20 Sentyabr 2022 00:35
669
DÜNYA
A- A+

Kraliça II Elizabet dəfn olundu

 

Dünən səhər saatlarından Böyük Britaniya Kraliçası II Elizabetin dəfn mərasiminə dəvət olunmuş dünyanın müxtəlif ölkələrindən  dövlət və hökumət başçıları, digər tanınmış şəxslər Vestminster sarayına gəldilər. Monarxın cənazəsi olan tabut  Britaniya Parlamentinin yerləşdiyi saraydan yolun o biri tayına - 2 mindən çox qonağın toplaşdığı Vestminster kilsəsinə aparıldı. 
Mərasimə ilk gələnlər arasında Fransa prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit olub. Sonra ABŞ Prezidenti Co Bayden və birinci xanım Cil Bayden, Britaniyanın yeni hökumətinin üzvləri Nadim Zahavi və Ceykob Ris-Moqq, müxalifətdəki Leyboristlər Partiyasının lideri ser Kir Starmer,  dini liderlər - Duvr yepiskopu Rouz Hadson-Uilkin və Vatikandan bir neçə kardinal  Vestminster kilsəsinə gəliblər. 
Böyük əksəriyyəti II Elizabetin qan qohumları olan Avropa kral ailələrinin üzvləri  kraliça ilə vidalaşmağa toplaşmışdılar. Belçika Kralı Filipp və Kraliça Matilda, həmçinin Hollandiya Kralı Villem-Aleksander, həyat yoldaşı Kraliça Maksima və anası, keçmiş Kraliça Beatriks ilə birlikdə Londona dəvət almışdılar. İspaniya kralı Filipp və xanımı Letisiya, Norveç, Danimarka, İsveç və Monakonun kral ailələrinin nümayəndələri də mərasimdə iştirak edirdilər.
Əhaliyə gəldikdə isə, Krissi Hiri 10 kilometrdən çox uzanan növbəylə Vestminster sarayında kraliça ilə vidalaşmağı bacaran ölkənin sonuncu adi sakini olmuşdur. Monarxın cəsədi olan tabutu görmək və II Elizabetə son ehtiramını bildirmək üçün bəziləri 10 saatdan çox növbəyə durmuşdular. 
Londonda tıxacların qarşısını almaq üçün xarici ölkələrin liderlərinin əksəriyyətindən  kommersiya reysləri ilə gəlmələri istənilib və onlar mərkəzləşdirilmiş qaydada avtobuslarla daşınıblar.
Kenterberi arxiyepiskopu xütbə oxuduqdan sonra Böyük Britaniyada ikidəqiqəlik sükut olub. II Elizabetin yaşadığı ömrə müvafiq olaraq Biq Ben saat qülləsi 96 dəfə zəng vurub. Sonra dövlət himni səsləndirilib və 142 dənizçi tabutu  xüsusi lafetə yerləşdirərək kilsədən son mənzilə aparıb. 
Mərasimdə 3000-dən çox hərbçi iştirak edib və bunu yalnız Kraliça II Elizabetin atası VI Corcun 1952-ci ildə keçirilmiş dəfn mərasimi ilə müqayisə etmək olar.
Mərasim iştirakçıları Bukingem Sarayının, kral parklarının, kraliçanın valideynlərinin - VI Corc və Elizabetin abidəsinin yanından keçiblər. Nəhayət, Haydparkdan kortej Vindzor qəsrinə yollanıb və mərasimin son mərhələsi orada başa çatıb. 
BBC Agentliyinin xəbərinə görə, dəfn mərasimində Rusiya, Belarus, Suriya, Venesuela, Əfqanıstan və Myanmadan nümayəndə olmayıb.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video