30 Mart 2021 13:26
628
A- A+
Malayziya qəzeti: Mart qırğınında müsəlman azərbaycanlılarla yanaşı, Azərbaycanda yaşayan yəhudilər də qətlə yetirilib

Malayziya qəzeti: Mart qırğınında müsəlman azərbaycanlılarla yanaşı, Azərbaycanda yaşayan yəhudilər də qətlə yetirilib

 

Malayziyanın nüfuzlu “Utusan Malaysia” qəzeti jurnalist Taqib Şakerin 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar geniş məqaləsini dərc edib.

AZƏRTAC xəbər verir ki, “Onlar etnik, dini mənsubiyyətlərinə görə öldürüldülər” sərlövhəli məqalədə 1918-ci ildə erməni-daşnak qüvvələri tərəfindən paytaxt Bakıda və Azərbaycanın digər yaşayış məntəqələrində azərbaycanlılara qarşı törədilən etnik təmizləmə barədə ətraflı danışılıb. Müəllif vacib tarixi məqamlara aydınlıq gətirərək bildirib ki, XIX əsrdə neft sənayesinin inkişafı nəticəsində Bakı ermənilər üçün cəzbedici mərkəzə çevrilib və XX əsrin əvvəllərində xeyli sayda erməni burada məskunlaşıb. 1905-1907-ci illər birinci rus inqilabından sonra radikal erməni Daşnaksütyun partiyası millətçilik ideyalarını yaymağa çalışaraq, “böyük Ermənistan” arzularını reallaşdırmağa cəhd edib. Bu proses bolşevik inqilabından sonra daha açıq müstəviyə keçib.

Müəllif vurğulayıb ki, bolşeviklər tərəfindən Zaqafqaziya komissarı vəzifəsinə təyin edilən daşnak Stepan Şaumyanın rəhbərliyi ilə daşnak-bolşevik silahlı dəstələri 1918-ci ildə on minlərlə günahsız azərbaycanlını etnik və dini mənsubiyyətlərinə görə qətlə yetirib. Qətliamlar Bakı ilə yanaşı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ və Naxçıvan kimi ərazi vahidlərində də törədilib. Erməni qəddarlığını təsvir edən müəllif yazır: “Erməni terrorçuları tərəfindən törədilən qəddarlıqların qurbanı təkcə azərbaycanlı müsəlmanlar deyildi. Həmin hadisələr zamanı Azərbaycanda yaşayan yəhudilər də amansızcasına qətlə yetirilib. 2007-ci ildə Quba şəhərində aşkarlanan kütləvi məzarlıq ermənilərin bu ərazidə yaşayanlara qarşı qeyri-insani münasibətinin bariz nümunəsidir”.

Erməni terrorçuların törətdiyi cinayətlərin təhqiqatı ilə bağlı həmin illərdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) hökuməti tərəfindən araşdırmalara start verildiyini vurğulayan T.Şaker AXC-nin süqutundan sonra bu prosesin dayandırıldığını qeyd edib. Bildirib ki, yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyev tərəfindən bu qətliama siyasi qiymət verilib. Ulu Öndərin imzaladığı Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Malayziyalı jurnalist hər il 1918-ci il mart qətliamları ilə bağlı bəyanatlar verildiyini, bu bəyanatlarda Ermənistan tərəfindən azərbaycanlılara qarşı aparılmış soyqırımı siyasətinin, insanlıq əleyhinə cinayətlərin, diskriminasiya və etnik təmizləmə cəhdlərinin kəskin şəkildə pislənildiyini nəzərə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!