29 Noyabr 2023 02:12
3410
Elm və texnika
A- A+

MDU Qətərdə Beynəlxalq Universitetlər Assosiasiyasının Konfransında təmsil olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Qətərin paytaxtı Doha şəhərində "Ali təhsilin təsirləri: mədəniyyətlərarası öyrənmə və dialoqun əhəmiyyəti" mövzusunda təşkil olunan Beynəlxalq Universitetlər Assosiasiyasının (IAU) Konfransında iştirak edib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Qətər Universitetinin evsahibliyi etdiyi beynəlxalq konfransa 70-dən çox ölkəni təmsil edən 300-dən artıq universitet rektoru və ali təhsil mütəxəssisi qatılıb.

Konfransın açılış mərasimində Qətər Dövləti Şurasının sədr müavini, Qətər Universitetinin rektoru və IAU-nun prezidenti çıxış edib.

Tədbirdə mədəniyyətlərarası səriştələr, qlobal vizyonlu universitetlər, açıq elm, universitet reytinqləri, ali təhsilin beynəlmiləlləşməsi, universitetlərin mədəniyyətlərarası əməkdaşlıqda rolu və digər vacib və maraqlı mövzularda müzakirələr aparılıb.

MDU-nun rektoru Ş.Bayramov konfransın işinə, bölmə iclaslarına və müzakirələrə qatılıb.

Konfrans çərçivəsində rektor həmçinin Qətər Universiteti də daxil olmaqla, IAU üzvü olan bir neçə universitetin rektorları ilə potensial əməkdaşlıq imkanlarını müzakirə edib. MDU 2022-ci ildə IAU-nun üzvü olub. 2022-ci ilin 25-28 oktyabrında Dublində keçirilmiş IAU-nun Konfransında MDU rektoru bu beynəlxalq təşkilatın idarə heyətinə üzv seçilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video