14 Mart 2023 14:37
843
PARLAMENT
A- A+
Manamada Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ikinci konfransı keçirilib

Manamada Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ikinci konfransı keçirilib

 

Bəhreynin paytaxtı Manamada Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin “Pandemiyadan sonrakı bərpa üzrə milli və qlobal səviyyədə göstərilən səylərə parlament dəstəyi” mövzusuna ikinci konfransı keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə 20-dən çox ölkənin parlament sədrləri, 60-dan çox nümayəndə heyəti olmaqla, ümumilikdə 300-dən çox nümayəndə iştirak edib.

Milli Məclisin sədri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova konfransı açdıqdan sonra Türkiyə və Suriyada baş vermiş zəlzələlər nəticəsində həyatını itirən insanların xatirəsini bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Sahibə Qafarova deyib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi hərəkatın institusional inkişafı istiqamətində Azərbaycan sədrliyinin göstərdiyi səylərin əsas nəticələrindən biri kimi ön plana çıxır. O qeyd edib ki, Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyevin irəli sürdüyü təşəbbüsə uyğun olaraq, Parlament Şəbəkəsi 2021-ci ilin noyabrında Madriddə təsis olunub. Ötən ilin iyununda Bakıda keçirilən Parlament Şəbəkəsinin ilk konfransı şəbəkənin inkişafında mühüm mərhələ olub.

Bildirilib ki, Parlament Şəbəkəsi artıq Asiya Parlament Assambleyası, Ərəb Parlamenti, İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı, Türk Dövlətləri Parlament Assambleyası və ASEAN Parlamentlərarası Assambleyası kimi bir sıra beynəlxalq parlament təşkilatları ilə əməkdaşlıq mexanizmləri yaradıb və bu təşkilatlarda müşahidəçi statusu alıb.

Milli Məclisin sədri Bakıda keçirilən Qoşulmama Hərəkatının Zirvə görüşündə Prezident İlham Əliyevin Afrikanın və kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləmək üçün iki qlobal çağırış bəyan etdiyini vurğulayıb, bu təşəbbüsə uyğun olaraq, Azərbaycan ilk donor ölkə kimi hər iki çağırışa 1 milyon ABŞ dolları ayırdığını diqqətə çatdırıb.

Qeyd edilib ki, “Pandemiyadan sonrakı bərpa üzrə Qoşulmama Hərəkatı Sədrliyi tərəfindən irəli sürülmüş təşəbbüslərə Parlament Dəstək Qrupu”nun yaradılması təklif olunub. Bu, parlamentarilərin ölkələrimizi narahat edən məsələlərin həllinə töhfəsini təmin edəcək.

S.Qafarova, həmçinin neokolonializm məsələsinə toxunub, Qoşulmama Hərəkatı üzvlərinin bu məsələdə həmişə yekdil olduqlarını söyləyib. Bildirib ki, bununla belə, Fransanın Qəmər Adaları İttifaqının Mayot adası üzərindəki şəksiz suverenliyini tanımaqdan imtina etməsi, Yeni Kaledoniya xalqının və dənizaşırı ərazilərindəki digər xalqların hüquqlarını pozması bu təhlükəli tendensiyanın gücləndiyini göstərir.

Milli Məclisin sədri Parlament Şəbəkəsinin Qoşulmama Hərəkatının ideallarının və prinsiplərinin, çoxtərəfliliyin, dialoqun və parlamentlərarası əməkdaşlığın təşviqi üçün mühüm alətə çevrilməkdə olduğuna dair inamını ifadə edib.

Daha sonra Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli bin Saleh Əl-Saleh, Parlamentlərarası İttifaqın prezidenti Duarte Paçeko, Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq, Misir Ərəb Respublikası Nümayəndələr Palatasının sədri Hanafi Gibali, Malavi Milli Assambleyasının spikeri Katerin Qotani Hara, Kot-d’İvuar Respublikası Milli Assambleyasının sədri Adama Biktogo, Burundi Milli Assambleyasının spikeri Gelasi Daniel Ndabirabe, Nepal Nümayəndələr Palatasının sədri Dev Raj Ghimire, Fici parlamentinin sədri Naiqama Lalabalavu, Boliviya Çoxmillətli Dövləti spikeri Jerges Merkado Suarez, Tanzaniya Parlamentinin spikeri Tulia Akson və digər çıxış edənlər konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlıqlarını bildiriblər. Çıxışlarda ölkəmizin Qoşulmama Hərəkatına uğurla sədrliyi qeyd olunub, həmçinin təşkilatın Parlament Şəbəkəsinin institusional inkişafı istiqamətində atılan addımların əhəmiyyəti vurğulanıb, təşkilatın gələcək fəaliyyəti və inkişafı ilə bağlı fikir və təkliflər səsləndirilib.

Konfransda, həmçinin "Qoşulmama Hərəkatının Sədrliyi tərəfindən pandemiyadan sonrakı qlobal bərpaya dəstək məqsədilə irəli sürülən təşəbbüslərə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Parlament Dəstək Qrupunun yaradılması haqqında", "Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində beynəlxalq parlament təşkilatlarına müşahidəçi statusunun verilməsi haqqında", "Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin iş qaydalarına dəyişikliklər edilməsi haqqında" qərarlar və Manama Bəyannaməsi qəbul olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!