15 İyun 2023 02:21
1744
Qanunlar
A- A+
"Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

"Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
"Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 8, № 8, maddə 686; 2006, № 1, maddə 4; 2007, № 4, maddə 321; 2010, № 7, maddə 596; 2011, № 2, maddə 71, № 6, maddə 484; 2012, № 12, maddə 1228; 2013, № 12, maddə 1467; 2014, № 7, maddə 783; 2015, № 2, maddə 99, № 4, maddə 347, № 11, maddə 1287; 2016, № 12, maddə 2032; 2017, № 6, maddə 1044,  № 12 (I kitab), maddə 2188; 2018, № 7 (I kitab), maddə 1443; 2019, № 12, maddə 1902; 2020, № 7, maddə 845; 2021, № 5, maddə 430, № 7, maddə 711; Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 815-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.    6-cı maddə üzrə:
1.1.    6.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"6.2. Məhkəmə-Hüquq Şurasının tərkibi aşağıdakı şəxslərdən təşkil olunur:
6.2.1. hakimlərin konfransı tərəfindən seçilən kassasiya instansiyası məhkəməsinin üç hakimi;
6.2.2. hakimlərin konfransı tərəfindən seçilən apellyasiya instansiyası məhkəmələrinin üç hakimi;
6.2.3. hakimlərin konfransı tərəfindən seçilən birinci instansiya məhkəmələrinin üç hakimi;
6.2.4. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim;
6.2.5. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin edilən şəxs;
6.2.6. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs;
6.2.7. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təyin edilən vəkil;
6.2.8. Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təyin edilən hüquqşünas alim;
6.2.9. hüquq ictimaiyyətinin hakimlərin konfransı tərəfindən seçilən nümayəndəsi."; 
1.2.    6.3-cü və 6.5-ci maddələr ləğv edilsin;
1.3.    6.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
"6.4. Məhkəmə-Hüquq Şurasına üzv seçilən (təyin edilən) şəxslər ali hüquq təhsilinə və hüquqşünas ixtisası üzrə on ildən artıq iş stajına malik olmalıdırlar.".
2.    Aşağıdakı məzmunda 6-1-ci maddə əlavə edilsin:
"Maddə 6-1. Hakimlərin konfransı
6-1.1. Hakimlərin konfransı Məhkəmə-Hüquq Şurasının bu Qanunun  6.2.1 - 6.2.3-cü və 6.2.9-cu maddələrində göstərilən üzvlərinin seçilməsi üçün keçirilir.
6-1.2. Hakimlərin konfransında kassasiya, apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri aşağıdakı qaydada təmsil olunurlar:
6-1.2.1. Azərbaycan Respublikasının Ali Məhkəməsindən 5 hakim;
6-1.2.2. hər apellyasiya instansiyası məhkəməsindən 3 hakim;
6-1.2.3. hər ixtisaslaşdırılmış birinci instansiya məhkəməsindən 1 hakim;
6-1.2.4. hər rayon (şəhər) məhkəməsindən 1 hakim.
6-1.3. Hakimlərin konfransı bu Qanunun 6-1.2-ci maddəsində nəzərdə tutulan hakimlərin dörddə üçü iştirak etdikdə səlahiyyətlidir.
6-1.4. Hakimlərin konfransı Məhkəmə-Hüquq Şurasının bu Qanunun   6.2.1 - 6.2.3-cü və 6.2.9-cu maddələrində göstərilən üzvlərini açıq səsvermə yolu ilə, iştirakçılarının sadə səs çoxluğu ilə seçir.".
3. 14-cü maddə üzrə:
3.1. 14.1-ci maddədən "əsasən hakimlərdən, öz aparatının, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və prokurorluğun nümayəndəsindən, vəkil və hüquqşünas-alimdən ibarət olmaqla" sözləri çıxarılsın;
3.2. 14.1.2-ci maddəyə "apellyasiya" sözündən sonra "instansiyası" sözü əlavə edilsin və həmin maddədə "üç" sözü "dörd" sözü ilə əvəz edilsin;
3.3. 14.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
"14.1.3. Azərbaycan Respublikası Milli Məclisi Aparatının nümayəndəsi;";
3.4. 14.1.6-cı maddə ləğv edilsin;
3.5. 14.3-cü maddədə "vəzifələrini tutmaq istəyən hakim olmayan şəxslərin" sözləri "vəzifəsinə namizədlərin" sözləri ilə əvəz edilsin.
4. 17.3-cü maddədən "Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri və" sözləri çıxarılsın.
5. 26-cı maddə üzrə:
5.1. 26.1-ci maddənin birinci cümləsində "onun tərkibindən Şura" sözləri "Məhkəmə-Hüquq Şurasının hakim üzvləri sırasından Məhkəmə-Hüquq Şurası" sözləri ilə əvəz edilsin;
5.2. 26.3-cü maddənin birinci cümləsində "Şura üzvləri öz sıralarından Şuraya" sözləri "Məhkəmə-Hüquq Şurasının üzvləri onun hakim üzvləri sırasından" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyun 2023-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aİ ukraynalı uşaqların qanunsuz deportasiyasına qarşı yeni sanksiyalar tətbiq edib

16:33
11 May

İzmirdə Heydər Əliyev liseyində Ulu Öndərin xatirəsi anılıb

15:41
11 May

Avropada Azərbaycana münasibətdə formalaşan iki yanaşma ilə bağlı təhlil dərc edilib

15:31
11 May

Olimpiya çempionu: "Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının kateqoriyası yüksəldilməlidir

15:09
11 May

"Bakı–Xankəndi" velosiped yarışının II mərhələsinin qalibi mükafatlandırılıb

14:57
11 May

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının II mərhələsinin qalibi bəlli olub

14:46
11 May

Zərifə Əliyeva adına uşaq bağçasında Ulu Öndərin xatirəsinə həsr olunmuş rəsm sərgisi - FOTOLAR

14:29
11 May

Almaniya və Ukrayna yeni silah sistemlərinin birgə istehsalını planlaşdırır

14:04
11 May

Sabah Bakıda 29 dərəcə isti olacaq, bəzi rayonlarda yağış yağacaq

13:36
11 May

ÜST: Hantavirus epidemiyası riski çox azdır

13:19
11 May

Azərbaycan Kubokunda son 10 mövsümün rekordu qeydə alınıb

12:57
11 May

Rumıniya mətbuatında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu xüsusi vurğulanıb  

12:38
11 May

BMT ekspertləri Yaxın Şərqdə nüvə enerjisinin riskləri barədə qənaətlərini bölüşüblər

12:18
11 May

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının II mərhələsi start götürüb

11:30
11 May

WUF13 çərçivəsində konsert proqramı: Azərbaycan milli musiqisinin inciləri beynəlxalq auditoriyaya təqdim olunacaq  

11:16
11 May

Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

11:01
11 May

DİN: Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb

10:33
11 May

WUF13 tədbirində təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

10:05
11 May

Çin “Tiencou-10” yük gəmisini orbitə göndərib 

09:31
11 May

Donald Trampın Çinə səfərinin tarixləri açıqlanıb  

09:10
11 May

Gürcüstan mediası Prezident İlham Əliyevin Zəngilan sakinləri ilə görüşündəki çıxışına geniş yer ayırıb  

22:25
10 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!