02 Sentyabr 2024 08:15
440
CƏMİYYƏT
A- A+
Laçında səslər sayıldı

Laçında səslər sayıldı

 

Dünən işğaldan azad edilmiş şəhər və rayonlarımızda keçirilən səsvermə Laçında da seçici fəallığı ilə müşayiət olundu. 32 ildən sonra doğma yurdlarına qayıdan laçınlılar seçkilərdə yüksək fəallıq nümayiş etdirdilər. 121 saylı Laçın Seçki Dairəsi üzrə 110 məntəqə fəaliyyət göstərir. Bu məntəqələrin altısı Laçın şəhərində yerləşir. Şəhərin mərkəzində yerləşən 106 saylı seçki məntəqəsində səsvermə və səslərin sayılması prosesini müşahidə zamanı bir daha azad, ədalətli, şəffaf seçkilərin şahidi olduq. 
Seçki məntəqəsinin sədri Qardaşxan Dostyevlə söhbətimiz zamanı bəlli oldu ki, 1320 seçici qeydiyyatda olmuşdur. Gün ərzində seçicilər yüksək əhvali-ruhiyyə ilə məntəqəyə gələrək sərbəst şəkildə seçimlərini edirdilər. Digər seçki məntəqələri kimi, 106 saylı məntəqədə də seçki prosesində şəffaflıq təmin edilmişdi. 
Məntəqə sədrinin sözlərinə görə, laçınlılar uğurlu gələcəklərini qurmaq üçün seçkilərə böyük maraq göstərdilər. Bundan öncə şəhərdə keçirilən prezident seçkilərində də illər sonra Laçına qayıdan əhali böyük fəallıq nümayiş etdirmişdir.  Laçında ikinci dəfə səsvermə hüququndan yararlanan seçici Taleh Rüstəmov dedi ki, prezident seçkilərində də iştirak edib və layiqli namizədə səs verib. Bu dəfə isə yenidən qurulan müasir Laçını Milli Məclisdə layiqincə təmsil edə biləcək şəxsə etimad göstərib. Taleh inanır ki, onların seçdikləri namizəd Laçının daha da inkişafı üçün çalışacaq. 
Gənc seçici Hüseyn Muradov isə hesab edir ki, Laçının möhtəşəm günləri hələ qarşıdadır. Prezident İlham Əliyevin yenidən qurduğu Laçın inkişaf etdikcə insanların məşğulluğu daha da artacaq. Hazırda şəhərdə bir neçə müəssisə fəaliyyət göstərir və tezliklə burada yeni iş yerləri açılacaq. Laçının yeni seçilən deputatı da əhalinin məşğulluq məsələsinin həlli istiqamətində çalışmalıdır. Onlar inanırlar ki, Milli Məclisdə Laçını təmsil edəcək deputat ümidləri doğruldacaq.
Artıq saat 19-00-da seçki məntəqəsinin qapıları bağlandı. Müşahidəçilərin iştirakı ilə məntəqənin katibi Rəşad Mirzəyev əsas və daşınan səyyar seçki qutularının blomplarını kəsdi. Şəhərdə əlil və ya xəstə seçici olmadığı üçün səyyar qutuya ehtiyac duyulmamışdı.  Əsas seçki qutusu mərkəzə gətirilərək açıldı və bülletenlər masanın üzərinə töküldü. Məntəqə üzvləri səslərin sayılma prosesini həyata keçirdilər. Səslərin sayılma prosesindən sonra yekun protokol hazırlandı və məntəqə üzvlərinin hər biri tərəfindən imzalanaraq 121 saylı dairə seçki komissiyasına göndərildi. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Bakı-Laçın-Bakı
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!