13 Fevral 2026 12:56
618
SİYASƏT
A- A+
Metyu Brayza: Strateji Tərəfdaşlıq Xartiyası onilliklərə söykənən əməkdaşlığı yeni siyasi mərhələyə yüksəldir

Metyu Brayza: Strateji Tərəfdaşlıq Xartiyası onilliklərə söykənən əməkdaşlığı yeni siyasi mərhələyə yüksəldir


Həm Amerika Birləşmiş Ştatları, həm də Azərbaycan hökumətləri ABŞ-Azərbaycan arasında imzalanmış Xartiyanı yeni strateji tərəfdaşlıq dövrünə qədəm qoyan əlamətdar ikitərəfli müqavilə kimi xarakterizə edirlər.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-nin Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayza səsləndirib. Onun sözlərinə görə, sənədin məzmunu müəyyən mənada ABŞ və Azərbaycanın uzun illərdir həyata keçirdiyi əməkdaşlıq istiqamətlərinə əsaslansa da, fərq ondan ibarətdir ki, hazırkı administrasiya bu əməkdaşlığı açıq şəkildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdiyini bəyan edir.

“Düzdür, Xartiyanın mahiyyəti tamamilə yeni deyil. ABŞ ilə Azərbaycan regional bağlantılar, enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlıq sahəsində onilliklərdir birlikdə çalışır. Lakin bu dəfə ton fərqlidir. Bu, uzunmüddətli siyasi öhdəlik və ABŞ biznesinin regionda daha genişmiqyaslı iştirakına dair aydın mesajdır. Məsələn, Xartiyanın əsas sütunları regional əlaqədir, yəni Zəngəzur dəhlizi - Beynəlxalq Sülh və Rifah Üçün Tramp Marşrutu və Orta Dəhliz. Bu, ABŞ və Azərbaycanın hələ Prezident Bill Klintonun administrasiyasından bəri üzərində işlədiyi bir məsələdir və ölkələrə, həmçinin şirkətlərə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənubi Qafqaz təbii qaz kəmərinin inkişafı üçün razılığa gəlməyə kömək etmək üçün əməkdaşlığa və regiona cəlb edilməsinə səbəb oldu. Əlbəttə, bildiyimiz kimi, bu qaz kəməri Azərbaycan qazını Avropaya çatdıran cənub dəhlizinə çevrilib.

Beləliklə, biz bir müddətdir ki, bu layihələr üzərində işləyirik, lakin fərqli olan məsələ Tramp administrasiyasının ABŞ-nin bu regional əlaqə layihələrində investisiya və ABŞ-nin biznes iştirakı baxımından uzunmüddətli öhdəliklərini təklif etməsidir. ABŞ və Azərbaycanın keçmişdə etdiklərinə bənzər, lakin eyni zamanda, yeni olan ikinci sütun iqtisadi və texnoloji investisiyalar üçündür. Enerji, dediyim kimi, ABŞ və Azərbaycanın 1990-cı illərin ortalarından bəri birlikdə çalışdıqları strateji xartiyanın əsas komponentidir. Fikrimcə, fərqli olan odur ki, indi elektrik enerjisi, mülki nüvə enerjisi və kritik minerallar sahəsində daha geniş əməkdaşlıqdan danışılır. Bu, yeni və müsbət haldır”, - deyə M.Brayza bildirib.

Ekspert vurğulayıb ki, Xartiyanın ikinci mühüm istiqaməti iqtisadi və texnoloji əməkdaşlıqdır. M.Brayzanın sözlərinə görə, enerji sektoru yenə əsas komponent olaraq qalır, lakin sənəddə elektrik enerjisi sahəsində əməkdaşlıq, mülki nüvə enerjisi və kritik minerallar kimi yeni istiqamətlər də yer alır. “Bu, əvvəlki enerji əməkdaşlığının genişləndirilməsi deməkdir. Bundan əlavə, texnoloji sahədə süni intellekt üzrə əməkdaşlıq perspektivi xüsusi diqqət çəkir. Mənim qənaətimcə, bu, ABŞ investisiyaları hesabına data mərkəzlərinin yaradılması və yüksə ixtisaslı texnoloji işçi qüvvəsinin formalaşdırılması kimi təşəbbüsləri əhatə edə bilər”, – deyə ekspert bildirib.

Strateji Xartiyanın üçüncü əsas sütunu təhlükəsizlik və müdafiə əməkdaşlığıdır. Sabiq səfir qeyd edib ki, sənəddə ABŞ müdafiə satışlarının, o cümlədən patrul qayıqları və fərdi mühafizə vasitələrinin mümkünlüyü vurğulanır.

“Bu da tamamilə yeni deyil. Azərbaycanda səfir olduğum dövrdə və ondan əvvəlki illərdə belə əməkdaşlıq mövcud idi. Lakin Xartiya təhlükəsizlik sahəsində yeni mərhələyə keçidi nəzərdə tutur və əlavə hərbi əməkdaşlıq formalarının mümkünlüyünü açıq saxlayır”, – deyə M.Brayza bildirib.

Müsahibimiz diqqətə çatdırıb ki, terrorizmlə mübarizə və humanitar minatəmizləmə sahəsində əməkdaşlıq uzun illərdən bəri davam edir. Lakin kibertəhlükəsizlik sahəsində əməkdaşlığın ayrıca vurğulanması yeni element kimi qiymətləndirilə bilər.

Ekspert hesab edir ki, Strateji Tərəfdaşlıq Xartiyası həm də ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin yekunlaşmasına siyasi dəstək vermək niyyətini əks etdirir. O qeyd edib ki, tərəflər artıq əvvəlki dövrdə intensiv danışıqlar apararaq sülh müqaviləsinin mətnini razılaşdırıblar.

“Prezident Trampın şəxsi iştirakı və bu Xartiya sülh prosesini yekun mərhələyə çatdırmağa kömək edə bilər. Bu, ABŞ-nin özünü sülhün təşviqində əsas vasitəçi kimi təqdim etmək istəyinin də göstəricisidir”, – deyə Metyu Brayza bildirib.

Ekspertin fikrincə, sənəd, eyni zamanda, ABŞ-nin Cənubi Qafqazda iqtisadi mövcudluğunu genişləndirmək və strateji təsir imkanlarını artırmaq strategiyasının tərkib hissəsidir. O hesab edir ki, Vaşinqton üçün prioritet regionda sabitliyin qorunması və heç bir xarici gücün dominant mövqe əldə etməməsidir.

“Burada söhbət konkret olaraq hansısa ölkəni “cilovlamaqdan” çox, regionda balansın və sabitliyin qorunmasından gedir. Məqsəd Cənubi Qafqazın sabit və açıq iqtisadi məkan olaraq qalması, ABŞ investorlarının Azərbaycan tərəfdaşları ilə birlikdə iqtisadi artım, yeni iş yerləri və qarşılıqlı mənfəət yarada bilməsidir”, – deyə ekspert əlavə edib.

Metyu Brayza qeyd edib ki, Strateji Tərəfdaşlıq Xartiyası məzmun baxımından mövcud əməkdaşlığın davamı olsa da, siyasi iradə və strateji çərçivə baxımından münasibətləri daha yüksək səviyyəyə qaldırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!