10 İyul 2024 09:50
462
DÜNYA
A- A+
Makron başını itirib

Makron başını itirib

 

O, yeni hökuməti formalaşdıra bilmir

 

Fransada seçkilərdən 3 gün keçməsinə baxmayaraq parlament çoxluğu formalaşmayıb. Səsvermə nəticəsində Milli Assambleyada üç böyük blok - solçuların və "yaşıllar"ın "Yeni Xalq Cəbhəsi" alyansı, "Birgə" prezident bloku və ifrat sağçı "Milli Birlik" bloku yer alıb. Amma onların arasındakı ziddiyyətlər yeni hökumətin formalaşdırılmasını çətinləşdirir.
Son həftələrdə aparılan rəy sorğularının və çoxsaylı proqnozların əksinə olaraq, solçu qüvvələrin "Yeni Xalq Cəbhəsi" alyansı 2024-cü il iyulun 7-də keçirilən növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrinə görə Fransa Milli Assambleyasında daha çox mandat əldə edib. Səsvermənin nəticələrinə görə, seçkilərin birinci turundan sonra öndə olan və böyük qələbə qazanacağı proqnozlaşdırılan ifrat sağçı "Milli Birlik" gözlənilmədən üçüncü yeri tutub.
Parisin şimal-şərqində tərəfdarlarının keçirdiyi mitinqdə solçu alyansın qeyri-formal lideri Jan-Lük Melanşon solçu koalisiyanın nümayəndəsinin baş nazir təyin olunmasını tələb edərək deyib: "Prezidentin "Yeni Xalq Cəbhəsi"ni ölkəni idarə etməyə çağırmaq səlahiyyəti və məsuliyyəti var. Biz hazırıq".
Qeyd edək ki, seçkilərdə qalib olan solçu qüvvələri millətçilərə qarşı müxaliflikdən başqa, yalnız bir şey birləşdirir - Prezident Makron və onun siyasətinə qarşı kəskin düşmənçilik. O, təkəbbürlükdə, adi fransızların gündəlik qayğılarından tamamilə uzaq olmaqda, bərabərsizliyi gücləndirməkdə və yalnız zənginlərin qayğısına qalmaqda günahlandırılır.
Solçular ilk növbədə Makronun böyük çətinliklə, parlamentdə müzakirəyə çıxarılmadan özbaşına həyata keçirdiyi pensiya islahatını ləğv etmək istəyirlər.
"Yeni Xalq Cəbhəsi" həmçinin zəruri malların qiymətlərini dondurmağı, minimum əməkhaqqını 14 faiz artırmağı, "sərvət vergisini" geri qaytarmağı və artıq mənfəətə yeni vergi tətbiq etməyi vəd edir.
Hazırda Fransa hökumətinə kimin rəhbərlik edəcəyini birmənalı söyləmək çətindir. Seçkilərdən əvvəl Prezident Makron Jan-Lük Melanşonun baş nazir təyin edilməsi imkanının olmadığını qəti şəkildə bildirib. O, Melanşonun "Yenilməyən Fransa" Partiyasının millətçilərdən dörd dəfə pis olduğunu vurğulayıb. 
İndi ekspertlərin proqnozuna görə, Prezident tələsik yaradılmış "Yeni Xalq Cəbhəsi"ni parçalamağa və yalnız mötədil solçularla işləməyə cəhd edə bilər.
Xatırladaq ki, iyulun 8-də Emmanuel Makron ölkənin sabitliyi naminə Baş nazir Qabriel Attalın istefasını qəbul etməyib, ondan vəzifəsində qalmasını istəyib. 
"Renessans" parlament qrupunun keçmiş rəhbəri, hazırda "Birgə" prezident blokundan yenidən seçilən Silven Mayyar hesab edir ki, çoxluğun formalaşması prosesi bir neçə həftə çəkə bilər: "Bizə sadəcə olaraq proqram əsası yaratmaq üçün vaxt lazımdır. Fransada koalisiya və ittifaqlar yaratmaq mədəniyyəti olmadığından, proses bir az daha uzun sürəcək. Ancaq avropalı tərəfdaşlarımıza baxanda  bunun bir neçə həftə çəkdiyini görürük. Yəqin ki, bizim də bir neçə həftəlik müzakirələrimiz olacaq".

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hərbi xidmətdən və tibbi müayinədən yayınanları nə gözləyir?

17:11
20 May

Praqa Aİ və NATO-nun Avropanın təhlükəsizliyi üzrə rolunu qiymətləndirib  

17:10
20 May

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib

16:36
20 May

Azərbaycan Prezidenti: Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir  

16:35
20 May

Macar nəşri: Bu gün Aİ korrupsiyaçılara qarşı qərar qəbul edəcək

16:33
20 May

NATO-nun Baş katibi ABŞ və Rusiya liderləri arasında telefon danışığını müsbət qiymətləndirib  

16:30
20 May

Prezident: Macarıstanla energetika sahəsində uğurlu əməkdaşlıq edirik

16:28
20 May

YAP sədrinin müavini ilə Çinin Azərbaycandakı səfiri arasında görüş keçirilib  

16:26
20 May

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiya və iqtisadi cinayətlər şöbəsinin rəhbəri Azərbaycanda işgüzar səfərdədir  

16:23
20 May

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

16:22
20 May

DİN: 10 nəfər saxlanılıb, 75 kiloqram narkotik dövriyyədən çıxarılıb

16:21
20 May

Prezident İlham Əliyev Budapeştdə Ermənistan-Azərbaycan sülh prosesi barədə danışıb  

16:19
20 May

Tailand nümayəndəsi: Bakıda keçirilən tədbir korrupsiya ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək baxımından böyük rol oynayır  

16:17
20 May

Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər  

16:07
20 May

Səudiyyə Ərəbistanının nümayəndəsi GlobE şəbəkəsinin 6-cı Plenar iclasından gözləntilərini açıqlayıb  

16:06
20 May

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan  

16:05
20 May

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisidən

16:05
20 May

GLOBE Şəbəkəsinin 6-cı Plenar iclasında iştirak edən nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirilib  

16:04
20 May

İranın Ali rəhbəri ABŞ-la danışıqların uğurlu olacağına şübhə edir  

16:03
20 May

Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK  

16:02
20 May

Kayrat Sarıbay: Azərbaycan AQEM sədrliyi çərçivəsində inklüziv inkişafa diqqət yetirir  

16:01
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!