20 Aprel 2025 01:06
2243
Qanunlar
A- A+
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında

"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 6-cı bəndlərini rəhbər tutaraq, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17 (Cild I); 2024, № 1, maddə 13, № 4, maddələr 362, 367, № 5 (I kitab), maddə 484, № 6 (I kitab), maddə 637, № 12 (I kitab), maddə 1283) 10-1.2-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanının" sözləri "Məhkəmə-Hüquq Şurasının" sözləri ilə əvəz edilsin. 

Maddə 2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585 (Cild I); 2024, № 1, maddə 4, 

№ 4, maddələr 362, 365, 368, № 6 (I kitab), maddə 631; Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 77-VIIQD nömrəli və 27 dekabr tarixli 114-VIIQD nömrəli Qanunu) 

51-1.2-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanının" sözləri "Məhkəmə-Hüquq Şurasının" sözləri ilə əvəz edilsin.

Maddə 3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 762 (Cild I); 2024, № 12 (I kitab), maddə 1281) 9-1.2-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanının" sözləri "Məhkəmə-Hüquq Şurasının" sözləri ilə əvəz edilsin.

Maddə  4. "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 8 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 65-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 11-ci maddə üzrə: 

4.1.1. 11.0.4-1-ci maddədə hər iki halda "2" rəqəmi "1" rəqəmi ilə əvəz edilsin və həmin maddədən ", habelə müvafiq icra hakimiyyəti orqanının müraciəti olduqda, tədris fəaliyyətində və ya birinci və apellyasiya instansiyası məhkəmələrində "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 86-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş sahələr üzrə işin təşkili vəziyyətinin yoxlanılmasında iştirak etmək üçün həmin quruma" sözləri çıxarılsın; 

4.1.2. aşağıdakı məzmunda 11.0.4-4-11.0.4-9-cu maddələr əlavə edilsin: 

"11.0.4-4. məhkəmə statistikasının aparılması, məhkəmələrdə kargüzarlığın təşkil edilməsi, icra və əmək intizamına riayət olunması üçün tədbirlər görür, birinci və apellyasiya instansiyası məhkəmələrində bu sahələr üzrə işin təşkili vəziyyətini yoxlayır; 

11.0.4-5. hakimlərin əmək və sosial hüquqlarının təmin edilməsi üçün tədbirlər görür;

11.0.4-6. məhkəmələr tərəfindən məhkəmə fəaliyyətinin təşkilinə dair ümumiləşdirmələri öyrənir, təhlil edir, məhkəmə statistikası sahəsində statistika hesabatının formasını müəyyənləşdirir, habelə statistika hesabatlarını ümumiləşdirir və dərc edir; 

11.0.4-7. birinci instansiya məhkəməsinin hakimi öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya hakim vəzifəsi vakant olduqda, həmin məhkəməyə digər müvafiq məhkəmənin hakiminin onun razılığı ilə 1 ilədək müddətə ezam edilməsi məsələsini müzakirə edir; 

11.0.4-8. birinci instansiya məhkəmələrində sədr və sədr müavini öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya sədr və sədr müavini vəzifələri vakant olduqda onların vəzifələrinin icrasını müvəqqəti olaraq həmin məhkəmənin hakimlərindən birinə həvalə edilməsi məsələsini müzakirə edir;

11.0.4-9. Azərbaycan Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi və apellyasiya məhkəmələri istisna olmaqla, digər məhkəmələrin hakimlərinə məzuniyyət verir;";

4.1.3. 11.0.12-1-ci maddədə "və 3-5-ci" sözləri ", 3-5-ci, 8-ci (hakimin Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi halında) və ya 9-cu" sözləri ilə əvəz edilsin;

4.2. 12-ci maddə üzrə: 

4.2.1. aşağıdakı məzmunda 12.0.1-1-ci maddə əlavə edilsin: 

"12.0.1-1. məhkəmələrdə kargüzarlığın aparılması, o cümlədən işlərin təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi və elektron qaydada yayılan məhkəmə qərarlarının anonimləşdirilməsi qaydalarını müəyyən etmək;"; 

4.2.2. 12.0.4-1-ci maddədə hər iki halda "2" rəqəmi "1" rəqəmi ilə əvəz edilsin və həmin maddədən ", habelə müvafiq icra hakimiyyəti orqanının müraciəti olduqda, tədris fəaliyyətində və ya birinci və apellyasiya instansiyası məhkəmələrində "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 86-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş sahələr üzrə işin təşkili vəziyyətinin yoxlanılmasında iştirak etmək üçün həmin quruma" sözləri çıxarılsın;

4.2.3. aşağıdakı məzmunda 12.0.4-3-cü və 12.0.4-4-cü maddələr əlavə edilsin: 

"12.0.4-3. birinci instansiya məhkəməsinin hakimi öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya hakim vəzifəsi vakant olduqda, həmin məhkəməyə digər müvafiq məhkəmənin hakimini onun razılığı ilə 1 ilədək müddətə ezam etmək; 

12.0.4-4. birinci instansiya məhkəmələrində sədr və sədr müavini öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya sədr və sədr müavini vəzifələri vakant olduqda onların vəzifələrinin icrasını müvəqqəti olaraq həmin məhkəmənin hakimlərindən birinə həvalə etmək;";

4.2.4. 12.0.8-1-ci maddədə "və 3-5-ci" sözləri ", 3-5-ci, 8-ci (hakimin Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi halında) və ya 9-cu" sözləri ilə əvəz edilsin;

4.2.5. aşağıdakı məzmunda 12.0.16-1-ci maddə əlavə edilsin: 

"12.0.16-1. Azərbaycan Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi və apellyasiya məhkəmələri istisna olmaqla, digər məhkəmə aparatlarının strukturunu və ştat cədvəlini müəyyən etmək;"; 

4.2.6. 12.0.20-ci maddəyə "keçirmək" sözündən sonra ", hakimlərin peşə hazırlığının artırılması, məhkəmə aparatı işçilərinin peşə hazırlığına və ixtisasının artırılmasına cəlb edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmək" sözləri əlavə edilsin;

4.3. 19-cu maddə üzrə: 

4.3.1. 19.2-ci maddə aşağıdakı redaksiyada verilsin: 

"19.2. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hakimlər barəsində intizam icraatı Məhkəmə-Hüquq Şurasının öz təşəbbüsü ilə və ya həmin Qanunun 112-ci maddəsinin birinci hissəsində göstərilmiş şəxslərin müraciətinə əsasən yalnız Məhkəmə-Hüquq Şurası tərəfindən başlanıla bilər."; 

4.3.2. 19.3-cü maddədə "etməyə borcludurlar" sözləri "etməlidirlər" sözü ilə əvəz edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 28 fevral 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!