17 Sentyabr 2024 08:40
689
İQTİSADİYYAT
A- A+
Meyvə festivallarının sırasına biri də əlavə edildi

Meyvə festivallarının sırasına biri də əlavə edildi



Göygöldə keçirilən Moruq festivalı bu bitkini iştirakçılara yenidən tanıtdı


Göygöl rayonunun Keşkü kəndi ərazisində əsl bayram əhvali-ruhiyyəsi yaşanırdı. Yerli əhali və qonaqlar Azərbaycanda ilk dəfə keçirilən Moruq festivalına toplaşmışdı. Ətrafı bürüyən musiqi sədaları festivala xoş ovqat qatırdı. 

Təxminən 3  hektar ərazidə yaradılan çadır və alaçıqlarda, açıq havada moruqdan hazırlanmış məhsullar nümayiş etdirilirdi. Burada iştirakçılara hər növ moruqlu içkilər və təamlardan savayı, müxtəlif musiqi və rəqslərdən ibarət konsert proqramı, uşaqlar və böyüklər üçün müxtəlif əyləncələr təqdim olunurdu. Festivalda həmçinin sənətkarlıq məhsullarının sərgi-satış yarmarkası təşkil edilmişdi.  

Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və  Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Aqrar İşçiləri Həmkarlar İttifaqı Komitəsi, Aqrar İnnovasiya Mərkəzi, "Azərbaycan Dövlət Emal və İstehsalat Birliyi" MMC, "Göygöl Şərab Zavodu" ASC, "Aqronaft" MMC-nin, həmçinin dövlət və özəl qurumların tərəfdaşlığı ilə keçirilən festivalın məqsədi bölgənin turizm sektorunun rəqabət qabiliyyətini yüksəltmək və aqroturizmin inkişafına dəstək verməklə bərabər, Göygöl rayonunun unikal cəhətlərini, burada istehsal olunan kənd təsərrüfatı məhsullarını tanıtmaq, eləcə də moruq istehsalı ilə iqtisadiyyatın inkişafına töhfə vermək idi.

Moruq festivalının Göygöl rayonunda keçirilməsi də təsadüfi deyildi. Rayon ölkəmizdə ən çox giləmeyvə, o cümlədən moruq yetişən bölgələrdən biridir. Bu faydalı giləmeyvə əvvəllər rayonun dağlıq yerlərində, su mənbələrinin kənarlarında yetişdirilsə də, son illər müxtəlif ərazilərdə sənaye üsulu ilə də əkilib becərilir. 

Fermerlər moruğun daha məhsuldar olan "Polka" və "Polana" sortlarına üstünlük verirlər. Rayonun 40-dan çox sakini hər il 13 hektardan çox ərazidə moruq yetişdirir. Onlar Topalhəsənli, Mollacəlilli, Çaykənd, Toğanalı, Quşqara, Aşıqlı, Yeni Zod, Göyçəkənd, Üçtəpə, Keşkü, eləcə də Göygöl şəhərinin sakinləridir. Festivalda iştirak edən fermerlər söylədilər ki, təbabətdə daha çox meyvələrindən, az hallarda isə yarpaqlarından istifadə edilən moruq xalq arasında dərman vasitəsi kimi də istifadə olunur. Bu ətirli bitki susuzluğun kəsilməsinə də kömək edir. Çay kimi dəmlənmiş moruq isə qədimdən soyuqdəymədə hərarət salan vasitə kimi istifadə olunur. Moruq tərkibində ən çox dəmir olan giləmeyvədir. 100 qramında 41 kalori enerji dəyəri olan moruq qlükoza və fruktoza ilə zənginliyinə görə ürək-damar və beyin patologiyası zamanı da faydalıdır.

İki gün davam edən festival keçmiş məhsul bayramlarını xatırladırdı. Amma bir fərq var idi ki, o da tədbirin moruq istehsalçılarına yeni işgüzar əlaqələr qurmağa imkan yaratmasıdır.  

Nəhayət, tədbirin açılışını bildirən qırmızı lent kəsildikdən sonra festival açıq elan olundu. Tədbiri giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirdi ki, ölkəmizdə aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi qəbul edilmişdir. Kənd təsərrüfatının qeyri-neft sektorunun əsas sahələrindən biri olduğunu söyləyən RİH-in başçısı qeyd etdi ki, məhsul istehsalçılarına edilən güzəştlər və yardımlar aqrar sahənin dinamik inkişafını təmin edir: "Azərbaycanda kənd təsərrüfatı sahəsində müasir texnologiyaların tətbiqinə və davamlı inkişafına önəm verilir. Bu-günkü festivalın keçirilməsi də məhz bu inkişafın göstəricisidir. Aqrar sahənin inkişafında mühüm paya malik olan Göygöl həm də zəngin turizm potensialına malikdir. Söz yox ki, hər il təşkil olunacaq festival həm aqrar, həm də turizm sahələrinin inkişafına mühüm töhfə  verəcək".

Açılış mərasimində çıxış edən Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Rəcəb Öztop aqroturizm potensialından düzgün istifadə, məhsulların brendləşdirilməsi, satış marketinq işinin təşkili məsələlərindən danışdı. Əminliklə ifadə etdi ki, bu festival rayonun sosial-iqtisadi və mədəni həyatına öz müsbət təsirini göstərəcək. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Aqrar İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov və başqaları da festivalın əhəmiyyətindən, bu tədbirin rayonun turizm imkanlarının genişlənməsində mühüm rol oynayacağından danışdılar.

Sonra iştirakçılar moruq istehsalı ilə daha yaxından tanış olaraq yerli istehsalçılar tərəfindən təqdim edilən moruq sortlarının dequstasiyasında iştirak etdilər. Ölkənin müxtəlif bölgələrindən gələn qonaqlar nümayiş edilən məhsullarla və xalq tətbiqi sənətkarlıq nümunələri ilə tanış oldular, bəyəndikləri məhsulları sərfəli qiymətlərə almaq imkanı əldə etdilər. 


Sabir ƏLİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-BƏƏ əməkdaşlığı müasir çağırışlara cavab verir 

08:20
15 Yanvar

Sumqayıtlılar yenə fəaldırlar

08:15
15 Yanvar

Məntəqələr seçkilərə hazırdır

08:10
15 Yanvar

"Bu ərazilərə sanki atom bombası atılıb"

08:05
15 Yanvar

16 min 124 namizəd, 23 siyasi partiya, 69 minə yaxın müşahidəçi

08:00
15 Yanvar

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:58
15 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:57
15 Yanvar

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 8 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 yanvar 2025-ci il tarixli 4 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:55
15 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 yanvar 2025-ci il tarixli 5 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:55
15 Yanvar

Rusiyalı məşqçi Bakıya gəlir  

23:23
14 Yanvar

"Mingəçevir" klubu ilə ASTA arasında tərəfdaşlıq müqaviləsi imzalanacaq  

23:22
14 Yanvar

Somalidə 20 DEAŞ terrorçusu öldürülüb

23:20
14 Yanvar

Pakistan ordusu 27 terrorçunu zərərsizləşdirib  

23:18
14 Yanvar

Suriyanın Latakiya vilayətində tərksilah əməliyyatı davam edir  

23:17
14 Yanvar

Tusk: Trampın Qrenlandiya ilə bağlı açıqlamaları narahatlıq doğurur

23:15
14 Yanvar

Suriyadakı yeni hökumətin yüksəksəviyyəli nümayəndə heyəti sabah Türkiyəyə səfər edəcək  

23:12
14 Yanvar

Elin Süleymanov britaniyalı nazirlə görüşüb

23:12
14 Yanvar

Türkiyənin ətraf mühit strukturları kömürdən imtinaya və bərpaolunan enerjidən istifadə etməyə çağırıb

20:52
14 Yanvar

İran: “Avroüçlük”lə Cenevrədə danışıqlar konstruktiv keçib

20:05
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!