarından danışıb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Azərbaycanda təhsilin və elmin inkişafına göstərilən dövlət dəstəyindən, yaradılan qanunvericilik bazasından, bu sahədə aparılan islahatlardan, tətbiq edilən yeniliklərdən, əldə olunan nailiyyətlərdən bəhs edib. O, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə təhsil və digər infrastrukturların viran edilməsinə toxunaraq Azərbaycan dövlətinin bu istiqamətdə genişmiqyaslı layihələr həyata keçirdiyini deyib. Komitə sədri Azərbaycan və Dağıstan arasında elm və təhsil sahəsində qurulan əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərindən danışıb.

Dağıstan parlamentinin sədr müavini Kamil Davdiyev, Təhsil və elm komitəsinin sədri Yelena Pavlyuçenko, Mədəniyyət, gənclər, idman və turizm komitəsinin sədri Murat Paizulaev, Dağıstanın mədəniyyət naziri Zarema Butaeva Azərbaycan və Dağıstan arasında idman, fiziki tərbiyə, gənclər, təhsil, mədəniyyət və turizm sahələrində əlaqələrin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Söhbət zamanı qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, fəal təcrübə mübadiləsinin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüşdə deputatlar Musa Qasımlı, Azər Badamov, Aqiyə Naxçıvanlı, Şahin İsmayılov, Ramil Həsən və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!