06 İyun 2025 09:25
1359
Mədəniyyət
A- A+
Laçının mədəni ruhu da dirçəlib

Laçının mədəni ruhu da dirçəlib


"Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb".

Ötən ilin oktyabrında Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası zamanı Prezident İlham Əliyevin vurğuladığı kimi, azadlığına qovuşdurulan Laçın şəhəri artıq bəxtəvər günlərinə qovuşub. Bu gün Laçın həm də beynəlxalq əhəmiyyətli tədbirlərə layiqincə evsahibliyi edən ünvan kimi adından söz etdirir. 

MDB Humanitar Əməkdaşlıq Şurasının 8 oktyabr 2024-cü il tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan olunub.

Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi işğaldan azad edilən torpaqlarımızın mədəni ruhunun özünə qaytarılmasını əks etdirməklə yanaşı, Azərbaycanın Vətən savaşında qazandığı tarixi qələbəsinin, suverenliyinin təmininin MDB məkanında, ümumiyyətlə, beynəlxalq aləmdə qəbul olunmasının və dəstəklənməsinin növbəti nümunəsi kimi də tarixi əhəmiyyətə malikdir. 


Füsunkar diyar 


30 illik işğal dövründə digər ərazilərimiz kimi, Laçın rayonu da talanmış, xarabalığa çevrilmiş, tarixi, dini, mədəni abidələri, məzarlıqları vandallıqla dağıdılmış, ümumiyyətlə, burada həyata dair hər nə varsa, məhv edilmişdi. Amma Laçın cəmi beş il ərzində dünyanın gözü qarşısında möcüzəvi şəkildə canlandırıldı, dirçəldildi. Bu yurd Azərbaycan dövlətinin həyata keçirdiyi misilsiz bərpa və quruculuq işləri sayəsində öz əzəli sakinlərinə qovuşdu. Laçın şəhərinin sakinləri də doğma ocaqlarında yenidən xoşbəxt həyata başladılar. 

Laçın Azərbaycanın ən gözəl, füsunkar təbiətə malik rayonlarından biridir. 2023-cü ildə Müstəqillik Günündə Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edən zaman xilaskar lider İlham Əliyev də məhz bu yurdun ecazkarlığını vurğulamışdı: "Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun".

 Eyni zamanda bu gün bu şəhərə səfər edən hər kəs - istər yerli, istərsə də əcnəbi vətəndaşlar Laçında dövlətimiz tərəfindən həyata keçirilən möhtəşəm tikinti-quruculuq işlərinə, yaradılan şəraitə heyranlıqla tamaşa edir, burada həyata keçirilən işlərin təbiətlə həmahəngliyindən vəcdə gəlirlər.  

Adına şeirlər yazılan, mahnılar qoşulan Şərqi Zəngəzurun bu dağlar qoynunda bina edilmiş əsrarəngiz şəhərinin beynəlxalq görüşlərin, tədbirlərin, konfransların ünvanı olması da artıq ənənə halını alıb. 

Bu il 28 May - Müstəqillik Günündə Laçın yenidən dünyanın diqqət mərkəzində oldu. Qardaş ölkələr - Azərbaycan, Türkiyə və Pakistanın liderləri növbəti Zirvə görüşlərini bu ulu yurdda keçirdilər. Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif işğaldan azad edilərək əzəli sahiblərinə qaytarılan bu torpaqdan dünyaya birlik, qardaşlıq mesajlarını çatdırdılar. 

"Bugünkü Zirvə görüşü Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş Laçında keçirilir. Bunun böyük rəmzi mənası var", - deyə dövlət başçısı sözügedən tarixi Zirvə görüşündə bir daha bəyan etdi.


Azad, abad, firavan şəhər


Azərbaycanın ərazi bütövlüyünün bərpasında xüsusi əhəmiyyət daşıyan Laçın rayonu 44 günlük müharibədə əldə edilən tarixi zəfər nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, 1 dekabr 2020-ci ildə bir güllə atılmadan, bir itki verilmədən  azad edilib. 

Ölkəmizin yeni Laçın avtomobil yolunu vaxtından xeyli əvvəl istifadəyə verməsi ilə 26 avqust 2022-ci ildə Laçın şəhəri təcavüzkarlar tərəfindən boşaldılıb. 2022-ci il sentyabrın 21-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın şəhərində Azərbaycan bayrağını əbədi dalğalandırıb. 

Prezidentin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" sərəncamına əsasən, 26 avqust Laçın şəhəri günü kimi qeyd olunur. 

Laçın şəhərində aparılan genişmiqyaslı tikinti-bərpa işləri bu şəhərə də qayıdışın tez bir zamanda baş tutmasına rəvac verib. Bu gün artıq Laçın şəhərində 571 ailə (2091 nəfər) məskunlaşıb. 

Cəmi iki il yarımlıq qısa zaman kəsiyində təkcə Laçın şəhərində dövlətimizin gerçəkləşdirdiyi misilsiz işlər Azərbaycan xalqının qurub-yaradan, sülh xalqı olduğunu gözlər önünə sərir. 

Ötən il Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı olması haqqında qərar qəbul edilməsi də bu baxımdan təsadüfi deyildir. Bu bir daha onu göstərirdi ki, MDB-nin timsalında dünya da artıq Azərbaycan həqiqətlərini təsdiqləyir. 

Bu il iyunun 3-də Laçın şəhərində "MDB-nin mədəniyyət paytaxtı - 2025" ilinin rəsmi açılış mərasimi keçirildi. Bununla da şəhərdə silsilə mədəni tədbirlərə start verildi ki, onlardan biri də açılışdan sonra keçirilən möhtəşəm qala konserti oldu. Həkəri çayının sahilində qurulmuş səhnədə təşkil olunan konserti Azərbaycandan və MDB-yə üzv bir sıra ölkələrdən rəsmilər, doğma yurdda məskunlaşan laçınlılar izlədilər.

Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında "Azərbaycan süitası" ilə başlanan konsert proqramında MDB ölkələrinin mədəniyyət nümayəndələrinin çıxışları böyük maraqla izlənildi. 

Həmçinin bu tədbir çərçivəsində Laçının Seyrəngah adlanan ərazisində "Birlik rəngləri" adlı beynəlxalq incəsənət sərgisi açılıb. Bildirilib ki, bu sərgi MDB ölkələri coğrafiyasında zəngin mədəniyyət və incəsənət nümunələrini bir araya gətirərək, xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrini daha da gücləndirməyi hədəfləyir.

Gətirdiyimiz misallardan da göründüyü kimi, Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi təkcə bu şəhərin deyil, ümumilikdə Qarabağ və Şərqi Zəngəzurun mədəni ruhunun dirçəldilməsinin rəmzi mənasını daşıyır. Həmçinin cəmi iki il yarım əvvəl azadlığına qovuşdurulan Laçın şəhərinin layiq görüldüyü bu yüksək status Azərbaycanın qalib ölkə olaraq beynəlxalq aləmdəki nüfuzunu aydın şəkildə nümayiş etdirir.

Laçın şəhərinin bu kimi mötəbər adı daşımasının, beynəlxalq görüşlərə, konfranslara, tədbirlərə evsahibliyi etməsinin fonunda həm də Azərbaycanın Qarabağ Zəfəri, bölgədə yaratdığı reallıqlar və bunun sayəsində ümumilikdə regionda sülhə, rifaha, tərəqqiyə mühüm zəmin yaratması da bir daha dünyanın hər yerindən görünür, dəstəklənir. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Samir Nuriyev: Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə qazanılan uğurların miqyası heyrətamizdir

12:17
10 May

Heydər Əliyev xalqımızın və dövlətimizin xilaskarıdır

11:17
10 May

Heydər Əliyev və Bərdənin inkişaf tarixində silinməz izlər

11:02
10 May

Ulu Öndər Heydər Əliyev tarixə həm də milli memarlıq məktəbinin hamisi kimi düşmüşdür

11:02
10 May

Prezident Administrasiyasının rəhbəri: Şəhərsalma mühitinin inkişafında Heydər Əliyevin əvəzolunmaz töhfələri xüsusi əhəmiyyətə malikdir  

10:19
10 May

Samir Nuriyev: Heydər Əliyev Azərbaycan tarixində dövlətçilik ənənələrinin, milli dirçəlişin güclənməsinə əvəzolunmaz töhfələr vermiş görkəmli dövlət xadimidir  

09:56
10 May

Heydər Əliyev irsinin işığında

08:50
10 May

Heydər Əliyev: işıqlı yolun banisi

08:48
10 May

Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi

08:45
10 May

Atəşkəsdən Zəfərə

08:43
10 May

Heydər Əliyevin ideyaları ilə formalaşan gənclik

08:40
10 May

Heydər Əliyevin siyasi-hüquqi irsi: hüquqi dövlət və insan hüquqlarının təminatı

08:35
10 May

Heydər Əliyevin Azərbaycanı informasiya cəmiyyətinə transformasiya etmək siyasəti: dünən və bu gün

08:30
10 May

Heydər Əliyev düşüncəsində milli ideologiya konsepti

08:25
10 May

Milli dəyərlər, ictimai mühit və dövlətçilik ideologiyası

08:20
10 May

Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası Azərbaycanın parlaq gələcəyinin əsasını qoydu

08:15
10 May

Azərbaycanın quruculuq salnaməsinin müəllifi

08:10
10 May

Müasir dövlətçilik tariximizin müəllifi

08:05
10 May

Zamanın fövqündə duran dahi

08:00
10 May

Putin Zelenski ilə Moskvada görüşməyə hazır olduğunu bildirib

01:15
10 May

Xarici işlər nazirinin müavini “Türkiyənin COP31-ə Gedən Yolu: Dayanıqlı Şəhərlər” adlı tədbirdə çıxış edib  

01:02
10 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!