Çin və Azərbaycan strateji tərəfdaş olaraq bir-birinə səmimi yanaşır və qarşılıqlı əməkdaşlıq edirlər. İki ölkə arasında dostluq min illik tarixi köklərə malikdir və bu münasibətlər bu gün də inkişaf edərək tarixi proseslərə təsir göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançao Bakıda keçirilən “Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi" adlı konfransda çıxışı zamanı deyib.
“Ötən il hər iki dövlətin prezidentləri birlikdə Çin və Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasını elan etdilər. Bu hamımız üçün, bizim ikitərəfli münasibətlərimizin inkişafının başlanğıc nöqtəsidir və biz qarşılıqlı etimad əsasında bir-birimizi dəstəkləyirik, seçdiyimiz inkişaf yolunu dəstəkləyirik. Hazırda Çin öz dövlət quruculuğu istiqamətində fəaliyyətlərini genişləndirməkdədir. Eyni zamanda, biz bilirik ki, Azərbaycan tərəfi də sosial-iqtisadi inkişaf sahəsində 2030-cü illəri əhatə edən Milli İnkişaf Proqramını dəstəkləyir. Bu inkişaf yolu milli maraqlarımıza əsaslanır və kənar müdaxilələrə qarşı yönəlib. Biz müasirləşməyə yol açaraq, qarşılıqlı tərəqqini təmin etməyə çalışırıq. Azərbaycan və Çin arasında iqtisadi strukturlar bir-birini tamamlayır və qarşılıqlı nailiyyətlərə töhfə verir. Çinli tərəfdaşlar Azərbaycanda dayanıqlı inkişafı dəstəkləyir və bu istiqamətdə bir sıra mühüm əməkdaşlıq layihələrimiz mövcuddur. Bu layihələrə Qaradağda Günəş elektrik stansiyasının inşası və “BYD” elektrik avtomobillərinin Azərbaycanda geniş tətbiqi daxildir. Bundan əlavə, Çin və Azərbaycan arasında elm sahəsində də əməkdaşlıq inkişaf etməkdədir. Hər iki ölkə bir-birini daha yaxından tanıyır və əlaqələr möhkəmlənir. Hesab edirəm ki, iki ölkə arasında yaşıl enerji sahəsində yeni mərhələlərin inkişafı və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq daha da genişlənəcək”, – deyə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndəsi bildirib.
Müasir dünyanın xaosla dolu olduğunu vurğulayan Lü Tzyançao qeyd edib: “Dünyada böyük dəyişikliklər baş verir. Bu ilin əvvəlindən etibarən beynəlxalq vəziyyət ciddi sarsıntılarla üzləşib. Dövlətlər qeyri-sabit və qeyri-müəyyən amillərlə qarşılaşır. Avrasiya qitəsində yeni çağırışlar meydana çıxır. Çin və Azərbaycan bu qitədə önəmli ölkələrdir və aralarındakı qarşılıqlı əməkdaşlıq, hörmətin möhkəmlənməsi bu qeyri-sabit dövrdə inam yaradır. Xüsusilə, Asiya və Avropanı əhatə edən telekommunikasiya sahəsindəki inkişafı qeyd etmək lazımdır. Bu baxımdan Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi mühüm əhəmiyyət daşıyır. Həmçinin Abşeron yarımadasından enerjinin Çinə daşınması və Rəqəmsal İpək Yolunun inkişaf etdirilməsi əməkdaşlığımıza yeni təkan verir.
Bütün bunlar ölkələrimiz üçün yeni imkanlar və perspektivlər açır. Çin və Azərbaycan birlikdə Şanxay Əməkdaşlıq Təşkilatının ruhunu gücləndirir, dövlətlər arasında qarşılıqlı hörmət və çoxşaxəli əməkdaşlıq prinsiplərini dəstəkləyir. Bu məqsədlə biz birgə sülhün və təhlükəsizliyin təşviqinə töhfə verməliyik”.
Milli Məclisin sədri Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
Sabah Bakıda və Abşeron yarımadasında 31 dərəcə isti olacaq
Fransa: Partlayıcı kəmərlə hücum planı, üç gənc həbs olunub
Rəis müavini: Dərnəgül elektrik deposu Bakı metrosunun üçüncü yerüstü stansiyası olacaq
“YAŞAT” Fondu Vətən müharibəsi şəhidinin valideynlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə dəstək göstərir
Azərbaycan xizəkçisi Qış Paralimpiya Oyunlarına ilk reytinq xallarını qazanıb
Paytaxtın təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib
Pakistanda avtobus qəzasında 11 nəfər həlak olub
Böyük Qayıdış uğurla davam edir
Nazir müavini: Bərpaolunan mənbələrdən əldə edilən enerjinin 65 faizinin ixrac edilməsi planlaşdırılıb
Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən intensiv atəşə tutulub
Zəngilan şəhəri birinci yaşayış məhəlləsində 104 ailə məskunlaşacaq
“Bakı metropoliteni”: Qırmızı xətt üzrə ən minimal interval təmin olunacaq
Belarus zəlzələdən zərər çəkmiş Myanmaya 20 ton humanitar yardım göndərəcək
Media: ABŞ-da respublikaçıların əksəriyyəti Ukraynaya yardımın əleyhinədir
Özəl tibb müəssisəsini seçmək hüququ yalnız pasiyentə məxsusdur
Bu ilin birinci rübündə proaktiv qaydada 40 minə yaxın şəxsə müavinət və təqaüd təyin olunub
Qazaxıstanda TDT ölkələri arasında əməkdaşlığa dair Memorandum imzalanıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Azərbaycanın Avropanın qaz təchizatında rolu artır
Bakıda 53 evin qaz sayğaclarını oğurlayan şəxslər saxlanılıb
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!