24 İyul 2025 09:10
542
DÜNYA
A- A+
Makronun reytinqində tarixi antirekord 

Makronun reytinqində tarixi antirekord 


Onu fransalıların cəmi 19 faizi dəstəkləyir


Fransa Prezidenti Emmanuel Makrona dəstək səviyyəsi müşahidələr tarixində ən aşağı səviyyəyə düşüb və tarixi antirekord qeydə alınıb. Dövlət başçısını ölkə əhalisinin cəmi 19 faizi dəstəkləyir. Bu barədə xarici media xəbər verir.

Bildirilir ki, Makronun dəstək səviyyəsi heç vaxt şərti 20 faiz səviyyəsindən aşağı düşməyib. Hətta “sarı jiletlilər”in etirazlarının ən gərgin dövründə belə, onu dəstəkləyənlərin sayı 23 faizdə qalıb. Fransa rəhbərinin qınanılmasının əsas səbəbi dövlət maliyyəsinin ağır vəziyyətidir. Ölkənin dövlət borcu hazırda 3,3 trilyon avrodur. Büdcə kəsiri ilə mübarizə rəsmi Parisin əsas vəzifələrindən biri olaraq qalır.

 Təqdim olunan 2026-cı il büdcə layihəsi Makronun reputasiyasına əlavə zərbə vurub. Layihəyə görə, pensiya və digər sosial müavinətlər 2025-ci illə müqayisədə artmayacaq və inflyasiyaya görə indeksləşdirilməyəcək. Eyni zamanda prezident 2027-ci ildə Fransanın müdafiə büdcəsinin 64 milyard avro olacağını açıqlayıb ki, bu da 2017-ci ildə xərclənən məbləğdən iki dəfə çoxdur. Dövlət vəsaitlərinin bölüşdürülməsinə bu cür yanaşma çoxlarının hiddətinə səbəb olub. Bir çox fransız büdcə layihəsini sosial cəhətdən ədalətsiz adlandırıb. Çox güman ki, büdcə layihəsi ilə bağlı güclü mübahisələr növbəti hakimiyyət dəyişikliyinə səbəb ola bilər. Məsələn, “İzvestiya” yazır ki, Makron heç vaxt sosial siyasətə üstünlük verməmişdir və o, fransızlar tərəfindən zənginlərin maraqlarını qoruyan lider kimi qəbul edilir. Xüsusən, sosial vergilərin artması qəzəb doğurub. Bu, ilk növbədə pensiyaçılara təsir edib. 

Makronun hakimiyyəti dövründə insanlar sosial məsələlərə, xüsusən də vergilərin artırılmasına və pensiya islahatlarına diqqət çəkmək üçün dəfələrlə küçələrə çıxıblar. Amma  Makronun vədlərinə baxmayaraq, əhalinin tələbləri tam nəzərə alınmayıb. Fransa Prezidenti və onun tərəfdaşları ilk növbədə sadə vətəndaşların hüquqlarını qorumaq üçün deyil, Parisin beynəlxalq mövqelərini gücləndirmək üçün çalışıblar.

 Ordunun və hərbi proqramların belə genişmiqyaslı maliyyələşdirilməsi digər  sahələrin eyni dərəcədə genişmiqyaslı modernləşdirilməsi ilə müşayiət olunmur. Silahlı qüvvələrin ən müasir texnologiyalarla təmin olunması sabit və uzunmüddətli investisiyalar tələb etdiyi üçün çoxları qorxur ki, müdafiə xərcləri hətta sosial cəhətdən həssas qrupların həyat səviyyəsinin minimum səviyyədə saxlanmasına aid olan maddələri büdcədən çıxara bilər. Bu, həmkarlar ittifaqları və qeyri-hökumət təşkilatlarının narahatlığını artırır.

Ölkənin səhiyyə sektorunda vəziyyət kifayət qədər ağır olaraq qalır. Makronun özü də səhiyyə sistemində maaşların azlığı və tibb sahəsində gənc kadr çatışmazlığı problemlərini etiraf edir. Eyni zamanda o, yaxın 10 ildə vəziyyətin daha da pisləşə biləcəyini gizlətmir. Artan inflyasiyanın və səhiyyə sisteminə təzyiqin fonunda isə ölkə rəhbərliyinə inam reytinqləri aşağı düşməkdə davam edir.

Makrona dəstəyin son dərəcə aşağı səviyyədə olduğu bir vaxtda Fransada genişmiqyaslı etirazların riski qalır. Hazırda əhali arasında hakimiyyətə inamsızlıq yüksək səviyyədədir. Makrona əhalinin beşdəbirindən azının etibar etdiyi indiki vəziyyətdə hətta nisbətən kiçik siyasi və ya iqtisadi təkan belə, yeni etirazlara səbəb ola bilər.


Rizvan CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada məktəbli bıçaqla insanlara hücum edib, ölən və yaralananlar var – YENİLƏNİB  

15:36
16 Dekabr

Xocalının Seyidbəyli və Təzəbinə kəndlərində 20 ailəyə mənzillərinin açarları təqdim edilib – YENİLƏNİB  

15:35
16 Dekabr

Ötən qurultaydan indiyədək 950 minə yaxın həmkarlar ittifaqları üzvünə maddi yardım verilib  

15:31
16 Dekabr

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!