«Məişət zorakılığının qarşısının alınması haqqında» qanunun şərhi kitabının təqdimatı olmuşdur
Dekabrın 9-da "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun şərhi kitabının təqdimat mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, mərasimdə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, Milli Məclisin deputatları iştirak etmişlər.
Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, BMT-nin Əhali Fondunun, Avrasiya Hüquqşünaslar Assosiasiyasının, Amerika Hüquqşünaslar Assosiasiyasının birgə əməkdaşlığı ilə hazırlanmış 132 səhifəlik kitab, 4000 tirajla Azərbaycan dilində nəşr olunmuşdur.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və AHK-in sədri Əli Hüseynli demişdir ki, qanun layihəsi cəmiyyətdə çox geniş müzakirə olunmuş, ictimai dairələrin rəy və təklifləri əsasında daha da təkmilləşdirilmişdir. Şərh qanunun düzgün başa düşülərək tətbiq olunması məqsədi ilə hazırlanmışdır. Kitabın bütün hüquq-mühafizə orqanlarının akademiyalarında, eləcə də hakimlər, vəkillər, prokurorlar arasında yayılması nəzərdə tutulmuşdur. Bu qanunun cəmiyyətə çatdırılması, onun implimitasiyası növbəti mərhələdə qarşıda duran vacib məsələdir.
Ə.Hüseynli bildirmişdir ki, "Məişət zorakılığının qarşısının alınması haqqında" şərhi kitabı məişət zorakılığına qarşı mübarizəyə layiqli bir töhfədir. Kitabda məişət zorakılığı problemi açıqlanır, məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq hüquqi sənədlər, xarici ölkələrin və Azərbaycan Respublikasının təcrübəsi haqqında geniş məlumat verilmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirmişdir ki, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun şərhi kitabı çox aktual bir mövzuya həsr olunmuşdur. Bu gün qadınlara münasibətdə zorakılığın qarşısının alınması təkcə Azərbaycanda deyil, bütün dünyada diqqət mərkəzində olan məsələlərdəndir. Təəssüflər olsun ki, dünyanın bir çox ölkələrində zorakılıq, xüsusən də gender əsaslı zorakılıq hələ də davam etməkdədir. Son illər bu sahədə ölkəmizdə böyük işlər görülür. Bu istiqamətdə Prezident İlham Əliyevin həyata keçirdiyi fəaliyyət problemə necə həssaslıqla yanaşmanın ən parlaq göstəricisidir.
Hicran Hüseynova demişdir ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın qadın hüquqlarının qorunması ilə bağlı məsələlərə böyük diqqəti cəmiyyətimizi bu istiqamətə səfərbər edir. Onun təşəbbüsü ilə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun parlamentdə qəbul olunmuşdur. Məişət zorakılığına qarşı ardıcıl və məqsədyönlü mübarizənin təmin edilməsi məqsədi ilə maarifləndirmə sahəsində addımların atılması xüsusi ilə önəmlidir.
Komitə sədri xüsusi vurğulamışdır ki, gələcəkdə bu sahədə fəaliyyət daha da genişləndirilməlidir və qanunun implimitasiyası ilə bağlı tədbirlərin həyata keçirilməsi olduqca vacibdir.
BMT-nin Əhali Fondunun nümayəndəsi Fərid Babayev, Amerika Hüquqşünaslar Assosiasiyasının Azərbaycandakı ofisinin rəhbəri Robert Steere, şərhin müəllifi, AHK idarə heyətinin üzvü, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, hüquq üzrə fəlsəfə doktoru Ceyhun Qaracayev və başqaları da çıxış edərək kitabın cəmiyyətə verəcəyi töhfədən danışmışlar.
Kitabın elmi redaktoru, hüquq üzrə fəlsəfə doktoru Əli Hüseynli, rəyçiləri siyasi elmlər doktoru Hicran Hüseynova, Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsinin sədri, AHK idarə heyətinin üzvü, hüquq elmləri doktoru Lətif Hüseynov, hüquq üzrə fəlsəfə doktoru, AHK-in baş katibi, AMEA-nın İnsan Hüquqları Elmi Tədqiqat şöbə müdiri Nadir Adilovdur.
Həyata keçirilən layihənin əlaqələndiricisi Avrasiya Hüquqşünaslar Assosiasiyasının sədr müavini Xanlar Ağalarovdur.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Son 8 ayda 9,9 faizlik inflyasiya
28 Aprel
İlk ali təhsilli Azərbaycan heykəltaraşı
28 Aprel
Şuşa ədəbi mühitindən bəzi nümunələr
28 Aprel
Muzeylər tarixi keçmişimizin saxlanc yeridir
28 Aprel
BP bəyan edir: "Strategiyamız gələcəyin enerji sisteminə sərmayə qoymaqdır"
28 Aprel
Emal sənayesi: dayanıqlı inkişafın lokomotivi
28 Aprel
ABŞ qərəzli hesabatları ilə Azərbaycana təzyiq göstərmək istəyir
28 Aprel
Avropa Parlamentinin "qoca qitə"nin özündə belə nüfuzu qalmayıb
28 Aprel
Azərbaycanın "yaşıl gündəliyi" artıq bəllidir
28 Aprel
Şəxsiyyəti də, peşəsi də işıqlı idi
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!