21 Avqust 2022 00:32
33286
Turizm
A- A+

Lahıca 78 mindən çox turist səfər edib

Gözəl flora və faunası olan İsmayıllı Azərbaycanın turizm cəhətdən inkişaf edən rayonlarındandır və bu gün bölgəyə gələn turistlərin ən çox üz tutduqları məkanlardan biri Lahıc qəsəbəsidir.

Böyük Qafqazın cənub yamaclarında, uca dağlar qoynunda yerləşən Lahıc qədim şəhərsalması ilə memarlığın orijinal nümunəsidir. Orta əsrlərdə şəhər kimi salınan, küçə və meydanlarına daş döşənmiş, kanalizasiya və su təchizatı sisteminə malik olan Lahıc Qafqazda və hətta onun hüdudlarından kənarda tanınan sənətkarlıq və ticarət mərkəzlərindən biri olub. Burada hazırlanan soyuq silahlar və naxışlı mis əşyalar onu daha da məşhurlaşdırıb. Bu gün dövlət tərəfindən tarixi-memarlıq abidəsi kimi qorunan Lahıc böyük İpək yolu üzərində beynəlxalq turizm marşrutuna daxil edilib.

Qədim vaxtlardan Lahıc sakinləri dəmirçilik və qalayçılıq sənəti və toxuculuqla məşğul olublar. XIX əsrin ortalarında Lahıcda 200-dən çox sənətkarlıq emalatxanası olub. O vaxtdan, xüsusilə misgərlik sənətinin sirri nəsildən-nəslə ötürülərək bu gün də yaşadılır. Bu gün Lahıca gələn hər kəs - istər yerli, istərsə də xarici turistlər sexlərdə misgərlərin hazırladıqları nümunələrə heyranlıqla tamaşa edirlər, çox vaxt da onları həvəslə alırlar. Təsadüfi deyil ki, bu il, xüsusilə yay aylarında Lahıca gələn turistlərin sayı artıb və 78 min nəfərdən çox olub.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video