19 Iyun 2024 22:20
374
SİYASƏT
A- A+

Malayziya nəşrində “Azərbaycan və COP29” başlıqlı məqalə yayımlanıb

 

Malayziyanın nüfuzlu media qurumlarından olan “Astro Awani”də “Azərbaycan və COP29” başlıqlı məqalə yayımlanıb.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Malayziyadakı səfirliyinin müşaviri Elsevər Salmanovun müəllifi olduğu məqalədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) noyabr ayında Bakıda keçiriləcəyi bildirilib, qeyd olunan tədbirin mahiyyətindən söz açılıb.

Yazıda “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təmiz ətraf mühit və “yaşıl inkişaf” ölkəsi prioritetini də ehtiva etməsindən, ölkəmizin 2016-cı ildə Paris Sazişini imzaladıqdan sonra 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaltmağı öhdəsinə götürməsindən, Azərbaycanda bərpaolunan enerji mənbələri baxımından yüksək potensialın olmasından, əlverişli investisiya mühitindən, o cümlədən alternativ enerji mənbələrinə xarici investisiyaların cəlb edilməsi üçün münbit şərait yaradılmasından bəhs olunur.

Məqalədə qeyd edilir ki, Azərbaycanın yaşıl dünya strategiyası çərçivəsində göstərdiyi səylər digər ölkələr üçün nümunə ola bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video