21 Dekabr 2021 00:13
1991
CƏMİYYƏT
A- A+
“Media haqqında” yeni qanun KİV-in inkişafına təkan verəcək

“Media haqqında” yeni qanun KİV-in inkişafına təkan verəcək

 

Son illər informasiya texnologiyaları sahəsində ardıcıl baş verən yeniliklər, insanların informasiya alma tələbatını ödəyən mənbələrin sayının artması media sahəsində müəyyən tənzimləmələrə - fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarının yenidən müəyyən edilməsi zərurətini ortaya çıxarır.

İndiyədək “Kütləvi informasiya vasitələri haqqında” qanun media sahəsində müəyyən məsələlərin idarəedilməsi üçün hüquqi baza rolunu oynasa da, görünən odur ki, dəfələrlə dəyişdirilməsinə baxmayaraq, bu qanun müasir dövrün çağırışlarına uyğunlaşa və tənzimləyici sənəd rolunda tam çıxış edə bilmir. Dünya təcrübəsinin nəzərə alınması ilə yenidən hazırlanan “Media haqqında” qanun layihəsinin bu sahədəki bütün boşluqları dolduracağına ümid edilir.

 

Qanunun icrasına nəzarəti iki qurum həyata keçirəcək

 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyir ki, dövlətin media siyasətində dönüşə səbəb olan yeni yanaşmaları onu idarəçiliyin təməl dayaqlardan biri kimi qəbul etməyə və bu məqsədlə həm hüquqi bazanı yeniləməyə, həm də media strategiyasının qəbulu üçün hazırlıqları davamlılığına, aydın təsəvvürləri formalaşdımağa xidmət edir: “Ölkə rəhbəri azad mətbuat istəyir. Operativ, obyektiv və peşəkar mətbuat təkcə millətimiz üçün deyil, Prezident İlham Əliyev üçün də həyati əhəmiyyət daşıyır. İndiki rəqəmsal media əsrində heç kəs şübhə etmir ki, zəif mətbuat dövlət və millət üçün təhlükəlidir. Vətən müharibəsi göstərdi ki, mətbuat və informasiya siyasəti hərbi meydanda aparılan əməliyyatlar qədər əhəmiyyətlidir. Dövlət başçısı son 3 ildə mətbuatla təmasları ən yüksək səviyyəyə çatdırıb, kütləvi informasiya vasitələrinə 4-cü deyil, bir sıra hallarda 2-ci hakimiyyət qolutək yanaşdığını nümayiş etdirib”.

“Media haqqında” qanun layihəsinin 800-dən artıq mətbuat təmsilçisinin iştirakı ilə çoxsaylı diskussiyalardan keçdiyini deyən Z.Oruc əlavə edir ki, bir sıra ölkələrdə televiziya və radio yayımına dair vahid qanunvericilik aktı var. Odur ki, Azərbaycanda da yeni layihə qəbul ediləndən sonra istər “Kütləvi informasiya vasitələri haqqında”, istərsə də “Televiziya və radio yayımı haqqında” qanunlar qüvvədən düşəcək və hazırkı layihə bu sahədə hüquqi münasibətləri tənzimləyən ana qanuna çevriləcək: “Prinsipial məsələlərdən biri media subyektlərinin dairəsidir. Buraya ilk növbədə, audiovizual media subyektləri, çap və online media, o cümlədən informasiya agentlikləri daxildir. Audiovizual subyektlər deyərkən yerüstü teleradio yayımı, platforma yayımçısı və digər subyektlər nəzərdə tutulur. Qanunun icrasına nəzarəti media sahəsində səlahiyyətli orqanlar kimi həm Milli Televiziya və Radio Şurası, həm də Medianın İnkişafı Agentliyi həyata keçirəcək.

Z.Oruc qeyd edir ki, mühüm məsələlərdən biri media subyekti sayılmaq üçün nəzərdə tutulan tələblərlə bağlıdır: “Əlbəttə, deyə bilərik ki, burada vahid beynəlxalq standart yoxdur. Hər bir ölkə özünün informasiya məkanını qorumaq üçün müxtəlif tələblər irəli sürür. Layihəyə görə, media subyektinə çevrilmək hüququnun yaranması üçün təsisçi fiziki şəxs olduqda onun Azərbaycanda daimi yaşayan vətəndaş olmasıdır. Hüquqi şəxs olduqda nizamnamə kapitalında 75 faizlik üstün iştirak payı ölkəmizdə daimi yaşayan vətəndaşlara və ya qeydiyyatdan keçən hüquqi şəxslərə mənsub olmalıdır. Oxşar müddəalar Avropa Birliyinə daxil olan ölkələrdə də mövcuddur. Növbəti məsələ lisenziyalaşma ilə bağlıdır. Lisenziya çap və digər növ media qurumlarına deyil, yalnız audiovizual subyektlərə aid olduğundan layihədə hansı növ icazə sənədlərinin alına biləcəyi dəqiq göstərilib”.

 

“Çox istərdik ki, jurnalistlərə imtiyazların verilməsi təklifi anlayışla qarşılansın”

 

Z.Oruc əlavə edib ki, redaksiya materiallarının saxlanılması, audiovizual proqramların auditoriya həcminin ölçülməsi, çapolunma tezliyinə və ərazi dairəsinə görə qəzetlərin dövriliyi, fəaliyyətlərinin və məhsullarının hansı hallarda məhkəmə qərarı ilə dayandırılmasına dair müddəalar qanun layihəsində əksini tapıb. Prinsipial məqamlardan biri media subyektlərinin reyestrinin vahid qurumda həyata keçirilməsidir: “Ölkəmizdə müxtəlif sahələrdə reyestrləşdirmə aparılır. Bu, bir tərəfdən etibarlı Data Bazanın formalaşmasına xidmət edir, digər tərəfdən münasibətlərə hüquqi xarakter verir və müxtəlif sosial, iqtisadi, yaxud digər imtiyazların əldə olunması üçün etibarlı platformanın yaradılmasına kömək edir. Burada keçmiş Mətbuat və İnformasiya Nazirliyinin səlahiyyətlərinin bərpasından əsla söhbət getmir. Reyestrdə olmayan media təmsilçilərinin jurnalist sayılmayacağı haqqında heç bir müddəa yoxdur, olması da gözlənilmir. Jurnalist vəsiqəsinin alınmasına dair meyarlar beynəlxalq təcrübədə özünü göstərən prinsiplərə tam uyğundur. Ən başlıcası, jurnalistin azad fəaliyyəti üçün qanuni fəaliyyətlərinə görə təqib edilməməsi və təzyiq göstərilməməsi, qanunsuz müdaxilənin yolverilməzliyi layihənin əsas müddəaları sırasındadır. Lakin biz Milli Məclis təmsilçisi kimi çox istərdik ki, dövlət orqanları jurnalistlərə müxtəlif imtiyazlar təklif edən parlament üzvlərinin mövqeyini anlayışla qarşılasın və onlara ictimai nəqliyyatdan pulsuz istifadə, yaxın gələcəkdə sosial ipoteka və vergi güzəştlərinin verilməsi təkliflərini qəbul etsinlər. Söhbət büdcə yükü heç 1 milyona çatmayan məbləğdən gedir”.

 

Reyestrə daxil olan jurnalistlər imtiyazlardan yararlana biləcəklər

 

“525-ci qəzet”in baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid deyir ki, son illər medianın əhatə dairəsi həddindən artıq genişlənib. Onun sözlərinə görə, hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri” haqqında qanun yeni texnologiyaların sürətindən xeyli geri qalır, zamanın tələbinə cavab vermir. İnternetin inkişafı, onlayn medianın yaranması, audiovizual medianın ortaya çıxması və bu istiqamətdə sürətlə gedən proseslər “Media haqqında” yeni qanunun qəbul edilməsini şərtləndirdi: “Sözün düzü, son illər media sahəsində yaranmış xaotik vəziyyətdən hansı yolla çıxmağın mümkünlüyü məsələsi peşəkar jurnalistləri çox düşündürür. Bu baxımdan hesab edirəm ki, Medianın İnkişafı Agentliyinin rəhbərliyi, bu qanun layihəsini hazırlayan insanlar, doğrudan da, böyük əziyyət çəkiblər. Qanun layihəsi geniş şəkildə müzakirə olunub. Mən özüm də bir neçə müzakirədə iştirak etmişəm. Təkliflərə tam açıq olan layihə üzərində ayrı-ayrı qabaqcıl dünya ölkələrinin təcrübəsini nəzərə almaqla gərgin iş aparılıb”.

Qanun layihəsində bir sıra məsələlərə aydınlığın gətirilməsi qənaətində olan baş redaktor bildirir ki, bu gün jurnalist adına iddialı çox insanlar var. Bir çox sosial şəbəkə istifadəçiləri, blogerlər, audiovizual media ilə məşğul olanlar bu ada iddia edirlər. Ona görə də “Jurnalist kimdir?” sualını konkret cavablandırmaq zərurəti yaranıb. Yeni qanun layihəsində bunun təfsiri verilib. Layihədə aydın şəkildə göstərilir ki, jurnalist informasiya istehsalı ilə məşğul olan və bununla gəlir əldə edən şəxsdir. Layihəyə görə, vahid jurnalist vəsiqəsi əldə etmək istəyən hər bir şəxs media reyestrindən keçməlidir: “Düzdür, media reyestrinə daxil olmadan da jurnalist fəaliyyəti göstərmək mümkün olacaq, amma media reyestrinə daxil olan şəxs həm indi, həm də gələcəkdə dövlətin media ilə bağlı verdiyi imtiyazlardan bəhrələnmək imkanı qazanacaq. Mediaya hansısa dövlət dəstəyi, jurnalistlərlə bağlı nəzərdə tutulan hansısa imtiyazlar olacaq ki, reyestrə daxil olan jurnalistlər bunlardan yararlana biləcəklər. İndi müzakirələr gedir ki, jurnalistlərin ictimai nəqliyyatdan, mədəniyyət müəssisələrinin xidmətindən ödənişsiz istifadəsi təmin olunsun. Bu baxımdan jurnalistlərin müəyyən bir əhatə dairəsi müəyyənləşdirilməlidir”.

Türkiyə təcrübəsinə toxunan R.Məcid həmin ölkədə jurnalistlərin “sarı kart”dan istifadə etdiyini, Azərbaycanda da bunun tətbiq olunmasını istədiyini bildirib. Onun sözlərinə görə, bu karta sahib jurnalistlər müxtəlif imtiyazlardan bəhrələnirlər. Amma bu, o demək deyil ki, kiminsə jurnalist kimi fəaliyyətinə sərhədlər, çərçivələr qoyulacaq. Vahid jurnalist vəsiqəsinə sahib olmayanlar öz fəaliyyəti ilə yenə də məşğul ola biləcəklər. Sadəcə, dövlət bu yolla mətbuatla bağlı öz siyasətini və jurnalist kateqoriyasına daxil olan insanların əhatə dairəsini müəyyənləşdirəcək. Bu dairənin müəyyən sosial və digər imtiyazları da olacaq. Bu isə sözsüz ki, jurnalist adına iddiası olanları da bu qanun əsasında fəaliyyət göstərməyə sövq edəcək.

R.Məcid yeni qanun layihəsində sosial şəbəkələrlə bağlı tənzimlənmələrin yer almadığını vurğulayaraq əlavə edir ki, layihədə media subyektlərinə ənənəvi media - çap mediası, yeni veb saytlar və audiovizual media şamil olunur: “Tez-tez müzakirə edilən məsələlərdən biri də odur ki, müxtəlif “youtube” kanallarının, TV adına iddialı kanalların fəaliyyəti necə tənzimlənəcək? Nəzərdə tutulur ki, gələcəkdə audiovizual media üçün bir şura yaradılsın və televiziya kimi fəaliyyət göstərəcəkləri halda bu kanallar üçün xüsusi şərtlər müəyyənləşdirilsin. O şərtlərə əməl edib fəaliyyət göstərən kanalların fəaliyyətini isə Milli Televiziya və Radio Şurası tənzimləyəcək”.

“Media haqqında” yeni qanun layihəsini indiki mərhələ üçün ən optimal variant hesab edən baş redaktor bu qanun qəbul olunduqdan sonra da lazım gələrsə ona dəyişikliklərin edilə biləcəyini mümkün sayır. R.Məcidin fikrincə, dünyada baş verən sürətli texnoloji inkişaf medianın formalarına təsir göstərdiyi üçün üç-beş ildən sonra yeni qanuna da müəyyən dəyişikliklər edilə bilər.

 

Müstəqil çalışan jurnalistlərin hüquqları tanınacaq

 

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyir ki, onlayn media sahəsində böyük inkişaf olsa da, indiyə qədər Azərbaycanda onun tənzimlənməsi, hüquqi statusunun tanınması, strukturlaşması qanunla tənzimlənməyib. “Media haqqında” yeni qanun layihəsi onlayn medianın fəaliyyətinin hüquqi tənzimlənməsi baxımından mühüm sənəddir. Çoxsaylı yeniliklərlə zəngin olan qanun layihəsi məhz məsuliyyətli medianın inkişafına təkan verəcək mütərəqqi sənəddir.

Layihədəki çoxsaylı müsbət məqamların Azərbaycan praktikasında ilk dəfə tətbiq ediləcəyini nəzərə çatdıran M.Ələsgərli bəzi şəxslərin layihə barəsindəki iradlarının yanlış olduğunu da söyləyir. Onun fikrincə, layihə barədə düzgün fikir yürütmək üçün onu sonadək oxumaq, oradakı yeniliklərin mahiyyətini dərk etmək lazımdır. Yeniliklərin mahiyyətini dərk edənlər sonda onlarla razılaşmalı olacaqlar: “Məsələnin ikinci tərəfi odur ki, bəziləri məhz gündəmdə qalmaq üçün tənqid yolunu seçiblər. Diqqət etsəniz görərsiniz ki, həmin tənqid edənlər qanunu heç sona qədər oxumayıblar. Qanunu sona qədər oxumadan onun barəsində tənqidi fikirlər səsləndirmək olar?! Layihə təkliflər üçün açıqdır, kiminsə hansısa təklifi varsa, onu təqdim edib tətbiqinə nail ola bilər. Bu şəraitlər daxilində təkliflərlə deyil, tənqidlərlə çıxış etmək artıq o şəxslərin başqa düşüncələrdə olmasına dəlalət edir”.

M.Ələsgərli nəzərə çatdırır ki, internet mediasının sürətli inkişafından sonra Azərbaycanda “freelancer”, yəni sərbəst çalışan jurnalistlərin sayı bir qədər artsa da, onların hüquqlarının tanınmasında çətinliklər vardı. Bu problem pandemiyanın sərt karantin rejiminin tətbiq olunduğu dövrdə özünü daha kəskin büruzə verdi: “Jurnalistlərə hərəkət azadlığı verilsə də, müstəqil jurnalistlər bundan yararlana bilmirdilər. Həmin vaxt Mətbuat Şurası Nazirlər Kabinetinə müraciət edərək həmin jurnalistlər üçün də şərait yaratmasını xahiş etdi. Layihədə “freelancer” jurnalistlərin hüquqlarının tanınması çox müsbət məqamdır. Bu layihə müəyyən çətinliklərlə üzləşən “freelance” jurnalistlərin problemini aradan qaldırır. Azərbaycanın yeni tətbiq edəcəyi bu praktika Avropa üçün də nümunədir”.

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Moldovada anılır

18:12
26 Dekabr

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasdan  

18:11
26 Dekabr

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

18:10
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan  

18:09
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan  

17:03
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

16:42
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!